Redirection with Group Policy

Hər kəsə salam. Mən Vmware-də 2 dənə Server qaldırmışam (Server 2008). Birində Active directory-ni qaldırmışam. 2-ci serverimdə bir papka düzəldib sharing etmişəm. DC-də Group Policy-de Redirection edirəm (Root Path-da 2-ci serverimdəki sharing olunmuş papkanı göstərirəm), amma işləmir. Bu nədən ola bilər?

Mən sharing olunmuş papkanı DC-də yaradıram GPO işləyir, amma başqa serverdə yaradıram işləmir. Bu nədən ola bilər?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 594 dəfə

Cavablar ( 6 )

  1. Salam Hikmət bəy. ola bilsin bunları bilirsiz amma yenədə təkrar edim bəlkə kömək oldu ;)
    Düzü tam başa düşmədim siz hər hansı bir folderi share etmək istəyirsiz ya hər hansı folderi Redirect etmək istəyirsiz bunlar sharing ve redirecting bir az fərqli bir şeylərdi.
    1) Redirection hər hansı bir folderi istənilən başqa yerə köçürtmək üçün istifadə olunur məs : default olaraq MY DOCUMENTS c:\user\%username% yerləşir. biz grup policy vastəsi ilə onu D:\test\%username% yerləşdirə bilərik. bunu istənilən folderə etmık olar

    2) sharing məsələsində əgər biz bir folderi share eləmə istəyiriksə ilk öncə share ve security icazələri düzgün təyin etməliyik(permisson) bundan sonra istənilən folderi share etdikdə onu şəbəkədəki PC-lərə GP ilə deploy edə bilərik.

  2. Cavid bəy, çox gözəl izah verdi.
    MaşAllah olsun!
    Bir şeyi də qeyd edim ki, paylaşım(sharing) ilə security icazələri tamam ayrı-ayrı şeylərdir.

  3. cox saq olun Fərhad bəy. Allah razı olsun. düz qeyd edirsiz ola bilsin səf etmişəm.
    bir sualım var ozümdə dəqiq bilmirəm siz qeyd eləsəniz gözəl olar. Share elədiyimiz bir folderə share permission verdikdən sonra security permissionda lazımi group və ya istifadəçiyə lazımı permissionlar verməsək o nəsə dəyişiklik edə bilər ??
    məs : share permissionda full access veririk amma security permissionda read access İstifadəçi nəyisə ordan silə bilər ya yox ??? Əvvəlcədən cox saq olun.

  4. Cavid bəy, xeyr siz yazdığınız halda istifadəçi dəyişiklik edə bilməyəcək, istifadəçinin ancaq “read” icazəsi olacaq. Yəni burada önəmli olan security hissəsində qeyd etdiyimiz icazələrdi.

  5. Əvvəla verdiyiniz cavablar üçün təşəkkür edirəm. Share Permission və Security icazələrini yoxlamışam, məncə hamısı qaydasındadı. Çünki Root Path-bölməsində DC-dəki share olunmuş papkanı göstərəndə işləyir, amma başqa bir serverdəki papkanı göstərəndə yox. İstər Sharing Permission, istərsə də Security bölməsində everyone full control etmişəm, amma Redirect olmur… Bu bölmələrdə başqa nəsə etməliyəm?

  6. Dediyim kimi virtualda 2 dənə əməliyyat sistemi Windows Server 2008 olan kompyuter yaratmışam. 1-ci Serverimdə Active Directory qaldırmışam. 2-ci Serverimdə bir papka yaratmışam və Sharing etmişəm. Birinci Serverimdə Group Policy-də hər hansı bir OU üçün GPO düzəldirəm, Edit edirəm. Redirection bölməsində hər hansısa (məs: Documents) bir papkanın Properties-inə girib düzəlişlər edirəm və Root Path bölməsində 2-ci Serverimdə Sharing olunmuş papkanı göstərirəm, həmin OU-ya aid olan bir istifadəçi ilə Client kompyuterdən Logon oluram, amma Documents papkası Redirect olmur. Amma Root Path bölməsində Active Directory olan Serverimdəki hər-hansısa Sharing olunmuş papkanı seçəndə olur. Yox Fərid müəllim 2-ci Serveri domain-ə salmamışam. Sadəcə eyni şəbəkədə işləyirlər, amma ping-ləyəndə bir-birlərinə cavab verirlər və Remote qoşulmaq olur

Cavab yazın