Notbukun wifi-yə qoşulması problemi

Salam. Mənim notbukumda əməliyyat sistemi Windows 8.1-dir və son zamanlar bir problemlə üzləşirəm. Belə ki, mən notbuku wifi-yə qoşduğum zaman bir müddət sonra(təxmini 1 saatdan çox) wifi ilə əlaqə kəsilir. İnternet olmasına baxmayaraq, ya heçbir wifi-ni göstərmir, yada ki wifi işarəsi üzərində nida işarəsi çıxır(“Limited” vəziyyətində olur). Driveri yenilədim, lakin yenə də heçbir nəticə əldə etmədim. Xahiş edirəm mənə kömək edəsiniz.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2269 dəfə

Cavablar ( 6 )

  1. Salam.

    Digər qurğularda da eyni problem müşahidə olunurmu?

    • Azay Azayev / . Dərc edilib:A 06/01/2016 at 11:56 PM
      Səs: +4. Bəyənilsin Zəifdir

    Salam Bu problem mende de bas verirdi.Men Bluetooth driver deaktiv etdim. sonra problem olmadi  ele yoxlasan pis olmaz:)

    • Məlumata görə təşəkkürlər, lakin mənim notbukumda Bluetooth yoxdur.

      Başqa nə səbəb ola bilər?

Cavab yazın