Proqram update

Salam

Pc-da olan bütün proqramların (auto updata)  bnu özüm idarə edəcək hər hansısa proqram vəya yol var?

ümumən silim vəya nəsə edim bəzi proqramalrdan tamamən updata gəlməsin.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1493 dəfə

Cavablar ( 5 )

  1. Salam Tural bəy.

    Bəli bu tip programlar var. Misal üçün: Outdate fighter, Appupdater və s.

    Bu tip programları tapmaq üçün Google axtarışda – Automatic Software Updater- kimi başlıqla axtarış edə və oxuya bilərsiniz. ( Avtoyeniləmə programları üçün nəticələr).

    Lakin fikrimcə əgər programları yeniləmək istəyirsinizsə ( ki, bu tövsiyə olunandır) birbaşa rəsmi veb-səhifələrə müraciət edin. Ən azından legal və orjinal olmasından əmin olmaq baxımından.

    Əgər programların yeniləmələrini ləğv etmək istəyirsinizsə ( tövsiyə olunan DEYİL) o zaman quraşdırma zamanı əksər programlarda “Yeniləmələr üçün təklif almaq istəyirsinizmi?” adlı bölmədə bu təklifdən imtina edə bilərsiniz. Əksər programlarda belə bir təklif bölməsi vardır. Və ya quraşdırmadan sonra tənzimləmələrdə belə bir xüsusiyyət olur. Siz konkret bir program adı çəkmədiyinizə görə ardıcıl addımları təqdim edə bilməyəcəyik. Əgər bu xüsusiyyət programın tənzimləmələrində yoxdursa o zaman həmin programın yeniləmə serverlərinin ünvanlarını C:\Windows\System32\drivers\etc qovluğunda yerləşən “hosts” faylına notepad.exe programı ilə dəyişərək 127.0.0.1 ünvanına yönləndirə bilərsiniz. Misal üçün:

    127.0.0.1 localhost

    127.0.0.1     armmf.adobe.com:443
    127.0.0.1     acroipm.adobe.com:80
    127.0.0.1     service-updates.adobe.com:443

    Bu zaman sizə yeniləmə təklifləri gəlmir. Çünki yeniləmə sorğuları 127.0.0.1 ünvanına yönləndirilir.

     

     

  2. Bilgiyə görə təşəkkürlər bəzi hallarda yükləmələrin için bu localhost la bağlı qeydlər gəlir onları siz dediyiniz kimi yaddaşa verəndə düzdü gəlmir am abəzi hallarda isə diyəsən həmin qeydlər gəlmir bəs belə halda nə edə bilərəm?

    proqramın adı  “connectify hotspot pro”

  3. Adını qeyd etdiyiniz programın səhv etmirəmsə belə bir siyasəti var ki, müəyyən zamandan sonra mütləq update olunmalıdır yoxsa işləməyəcək. Yəni siz onun update serverinə gedən sorğuları localhost-a yönləndirməniz sadəcə programın update olunmasının qarşısını alır. Lakin program mütləq surətdə update olunmalıdır.

    Connectify mən də işlədirəm lakin lisenziyasını almışam. Adətən endirimlər olur. Mən alanda 16 dollar idi. Əvəzedici kimi normal işləyən hotspot programlarından yalnız Baidu Hotspot məsləhət görə bilərəm. Ən əsası pulsuzdur.

    Onu da qeyd edim ki, siz VVindovvs ƏS üzərindən də hotspot edə bilərsiniz. Bunun üçün:

    CMD-i Administrator icazələri ilə açın ( Run as administrator)

    netsh wlan set hostednetwork mode=allow ssid=”şəbəkəadı” key=”8simvolparol”

    netsh wlan start hostednetvvork

    Bu əmrlərdən sonra bir virtual vvifi adapteri yaranacaq şəbəkə qurğuları arasında. Qoşulmaq istədiyiniz cihazda “şəbəkəadı” çıxacaq və “8simvolparol” yazaraq şəbəkəyə qoşulacaqsınız.

    Söndürmək istədikdə isə:

    netsh wlan stop hostednetwork 

    əmrini icra edin.

    Əgər qoşulsa lakin internetə girməsə o zaman kompyuterinizin internetə çıxış üçün istifadə etdiyi şəbəkə kartının xüsusiyyətlərinə (properties\svoystva) girərək paylaşım (sharing) bölməsinə daxil olun və həmin kartı Microsoft virtual adapter üzərindən paylaşın. Əgər çətinlik çəksəniz sizə izah üçün sadə şəkil qoymuşam

    .21

  4. Minnətdaram Ömər bəy

  5. Salam.
    Proqram təminatını yeniləməmək yaxud ona maneəçilik törətmək unutmayın ki,sizin kompüteri müxtəlif növ təhlükəsizlik boşluqlarına məruz qoyur.
    Flash player/Java/Brauzer/Adobe Reader və s. bu kimi proqramlarda müəyyən vaxtdan bir kritiki təhlükəsizlik boşluqları aşkarlanır.Yeniləmədikdə sözsüz ki,kompüterinizə müdaxilə/troyan/virusla yoluxdurulma şansınız artır.
    Eynilə bu Windows update-məsələlərinə də aiddir.
    Çalışmaq proqram təminatını daima up2date saxlamaq ən dürüst yoldur.
    Yox əgər xüsusi istisnalı hallar varsa Windows əməliyyat sistemində standart Firewall imkanları ilə/daha geniş kontrol üçün isə məsələn Comodo İnternet Security məsləhət görərdim (End user üçün)
    Applara görə rulelər verə bilərsiniz çox rahatlıqla.
    Hansı proqram hara çıxsın hara çıxmasın yaxud ümumiyyətlə çıxmasın..

Cavab yazın