Qovluğa ad verərkən Xəta 0x80004005

Salam kompda qovluğa ad verənde 0x80004005 bu şəkildə error verir. Bunu necə həll edə bilərəm. Yolunu göstərərdiniz zəhmət olmasa..

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 989 dəfə

Cavablar ( 21 )

  1. Azər bəy salam,

    İnternetdə tapdığım həlli bölüşmək istərdim:

    Untitled
    1- start->control panel->device manager
    2- view menyusunda “Show hidden devices” hissəsini seçirik
    3- Network adapters olan qolu açırıq
    4- Çoxlu sayda “Microsoft 6to4” adlı adapterlər görəcəksiniz
    5- Həmin adapterləri silin
    6- Kompüteri restart edin

    Restart etdikdən sonra qovluğ adını yenidən dəyişməyə cəhd edin. Nəticəni bizimlə bölüşməyi unutmayın.

     

    Hörmətlə,

    Rizvan Bayramov

    CCIE #49908

  2. Burda dediyiniz yoxdu axi

  3. show hidden devices hissəsini qeyd etmisinizmi ?

  4. Hemin kompüterə başqa userlə daxil olub yoxlamisiniz ? Sistem ne sistemdir ?

  5. yeni user yaradib, həmin userlə daxil olub yoxlayın zəhmət olmasa.

  6. eledim..yene dediyiniz yoxdu

  7. Erroru screen edib yerlesdirin bura  zehmet olmasa

  8. Kompyuter üzərində olan bütün disklərdə (məs: C və D) bu error olur?

     

     

  9. disklərə olan permissionları kontol edin.bəlkı Siz istifadə etdiyiniz userin icazəsi yoxdur.Sistemdə olan Administrator (default olaraq disable olur) ilə yoxlayın

    Kompyuterin HDD-sini check edib yoxlayin bəlkə bad sector filan var

  10. 1.  Registre daxil olun

    2. HKLM\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\FolderDescriptions -qovluğuna gəlin

    3. {2112AB0A-C86A-4ffe-A368-0DE96E47012E}
    {491E922F-5643-4af4-A7EB-4E7A138D8174}
    {7b0db17d-9cd2-4a93-9733-46cc89022e7c}
    {A302545D-DEFF-464b-ABE8-61C8648D939B}
    {A990AE9F-A03B-4e80-94BC-9912D7504104} bunları tapıb adlarını dəyişin.  Özüm yoxlamamışam deyə bilmirəm başqa problem çıxar yoxsa yox ona gorə bir hərf artırın sonuna ən yaxşısı.
    4. Restart edin nəticəni yazın.

  11. Salam Azər bəy. Siz əməliyat sistemini yeni mi yükləmisiniz? Əgər yeni yükləmisinizsə bu yanlış yükləmədən(konfiqurasiyadan) ya da problemli diskdən yükləmisiniz. Yox əgər problem durduq yerdə yaranıbsa, onda komputeriniz təhlükə altındadır demək. http://www.0x80004005.net/ bu sayta daxil olub aşağıda verilən linkdən appi yükləyin və bir də bucür yoxlayın. Bir çoxları şərhlərdə problemlərinin həll olduqlarını deyirlər. Yoxlayın daha sonra nəticəni bizə də deyin zəhmət olmazsa. Uğurlar…

  12. Salam.

    Problemin baş verməsindən əvvəl sistem yenilənməsi (update) və ya hər hansı yeni proqram quraşdırmısınızmı?

  13. salam Kenan bey..update vermisem sisteme..ama updateden 3-4 gun sora oldu bu..

    1. System olmayan diskdə bir qovluq yaradıb adını dəyişməyə çalışın. Əgər alınırsa, bu zaman profil qovluqları zədələnmiş ola bilər.
    2. Yeni istifadəçi yaradıb, sistemə yeni istifadəçi ilə daxil olun. Yeni istifadəçi yaratmaq üçün CMD-də aşağıdakı əmri işlədə bilərsiniz. net user /add user1 [email protected] (user1 istifdaçinin adı, [email protected] paroludur). Daha sonra user1lə sistemə daxil olub, yeni qovluq yaradıb adını dəyişin. Nəticəsini qeyd etməyinizi xahiş edirəm.

Cavab yazın