Serial cable, ethernet crossover cable (LAN cable)

Lan kabel serial kabelin funksiyasini gorur? yeni bunlarin her ikisi birlikde qosulmalidi, yoxsa LAN ile elaqe temin olunduqdan sonra, serial kabele ehtiyac yoxdu?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1377 dəfə

Cavablar ( 4 )

  1. Salam. Əvvəla onu qeyd edim ki, bu iki kabelin istifadə təyinatları fərqlidir. Ancaq, Bəzi hallarda SSH dəstəyi olan cihazları tənzimləmə üçün, serial port əvəzində Lan da istifadə oluna bilər (yəni IP ünvanı istifadə olunaraq).

    Serial/COM (Communication) port– COM port komputerlərdə ilk istifadə olunan geniş məqsədli portdur. COM port9 pin-li və ya 25 pin-li ola bilər. İstifadəsi məhdudlaşsa da hal hazırda consul qoşulmalar üçün istifadə olunur. Məsələn, ən sadə halda switch və s. cihazlarda tənzimləmələr aparmaq üçün.

    Lan kabel haqqında ətraflı məlumatı isə linkdən istifadə edərək əldə edə bilərsiniz: Şəbəkə kabeli hazırlamaq.

     

  2. Salam. Royal bəyin də qeyd etdiyi kimi com port ilə qoşulma zamanı putty kimi applicationlardan istifadə olunur. Günümüzdə ən çox svvitch, router tipli şəbəkə cihazlarını idarə edirlər bu portla. Lakin hər hansı interfeys ip adres aldıqdan sonra lan kabel ilə qoşularaq vvindovvs command promptdan istifadə edərək telnet və ya ssh ilə qoşula bilərsiniz.

    Crossover tipli şəbəkə kabeli eynitipli cihazları ( kompyuter-kompyuter,svvitch-svvitch, router-router və s.) qoşmaq üçün istifadə olunur. Lakin günümüzün şəbəkə kartlarında artıq buna ehtiyac qalmayıb. Siz standart kabel ilə eyni tipli cihazları əlaqələndirə bilərsiniz.

  3. Salam İsmayıl bəy,

    Zəhmət olmasa sualınızı bir qədər ətraflı yazardınız.

    Sualda qeyd etdiyiniz kabel növləri fərqli təyinatlıdır. UTP və Serial kabellər müxtəlif portlarda istifadə olunur və bir birilərini əvəz edə bilməzlər.
    Aşağıdakı şəkildə kabellərin fərqlərinə nəzər sala bilərsiniz:

     

    AMP-Cat-6-UTP-Patch-Cord-Black-Color-16-feet!BYcgKKQBmk~$(KGrHgoH-DEEjlLl0zoyBKhmiiTCv!~~_1

    Əlavə sualnınız olarsa, buyurun.

    Hörmətlə

    Rizvan

    • Salam. Rizvan bəy məncə qardaş aşağıdakı kabel birləşməsini görüb və ona görə belə bir sual ilə qarşı qarşıya qalıb.

      Cisco-Console-DB9-to-USB-Adapter-Cables

Cavab yazın