Organization unite group policy tətbiqi

Salam dostlar. Belə bir sualım var. Aşağıdakı şəkildə Departament adlı organization unit-ə GPO tətbiq edəndə yalnız istəyirəm finance və marketing  adlı organization unite tətbiq olsun. Legal adlı organization unit-ə aid olmasın. Bunu necə  edə bilərəm? 

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1819 dəfə

Cavablar ( 8 )

  1. Gec cavabyazdığım üçün üzr istəyirəm. Şəkil aydın olmadığı üçün sualı da başa düşə bilmədim. Başa düşdüyüm qədəri ilə cavab vermək gərəkirsə bəli,
    Yuxarıdan gələn heç bir GPO Finance və HR OU`larına tətbiq olunmayacaq.

  1. Salam,

    Əgər siz “Departament”ə tətbiq etdiyiniz policylərin hamısının “Marketing”ə tətbiq olunmasını istəmirsinizsə o zaman, “Bock İnheritance” imkanından yararlana bilərsiniz.

    Lakin bu zaman unutmayın ki, yuxarıdan gələn heç bir GPO “Marketing” OUya tətbiq olunmayacaq. Bunun üçün, siz digər GPOları ya “Enforce” etməlisiniz, ya da “Marketing” OUya “Link” etməlisiniz.

     

    Digər bir üsul isə “Security Filtering” imkanından yararlana bilərsiniz. Bu haqda məqaləm var idi, amma deyəsən technet.az saytından silinib 🙁

     

  2. Salam Turqut bəy.Sizin məqaləni məndə tapa bilmədim.Enforce etsəm işləyəcək mən nəzərdə tutduğum kimi?Link etməyi bilmirəm,onu necə edə bilərəm?

    • Sualınıza gec cavab yazdığım üçün üzr istəyirəm.

      “Enforce” edib yoxlaya bilərsiniz.

      Link etmək isə sadəcə “Marketing” OU üzərində sağ düymə vurun və “Link Existing GPO” deyə bir düyməyə vurun, və mövcud GPO’lari (Hansının ki, tətbiq olunmasını istəyirsiniz) seçin.

       

  3. Turqut bəy əgər “Marketing” -ə Block İnheritance etsem hec bir gpo tetbiq olunmayacaq duz basa dusdum?

    Bes ne zamansa gpo tetbiq etmek istedikde Enforced etmeliyemki,mecbur tetbiq olunsun gpo?

    • Bəli. Düz başa düşmüsünüz. amma dediyim kimi, “Link an Existing GPO” seçməklə də tətbiq olunmasını istədiyiniz GPO`ları da seçə bilərsiniz.

  4. Turqut bəy aşağıdakı şəkildə “Finance” və “HR” organization unit-i Block Inheritance etmisem.Bu zaman bu organization unitin içindəkilərə block inheritance keçərlidir?

    • Gec cavabyazdığım üçün üzr istəyirəm. Şəkil aydın olmadığı üçün sualı da başa düşə bilmədim. Başa düşdüyüm qədəri ilə cavab vermək gərəkirsə bəli,
      Yuxarıdan gələn heç bir GPO Finance və HR OU`larına tətbiq olunmayacaq.

  5. Çox sağolun Turqut bəy.

Cavab yazın