SAP

Salam. SAP haqqında internetdə araşdırmalar apardım və tutarlı 1 məlumat əldə edə bilmədim. Sadə dildə, ətraflı şəkildə SAP haqqında yaza bilərsiz ? Nədir ? Nə üçün işlədilir. Nə vaxt, harda lazım olur ? Bu kimi suallarım çoxdur. Təşəkkür edirəm

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 18157 dəfə

Bu sual SQL Plus üzərindən Oracle startup və shutdown məqaləsinə sual olaraq verilmişdir.

Cavablar ( 5 )

  1. Salam İdris bəy.

    SAP SE – Alman şirkətidir və əsas fəaliyyəti şirkətlər üçün proqram təminatının istehsalıdır. Qərargahı Valdorfe şəhərində yerləşir.

    SAP şirkəti İBM şirkətinin beş sabiq əməkdaşı tərəfindən yaradılmışdır (Claus Wellenreuther, Hans-Werner Hector, Klaus Tschira, Dietmar Hopp və Hasso Plattner). SAP adı alman dilində olan baş hərfindən yaranır:  “Systeme, Anwendungen und Produkte in der Datenverarbeitung” / İng. “Systems, Applications and Products in Data Processing”. 1976 –ci ildə SAP GmbH adı altında fəaliyyətə başladı. 2014-cü ildən isə rəsmi adı SAP SE oldu.
    Şirkətin ən məşhur məhsulu SAP R/3 (SAP ERP) – proqram təminatıdır. ERP – İngilis dilində – Enterprise Resource Planning – müəssisənin resuslarının planlaşdırılması deməkdir. İri və orta şirkətlər üçün nəzərdə tutulub. Əsas rəqibləri Microsoft Dinamics NAV, OraclE E-Business Suite və 1C 8.3 ERP sistemləridir. Bir neçə moduldan ibarətdir: maliyyə, proyektlərin idarə edilməsi, istehsalat planlaşdırılması, satış, loqistika, personalın idarə edilməsi, sahələr üzrə həllər modulları. SAP R/3 abreviaturasında R hərfi – “Realtime” sözünün ilk hərfidir və sənədlərin təcili keçirməsini və bütün bölmələrə dərhal əlçatmasını bildirir. 3 rəqəmi isə kliyent, server və verilənlər bazası üç şaxəli sistem deməkdir. Üstünlükləri – iri şirkətə lazım olan bütün sistemləri bir proqram təminatında cəmləyır. Çatışmazlıqları – qiymətinin baha olması və tətbiqi çətin olmasıdır. Proqramlaşdırılması üçün xüsusi proqram dili var – ABAP/4.

  1. Salam. SAP bir çox həlləri olan şirkətdir. Konkret hansısa həll haqqında məlumat almaq istəyirsinizsə, xahiş edirəm həmin məhsul barədə qeyd edəsiniz. Ümumiyyətlə isə SAP tərəfindən təklif olunan həllər demək olar ki, bütün sahələri əhatə edə bilər. Bildiyim qədəri ilə bu həllərin içərisində insan resurslarının idarə olunmasından tutmuş, maliyyə, marketinq, verilənlər anbarı, analitik təhlillər, hesabatlılıq və s. imkanlar var.
    Həllər barədə texniki sənədləri https://support.sap.com/documentation.html bu ünvandan əldə edə bilərsiniz.

  2. Salam İdris bəy.

Cavab yazın