Router üzərindən Trunk

Salam Aleykum,
Dostlar, yeni bir sualla qarşınızdayam.
Arada Router istifadə edərək, svvitchlər arasında Trunk etmək olar?
Yəni bir svvitchdə olan məlumatlar(VLAN) digər svvitch`ə ötürülsün.
Əvvəlcədən hər kəsə təşəkkürlər!

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 702 dəfə

Cavablar ( 6 )

  1. Salam
    Bildiyimiz kimi hər bir VLAN ayrica broadcast domain və subnet deməkdir. Yəni hər bir VLAN-a ayri bir subnet verilməlidir. Routerlər L3 olmaqla broadcast paketləri ötürmür və bununla da hər bir interface-i ayri broadcast domaine aid olur. Yəni biz routerin iki interface-i üçün eyni subnetdən ip address müəyyən edə bilmərik. Bununla da dediyin konfigurasiya mümkün olmayacaq. Müxtəlif svvitchlər arasında eyni VLAN üçün router istifadəsinin məqsədi də bir az qaranlıq qaldi

  2. Rizvan, cavabın üçün təşəkkür edirəm!
    Çox gözəl izah etdin, İnşAllah!
    O zaman belə bir şey soruşum.
    Deyəlim ki, Mərkəz Bakıda yerləşir, Filial isə Sumqayıtda.
    Mən istəyirəm ki, bunlar arasında daxili şəbəkə qurulsun.Eyni zamanda Mərkəzdə etdiyim dəyişikliklər VTP ilə ötürülsün Sumqayıtdakı svvitchə.
    Bunun bəs necə etmək olar?

  3. Bu cür vəziyyətdə sadə bir həll olaraq optik kabel vasitəsilə qoşmaq mümkündür. Bu halda svvitch optik porta malik olmalidir və yaxud converter istifadə edərək ethernet port da istifadə oluna bilər. Hal-hazırda providerlər tərəfindən bu cür xidmtlər göstərilir. Yəni transmissiya zamanı sənin svvithlərin arasında heç bir provider avadanlığı görsənmir və svvitvhlərini back-to-back qoşulu vəziyyətdə görə bilərsən. Bu halda istədiyin konfigurasiyanı müəyyən edə bilərsən.
    Uğurlar

    • ALLAH Səndən Razı Olsun, İnşAllah! 
      Arada converter istifadə edərək qoşulan görmüşdüm.
      Bir sual da verim, bu optik naqillə həm də internet gəlir ya necə?          

  4. Cümləmizdən İnşallah.
    Təbii ki bir neçə hal mümkündür. Ola bilər provider sənə bu optik xətt üzərindən bir neçə VLAN versin və onlardan biri internet olsun. Və yaxud sənə birbaşa xətt versin və başqa filialda mövcud olan interneti özün bu xətt üzərindən digər filiallara ötürəsən.

  5. O zaman mümkündür ki, eyni optik xətt üzərindən həm internet həm də internal şəbəkə gəlir.Sən dediyin kimidir, məsələn internet VLAN 10da, internal VLAN 70`də.
    Bir daha təşəkkürlər!Hər şey aydın oldu, İnşAllah!

Cavab yazın