RDP ilə qoşulmada CredSSP sertifikat səhvi

Salam.

Son update-dən sonra Windows 10 1709 və 1803 versiyalarında RDP ilə qoşulmada CredSSP required erroru verir. NTLM authentication söndürdükdə problem aradan qalxır, lakin, bu problemi tam həll etmir. Hər kimsə bu barədə bir məlumatı varmı? Necə həll etmək olar?

Təşəkkürlər.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 393 dəfə

Cavablar ( 6 )

  1. Salam.

    Son günlərin aktual mövzularındandır. Microsoft aşağıdakı məqalədə geniş məlumat yayıb.

    https://support.microsoft.com/en-us/help/4093492/credssp-updates-for-cve-2018-0886-march-13-2018

    Bu problemlə qarşılaşmamaq üçün və zərərverici hücumlardan uzaq olmaq üçün ən doğru olan, server və agentlərdə bu update-i quraşdırmanızdır.

    Qeyd: Həmin update-i serverdən silə də bilərsiniz, lakin şəbəkənizi təhlükəyə atmış olarsınız.

    Hörmətlə,

  1. Salam.

    Son günlərin aktual mövzularındandır. Microsoft aşağıdakı məqalədə geniş məlumat yayıb.

    https://support.microsoft.com/en-us/help/4093492/credssp-updates-for-cve-2018-0886-march-13-2018

    Bu problemlə qarşılaşmamaq üçün və zərərverici hücumlardan uzaq olmaq üçün ən doğru olan, server və agentlərdə bu update-i quraşdırmanızdır.

    Qeyd: Həmin update-i serverdən silə də bilərsiniz, lakin şəbəkənizi təhlükəyə atmış olarsınız.

    Hörmətlə,

  2. Elə dünən istəyirdim başlayım bu haqqda məqalə yazım, vaxt olmadı.

    Diqqət! Dediyim addımları ataraq təhlükəsizliyi riskə atırsınız!!!

    Uzun sözün qısası: Local Group Policy Editoru-u (gpedit.msc) açaraq

    Computer Configuration –> Administrative Templates –> System –> Credentials Delegation 

    Daxil olaraq Encryption Oracle Remediation seçimi üzrə “State” dəyərin “Enabled” edib “Protection Level” dəyərin “Vulnerable” seçin.

    Artıq bundan sonra serverə daxil ola biləcəksiniz və lazimi yeniləmələri yazıb işinizə davam edə bilərsiniz.

    • Təhlükəsizlik məsələsi mütləq nəzərə alınmalıdır, doğru qeyd etmisiniz. Daha yaxşı olar ki, hər iki tərəf update olunsun. Sabah birigün bir virus ordan istifadə edib sistemi bərbad eləsə, əziyyəti yenə İT-yə düşəcək. Odur ki, əziyyəti itki olmadan çəkəy. 

       

    • Bu həll yolundan başqa Computer properties – Remote settings – Allow connections only from computers running Remote Desktop with Network Level Authentication (recommended) qutusunda işarəni qaldıraraq da qoşulmaq olurdu. Lakin, o zaman təhlükəsizlik aşağı düşür.

      Təşəkkür edirəm cavabınız üçün.

  3. Salam  Ömər bəy.Bu problemlə bir neçə gün öncə məndə qarşılaşmışdım.Elvin bəyin dediyi kimi hər iki tərəfdə  həm server tərəf həm də user tərəfdə update olunduqdan sonra məsələ həll olundu,yəni CredSSP ilə bağlı problem aradan qalxdı.

  4. Salam yoldaşlar.

    Təşəkkür edirəm hər birinizə. Serverləri update etməyə çəkinirdim. Məlum məsələdir bəzi updatelərdən sonraki yuxusuz gecələr qorxusu ))

    Həm client, həm də serverlər update olduqdan sonra problem aradan qalxdı.

Cavab yazın