Notebookda Photoshop işlədərkən tutulmalar olur

Salam Dostlar

Notebookda photoshop programında hansısa şəkili açıb işlətdikdə photoshopun iş görmə paneli ki var, hansı ki biz ora müxtəlif effectlərlə şəkillərlə işləyirik həmin çərçivə daxilində iş görülən zaman tutulmalar olur həmin çərçivə qaralır açılır tez-tez ama iş görmədikdə heç bir qaralma olmur. 

Qeyd edim ki, həmin photoshop proqramı başqa güclü  kompyuterdə yüklüdü? orda normal işləyir. Heç bir problemi yoxdur.

Notebookun yadaşşının çox hissəsi doludu təxmini 40.50GB boş yer var notebookun ümumi yaddaşında.   Düşünürəm bu problem yaddaşla bağlı ola bilər, eyni zamanda ekran kartında problem oldunu düşünürəm.

Notebooka Windows 10 sistemi yüklüdür. Arada CD taxılan yer öz özünə açılır.Buda windows 10 yükləyəndən sonra olub.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 3647 dəfə

Cavablar ( 5 )

  1. Tural bəy, salam.

    Göstərilən problem daha çox RAM-ın az olmasına oxşayır. Qeyd edim ki, Photoshop normal işləməsi üçün kompüterinizdə kifayət qədər RAM yaddaşı olmalıdır. Hard disk yaddaşının dolu olması ümumilikdə zəifləmə yarada bilər, amma sizdə 50 GB yer qalıbsa, demək vəziyyət elə də kritik deyil.
    Notebookunuzda RAM-ın həcmini də qeyd etsəydiniz daha əminliklə nədən olduğunu düşünə bilərdik.
    VideoKartın da az olması böyük həcmlişəkillıərlə işləyərkən problem yarada bilər.

    Uğurlar.

  2. Salam

    Kompüterinizdə əgər ağır proqramlar varsa(SQL server,VMware Workstation, antivirus proqramları kimi), bu zaman belə problemlə qarşılaşmaq yəqindir. Məndə də belə bir problem var idi, sonradan antivirus proqramı Photoshop.u virus kimi tanıdı və blokladı. Crack versiyasını istifadə edirsinizsə, ondan da ola bilər.

  3. Notebookun ramı 4-dür. Məncədə ram yetərsizliyindəndir. çünki vindovs 10 sistemi çox ağırdır 7yə baxanda. ola bilər ki bu sistemdə əlavə programlar işlətməyə gücü çatmır.

    Qeyd edim ki bu notebookda əvəllər vindovs7 sistemində photoshopu autocadı  normal işlədə bilirdim.

  4. Sizin probleminiz cox boyuk ehtimal ilə ram ilə bağlıdır. Lap yaxşı olar ki, laptopunuxun prosessorunun maksimal dəstəklədiyi ram həcmini müəyyən edib ram-ı bu həcmə qədər artırasınız və üstəlik laptop-un sərt diskini(HDD) SSD(Solid state drive)-ilə əvəz edəsiniz. Əgər maddi imkan hər ikisinə yol vermirsə bu zaman sərt diski SSD ilə əvəzləyin. Bu mütləq kömək edəcək, fərqi hiss edəcəksiniz. Qeyd edimki sərt disk HDD qalarsa və ancaq RAM-ı dəyişsəniz böyük fərq olmayacaq.

  5. Notebookun sistemini vindovs7 ilə yenilədim.   Photoshopda olan problem artıq olmur üstəlik CD yeri tez-tez açılmır öz özünə.

Cavab yazın