Outlookda forward imkanını necə qadağan edim?

Outlook 2013’də göndərilən mesajların yalnızca oxunulması, forward olunmaması üçün necə restrict edə bilərəm ? İnternetdə axtardım tapa bilmədim. Ətraflı izah etsəniz sevinərəm.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1139 dəfə


Bu sual SQL Server 2012 Avtomatik Ehtiyat Nüsxə Yaratmaq məqaləsinə sual olaraq verilmişdir.

Cavablar ( 6 )

  1. New email daxil edin, Options/Permission/Do Not Forward klik edin.

    • Siz dediyinizi tapa bilmədim Şahin bəy, Developer bölməsindən həll elədim artıq. 

       

  2. İdris bəy, salam.

    Çox gözəl olar ki, həll yolunu aydın şəkildə qeyd edəsiniz ki, sonrakı istifadəçilər də bu problemlə qarşılaşanda sizin üsuldan istifadə etsinlər. Bu üsulla biz öz dilimizdə olan resurs qıtlığının aradan qaldırılmasına yardımçı ola bilərik.

    Təşəkkürlər.

  3. sekil1

    Yeni mesaj yaratdıqdan sonra devepoler bölməsinə keçirik,

     sekil2

    Design This Form üzərində klik edirik,

    sekil3

    Actions daxil oluruq,

    sekil4

    bizə lazım olan variantlardan birinin üzərində (mələsən: Forward) 2 dəfə klik edirik, açılan pəncərədə Enabled deaktiv edirik. Üzərindəki işarəni götürürək.

    sekil5

    Ok sözünə kliklədikdən sonra, Run This Form klikləyirik. Və mesajımızı göndəririk.

    Mən bunu etdikdə yalnızca outlook istifadəçilərində belə məhdudiyyətlər olur.

    Gmail hesabında olan istifadəçilərdə olmur. Varsa da mən bilmirəm.

Cavab yazın