Proqramlarda anlaşılmayan yazı stili

Salam Dostlar

Bəzən elə olur ki hansısa proqramı yükləyirəm və ya hansısa proqramın içində olan qeydləri aşaqıda göndərəcəyim tipdə olur bunları necə düzəldə bilərəm?

2015-04-07_18-34-18

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 720 dəfə

Cavablar ( 7 )

  1. Salam Tural bəy sizdə böyük ehtimalla unicode problemidi. Dəyişib restart etməklə aradan qaldırmaq olan bu problemi. Unicodu dil tənzimləmələrində dəyişə bilərsiz.

  2. Salam Tural bəy,
    Bu çox güman ki, Unicode problemidir.
    Zənnimcə göstərdiyiniz şəkildə, Rus dilində olan bir proqramın mətnidir.
    Bunu düzəltmək üçün:
    1. Windows+R düyməsindən istifadə edərək, RUN pəncərəsini açın.
    2. Açılan pəncərədə “intl.cpl ” yazıb, “Enter” düyməsini sıxın. “Region and Language” pəncərəsi açılacaq.
    3. “Region and Language” pəncərəsindı, “Administrative” tabına keçib, “Change system locale” düyməsini sıxın.
    1
    4. Açılan pəncərədə, “Current system locale:” altında “Russian (Russia)” seçin.
    2
    5. Computerinizi Restart edin.

  3. Təşəkkür edirəm dəyərli cavablarınıza görə

    Turqut bəy niyə rus dilini seçim bilmək olar?

    • Tural bəy, hazırlanan proqram rus dilində, kiril əlifbası ilə tərtib olunduğuna görə, həmən proqramların yazılarının oxunmasıüçün non-Unicode dili məhz rus dili seçilməlidir. 

  4. PC-i məndə ingilis dilindədi bunu rus dili qoymalıyam?

    • Əməliyyat sisteminin hansı dildə olması fərq etməz. 

      SizinUnicode dəstəkləməyən yəni non-Unicode proqramların default dilini dəyişirsiniz. 

      Əgər İngilis dilindədirsə əməliyyat sistemi, bu zaman interfeys dili rus dili olan proqramlar sizin bilgisayarınızda işə salındığı zaman yazılar ilan qurbağa kimi görsənəcək. Onların normal görünməsi üçün non-Unicode dilini, Turqut bəyin göstərdiyi üsulla Rus dilinə çevirin. Çevirdikdən sonra sizdən restart istəyəcək, çünki bu dəyişiklik sistem səviyyəsində olan dəyişiklikdir. Restartdan sonra proqram normal görünməlidir. 

  5. Təşəkkürlər

Cavab yazın