Paylaşılmış printerin şəbəkədə görünməməsi

Salam.Mənim qarşıma belə bir problem çıxıb.Canon mf4100 Series UFRİİ LT printer bir bilgisayara qoşmuşam və həmin printeri şəbəkədəPaylaşmışam” və istifadəçilər həmin printerin üzərindən çapa verir.Printerin driverini rəsmi saytından yükləmişəm.Her şey qaydasında idi sonra problemlər yaşandı.İstifadəçilər səhər işə gəlib bilgisayarı istifadə edirlər çap vermək istəyəndə paylaşılmış printer görsənmir.Amma printerə birbaşa qoşulmuş bilgisayar çap verə bilir.Birbaşa qoşulmuş bilgisayarı restart etdikden sonra digər istifadəçilər artıq paylaşılmış printeri şəbəkədə görürlər.Bu problem həm Windows 7 həmdə Windows 8.1 əməliyyat sistemi olan bilgisayara Printer qoşub yoxlamışam .İstifadəçilərdə həm Windows 7 həmdə Windows 8.1 əməliyyat sistemi var.

Bu problem İP telefoniya quraşdırdıqdan sonar baş verdi.

Səbəbi nə ola bilə

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1669 dəfə

Cavablar ( 2 )

  1. Rüstəm salam.

    Öncə  Şəbəkə printerinin qoşulması haqqında və  Şəbəkədəki Printeri istifadədə problem məqaləsini oxumaqda fayda var.

    Dediyiniz model şəbəkə printeridirmi? Əgər şəbəkə printeridirsə, “qoşulmuş bilgisayarı restart edirəm” – dediyinizə görə – düzgün istifadə etmirsiniz. Mən bu MODEL-i tapdım axtarış zamanı və şəbəkə printeridir.

    Əgər şəbəkə printeri deyilsə, zəhmət olmasa USB-nin qoşulduğu bilgisayarın hansı əməliyyat sistemi və parametrlərdə olduğu haqqında vəneçə istifadəçinin bura qoşulduğu barədə  məlumat verin.

    Ümumiyyətlə USB qoşulması ilə (şəbəkə printeri olmayan) olan avadanlığı şirkət mühitində istifadə etmək məsləhət görülən deyil. Əgər belə bir məcburiyyət varsa, printerin qoşulduğu bilgisayarın istifadə edilməməsi, bir növ “print server” kimi istifadə edilməsi variantları var. Bu üsulu təcrübədə istifadə etmişəm, çox böyük print axını (Plotter A0 format) olmasına baxmayaraq, illərdi normal çalışır. Mənfi tərəfi bir bilgisayarın əlavə istifadə edilməsi və enerji sərfiyyatı artır. Amma həll yolu olaraq bizim üçün optimadır.
    Əlavə olaraq, Print server-lərdən istifadə edə bilərsiniz.

    HP JetDirect

    D-Link Print Server

    Bu üsul mənim üçün yararlı olmadı. Bir araşdırmanızda fayda ola bilər.

    Uğurlar.

    Qeyd: Məqalələr və cavab probleminiz həlli oldusa, qiymətləndirməyi, həll yolunun hansı olduğunu bildirməyi və paylaşıb – dostlarınızla bölüşməyi unutmayın.

    • Çox Saqolun Elvin Bəy.Print Serveri Tətbiq etdim yaxşı qaydasinda işləyir.Çox Saqolun 

Cavab yazın