Proqramların PC-ə yazılması

Salam Dostlar

mən pc-nin sdd yaddaşına yalnız sistem və gərəkli proqramları yazmaq fikirindəyəm ama qalan xırda proqramlar var ki bunları hdd yaddaş yeni bir disk yaradıb xırda misal google chrome vəya skype kimi standart proqramları o diskə yazmaq fikirindəyəm ama görürəm elə bir proqramlar var ki onları mənim yeni yaratdıqım proqram diskinə yükləsəmdə ama parametirlərindən baxıram ki hansısa hissəsi C diskinin içindədi çox vaxt apdata qovluqunda proqramların hissələri olur deyəsən.

ama mən isdirəm proqramlara aid nə varsa hamısı proqramlar üçün yaratdıqım diskdə olsun

buna bir məntiqli varian nə deyə bilərsiz?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2002 dəfə


Cavablar ( 6 )

  1. SSD həcmi nə qədərdir?

    Xırda proqramları başqa diskə yazmağı tövsiyyə etmirəm. Məsələn elə Chrome kimi. Oyunların çox böyük həcm tutmasını nəzərə alıb, onları digər HDD disklərə yazmaq olar. Bunun üçün qurulma zamanı, faylları HDD diskinə göstərib yazın.

    Bu zaman bir problem ortaya çıxacaq, SSDHDD arasında informasiya yazmaq və oxumasında sürət fərqi çox böyük olduğu üçün programlar işə düşərkən ilişmələr ola bilər. Ona görə də işlətdiyiniz programları ələxsus da balaca həcmliləri məhz SSD-ə yazın ki, maksimum sürət və effekt alasınız.

    Bilgisayara istifadə etdiyiniz proqramları yazın ancaq. Bəzən istifadəçilər lazım oldu, olmadı proqramları bilgisayara yazırlar. (məs: Corel, 3Dmax, AutoCad və s. tipli)

  2. mən az yaddaşlı aldım 120gblik sdd aldım

    ama mən 3dsmax autocadnan çalışıram mənə onların sürətli olması vacibdi ssdnidə məs elə onlara görə aldım bidə sistemin sürətli olmasına görə fikrim var idi ki yalnız sistem və lazimi proqramları yükləyim çalşşdırı qalanını hddni bölərəm 1 neçə yerə onlara yazaram. ama görə adi bir winrar proqramını hddyə yazdım çalışdıranda nəsə problemlər oldu keçirdim ssdinin yaddaşına yəni C diskinə normal işdiyir indi.

    qeyd edim ki məqsədim SSD-yə lazimi proqramları yazıb artıq yer salaxlamaqdı başqa kiçik vəya 2ci dərəcəli proqramları HDD-dən ayırdıqım diskə yazmaq fikirindəyəm

  3. Əgər həcm kifayət edirsə, o zaman bütün lazımlı proqramları məhz SSD-ə yazın. Əməliyyat sisteminin SSD-də olması Əməliyyat Sisteminin açılmasını və işləməsini sürətləndirir, fəqət istifadə ediləcək proqramın başqa diskdə daha zəif diskdə olması isə proqramın işləməsində sürəti aşağı salacaq. Ola bilsin ki, bu hiss edilməsin o qədər də. Bəzən HDD sürəti zəif olduğu üçün ciddi ilişmələr olur.

  4. aydındı çəx təşəkkürlər

  5. SSD disklərinin əsas məqsədi Proqram Təminatının Flash sürətdə işləməsinin təmin edilməsidir. Bunu nəzərə alaraq əlavə faylları köhnə və ya yeni HDD diskə köçürmək daha məntiqlidir. Yəni bütün proqramlarınızı köçürürsünüz SSD diskə AutoCAD və 3dsMAX  və Photoshop, Premiere Pro kimi proqramlarının arxiv fayllarını (məs. project faylları) HDD diskdə saxlayırsınız. Bu çox gözəl üsuldur. Və məntiqli bölgüyə əsasən, daha məqsədəuyğundur.

  6. Mirzə bəy Salam dediyiniz arxiv faılları yəni bu proqramların özlərinin əlavə fayılları olur ki ora misal əlavə fayıllar yükləyib proqramda çalışdırırsan siz bunu nəzərdə tutduz?

    həqiqətən mən anladıqım məsələdirsə. bu etabı necə etsəm yaxşı olar sizcə? adi papkanın yerini dəyişməklə inanmıram bu alına.

Cavab yazın