.PDF kitabı Azərbaycan dilinə necə çevirə bilərəm?

Salam. İnternetdən .PDF formatlı bir kitab yükləmişəm. Oxumaq istəyirəm amma Engilish dilindədir. Bu kitabın Azərbaycan dilində olanı axtardım amma tapa bilmədim. Heç Türk dilində də olanı yoxdur. Bunu mən necə Azərbaycan dilinə çevirə bilərəm ? Mümkün deyilsə eybi yox türk dilinə çevirmək istəyərəm. Necə çevirə bilərəm ? Xayiş edirəm kömək edərdiniz mənə. Birdə ki, .PDF formatlıarı mən Android telefonumda necə aça bilərəm ?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 3155 dəfə

Cavablar ( 12 )

  1. Salam İbrahim əgər pdf faylı sənə copy etmeyə icazə vermirsə  internetden abbyy finereader programını yüklə .pdf file Word fayla konvert elə sonrada tərcümə programları ilə tərcümə edə bilərsən

     

    android üçün hancom office yükləyib istifadə edə bilərsən

  2. Mən bildiyimə görə tərcümə etmək olmur.Əgər tərcümə etmək istəyisənsə cümləbəcümlə tərcümə portallarından edə bilərsən.Bir rus versiyasını yoxla bəlkə tapdın.Android telefonuna play marketdən office suite,pdf viewer bunlardan birini yüklə açacaq.Uqular.

  3. Salam, Google Docs  ilə çevirmək olar.

    İlk öncə Google Doc saytına daxil olursunuz, şəxsi istifadəçi hesabınızla daxil olduqdan sonra “New” bölməsindən “File upload” hissəsinə gələrək pdf. faylını yükləyirsiniz.

    Fayl yükləndikdən sonra sağ klik ederərək “Open with” –> “Google Docs” bölməsini tıklayırsınız.

    Açılan hissədə “Tools” –> “Translate Document” seçirsiniz daha sonra hansı dilə çevirmək istəyirsinizsə seçib, “Translate” düyməsini sıxırsınız.

     

     

     

     

    • .PDF Formatlı kitabın içində şəkillərdə olur. Səkilləri göstərir orda ? Mənə ən əsas görünüşü dəyişməməsi lazımdır. Yəni yalnız yazılar dəyişsin başqa şey nə yox olmasın nə də ki, dəyişməsin

  4. Nurlan Bəy mən tərcümə etdim ama kitabın içində olan rəsimləri tamam yox olur.

    Bunun çarəsi var?

  5. abbyy finereader hec bir deyişiklik etmir şəkillər olduğu kimi qalır

Cavab yazın