Print Server`ə printer əlavə edə bilməmə problemi

salam Hörmətli yoldaşlar. Fərhad müəllimin print server haqqında məqaləsini oxudum. Çox gözəl bir məqalə olduğunu qeyd etmək istədim. Amma mədə yaranan bəzi suallarıma cavab tapa bilmədim. Bəlkə də mən set up ede bilmədim amma nə üçün dədə-baba üsulu ilə CD-nin üstündə 2 klik etməklə set up getmir? (Server 2008 R2 domain compüterində) Print management-dən add ilə set up gedir? Bununla yanaşı məndə olan HP 2050 laserjet printerinə İP təyin edə bilmədim. Bu barədə köməklik etsəniz sevinərəm. serverdə set up edərkən sadəcə 64-bit “yes” olur, amma şəbəkədəki kopüterlər 86-dır. 64-lə yanaşı 86-nı da yükləmək istəyənda error verir. İnşallah dəstəyinizi əsirgəlmərsiz….hörmətlərimlə……

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 932 dəfə

Cavablar ( 10 )

  1. Salam Aleykum Ramil bəy,
    Məqalənin yararlı olduğunu eşitmək xoşdur.
    1)Əgər, siz printerə İP təyin etmək istəyirsinizsə, sizin printer mütləq şəbəkə printeri olmalıdır.
    2)Print Server qurmağımız məqsədi odur ki, printerlər mərkəzləşdirilmiş yerdə olsun.bütün drivelar və printerlər bura yükləndiyinə görə şəbəkə üzərində olan digər kompüterlər də şəbəkə printerlərini və onların sürücülərini(driver) bu mərkəzdən götürür.Şəbəkənizdə 100 kompüter olarsa, bu zaman gərək hər birində CD istifadə edəsiniz.Bəlkə elə kompüter var ki, orada heç CD-ROm yoxdur.
    3)Çox güman ki, sizin adını çəkdiyiniz printer modeli şəbəkə printeri deyil.Ona görə də İP təyin edə bilməmisiniz.
    4)Sonradan printerin tənzimləmərindən x86 üçün də sürücüləri aktiv edə bilərsiniz, İnşAllah.

    • Salam Ferhad bəy. Diqqətinizə çatdırıram ki printerim şəbəkə printeridir. Hal hazırda şəbəkə kabelini çəkib printere qoşmuşam amma serverde set up ede bilmirəm ki , server açıq olduğu müddətdə kompüterlərim çap vura bilsin.

       

      HP Laserjet P2055dn

      • 2055DN tənzimləmişəm və normal qaydada işləyib, İnşAllah.
        Ayarlarında İP təyin etmək üçün yer olmalıdır.Diqqətlə baxın.Bundan sonra Print Serverdə istifadə edə bilərsiniz, İnşAllah.

  2. bu printeri şəbələ ilə server kompüterinə set up ede bilmədim. server 2003-də qoşmuşdum amma 2008r2 bir az çətinliyim olur

    • Ramil bəy, qura bilmədim deyərkən konkret olaraq nəyi nəzərdə tutursunuz?
      Siz biraz ətraflı yazın ki, bizdə sizə kömək edə bilək, İnşAllah.

      • Ayarlama işini bir başa printerin özündən həll etdim. Ayarlarına girib İP almasını DHCP-dən avtomatik verdim. Bir az gözlədikdən sonra bir İP aldı. Sonra həmin İP ilə domain kompüterində qurdum. Bir sözlə məsələmi Fərhad bəyin köməyi ilə həll etdim. Amma etiraf edirəm ki, İP-ni mən vermədim.

        • Ramil bəy, probleminizi həll etdiyinizə sevindim.
          Amma fikrimcə printerə DHCP`dən İp təyin etmək düzgün çıxış yolu deyil.
          Mütləq statik İP verin.

          • kaş ki verə bilsə idim…. amma əlimdən qurtula bilməz onu da həll edecəyəm…..

          • 2055DN`də səhv etmirəmsə, statik İP vermə, TCP/İP ayarlarının içərisindədir.
            Əgər, hal-hazırdakı İP`ni bilirsinizsə, kənardan printerə qoşulub, GUİ(qrafik interfeys) istifadə edərək, statik İP təyin edin, İnşAllah.

          • məsələm həll olundu. TCP/İP ilə ayarladım

Cavab yazın