RAM dəyişmək

Salam. mən Acer ES 15 modelindən istifadə edirəm. Noutbukun RAM-ı 2gb DDR3 L memoy-dir. Öyrənmək istəyirdim ki, mən bunu maximum neçə RAM ilə əvəz edə bilərəm? sistem x64-dir. CPU sürəti 1.60 GHz. İnternetdə biraz axtarış elədim, amma tam birşey tapıb başa düşə bilmədim. Tam model ES 1-531-C3A5. Bir də bu L memory nə məsələdir? Digər DDR3 RAM-lardan fərqi nədir?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1863 dəfə

Cavablar ( 3 )

  1. Salam.Mənim bildiyimə görə L model ramlar ddr3 və ddr4 ana lövhələr üçündür (Bu haqda araşdırmağınız məsləhətdir).Modelin maxsimun ram qəbul etməsi 8gb -dır.

    Buradanda baxa bilərsiz.

    http://www.acer.com/ac/en/MY/content/model/NX.MZ9SM.002

    Hörmətlə .

  1. Salam.Mənim bildiyimə görə L model ramlar ddr3 və ddr4 ana lövhələr üçündür (Bu haqda araşdırmağınız məsləhətdir).Modelin maxsimun ram qəbul etməsi 8gb -dır.

    Buradanda baxa bilərsiz.

    http://www.acer.com/ac/en/MY/content/model/NX.MZ9SM.002

    Hörmətlə .


  2. Teşekkürler

  3. Salam.

    Yusuf bəy, dəqiq cavablandırdığınız üçün təşəkkür edirəm. Bir neçə izah edici əlavələr də mən edim.

    DDR2 1.8 V və ya 1.9 V, DDR3 1.35 V və ya 1.5 V ilə çalışdığına görə DDR3 DDR2-dən daha az enerji istifadə edir. Enerjiyə qənaət etmək üçün DDR3 L (Low) və DDR3U (Ultra Low Voltage) istehsal edilib ki, onun da sərfiyyatı uyğun olaraq 1.35 V və 1.25 V-dur. Sandy Bridge, Ivy Bridge and AMD FX CPU-ları və daha yeni nəsil prosessorlarla çalışa bilir.

    DDR3L DİMM-lərdə (masaüstü komplar üçün) 16 GB, SODİMM-lərdə (Notebook üçün) 8 GB istehsal olunur. Deməli göstərilən modelin 1 RAM slotu var. (Keçiddə qeyd edilib.) Bu səbəbdən maksimum RAM həcmi 8 GB-dır.

    Uğurlar.

Cavab yazın