Server 2008 R2 : KB2592687 və KB2574819 DİQQƏT!

Salam dostlar. Dünən rastlaşdığım bir vəziyyəti sizlərlə bölüşmək istəyirəm. Belə ki, gündəlik serverlərin Update-lərini yoxladığım zaman bügün 2 yeni Update olduğunu gördüm: KB2592687KB2574819. BunlarOptional Update-lər idi. Bu Update-lər haqqında bir az məlumat əldə etdikdən sonra Additional DC-yə yüklədim. Sonda Restart istədi, elədim. Sistem açılandan sonra “gözəl” bir xəbərdarlıqla qarşılaşdım : İntersite Messaging Service could not start!Təbii ki, sevindiyimi deyə bilmərəm! Services bölməsinə girdim, həmin servisi işə salmağa çalışdım, No Access Permission dedi! Hansı ki, mən Administrator hesabı ilə giriş etmişdim.

İnternetdə bir az araşdırdım və bu servisin DNS-lə sıx əlaqəli olduğunu öyrəndim. DNS servisini və domain ilə əlaqəli bütün servisləri Restart etdikdən sonra bu servisi bir daha işə salmağa çalışdım, işə düşmədi. Onu da qeyd edim ki, bu servisin işləməməsi, bu server daxil olmaqla bütün serverlərə remote-desktop vasitəsilə hostname adı yazaraq qoşula bilməməyimə səbəb olurdu. Ancaq İP ilə qoşula bilirdim. Həmçinin DNS, Primary DC ilə də replikasiya etmirdi.

Daha ətraflı araşdırma apardım, İP problemi və ya Network adapterinin düzgün işləmədiyindən qaynaqlandığını oxudum. İP-lər və Network Adapterləri normal idi. Ancaq diqqətimi bir şey cəlb etdi: Network and Sharing Center bölməsində şəbəkə adının Undefined olduğunu gördüm, normalda Domain-in adı olmalıdır.

Server üzərində başqa heç bir dəyişiklik etməmişdim – Update-ləri yükləməkdən savayı. Həmin Update-ləri silməyi qərara aldım, ancaq ondan əvvəl “mənasız” bir şey etmək istədim: Manual olan bütün servisləri işə salmağa başladım. Windows Remote Management (WinRM), Diagnostic Service Host servisləri işə saldığım zaman Network and Sharing Center bölməsində şəbəkə adının domain adına çevrildiyini gördüm. Bu bir az məni sevindirdi. Elə bu sevinclə İntersite Messaging servisini də işə salmğa cəhd etdim. Servis işə düşdü!

Serveri restart etdikdən sonra hər şeyin yolunda olduğunu gördüm. Artlq bütün serverlərə hostname adı ilə qoşula bildim və ən əsası DNS replikasiya etdi.

Nəticə etibarilə, bunu başa düşdüm ki, həmin Update-lər hansısa vacib servisləri ya darandırıb, ya da Automatic-dən Manual-a çevirib. Yəqin ki, hər ikisini edib.

Bəlkə də, səhv etdim, ancaq, Manual vəziyətdə ancaq özü işə düşən servisləri Automatic etdim. Yenidən Serveri restart etdim, heç bir problemin olmadığını dəqiqləşdirdim.

Qarşılaşdığım bu vəziyyəti sizlərlə də bölüşmək istədim ki, həmin Update-ləri siz də yükləyərək bu və ya başqa cür problemlərlə üzləşsəniz, əvvəlcə Manual olan bəzi servisləri işə salaraq troublshooting-ə başlaya bilərsiniz.

Hamınıza ugurlar!

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1824 dəfə

Cavablar ( 4 )

  1. Dostlar, yuxarıda yazılanları diqqətlə oxudum.
    Microsoft şirkətinin əməkdaşı olduğumu bildirdikdən sonra aşağıdakıları Sizinlə bölüşmək istəyirəm:

    • Çox düz edirsiniz ki, Update-lərə belə ciddi yanaşırsınız. Update-lər çox nasazlıqları aradan qaldıra bilir. Xahiş edirəm, bildirəsiniz, hansınızın yazılı formada ixtiyari Update-ni tətbiq etmək təlimatı var? Varsa, məxvi deyilsə, xahiş edirəm burada paylaşasınız, olmayanlar da bu təlimatdan faydalansınlar. Mən də daha belə bir təlimatı hazırlayıb Sizlərə təqdim etmək üçün vaxt itirməyim.
    • Tutaq ki, təlimat yoxdur. Hər kəs öz biliklərininə güvənərək hərəkət edir. Biliklərinizə və təcrübənizə hörmətlə yanaşıram. Kimin burada Test mühiti (Test Environment) var? Hərçənd Microsoft şirkəti Update-ləri Sizin Production Environmentdə tətbiq etməzdən əvvəl Test Environmentdə tətbiq edərək sınaqdan keçirməyi, nasazlıqlar yaranmadığı halda Production environmentdə tətbiq etməyi tövsiyə edir.
    • Yəqin ki, nə vaxtsa tətbiqi proqram təminatı hazırlamaqla, kod yazmaqla məğul olanınız olub. Siz hansı metodologiya tətbiq edirdiniz? Kimə maraqlıdırsa, Microsoft şirkəti bütün hazırladığı tətbiqi proqramlarıMicrosoft Security Development Lifecycle (SDL) Process əsasında hazırlayır və sınaqdan keçirir. Ətraflı burada oxuya bilərsiniz: http://www.microsoft…s.aspx?id=29884
    • Bütün dünyada Microsoft şirkətinin 22 milyon serveri tətbiq edilib. Onlardan yarıdan çoxu qeyd etdiyiniz Server 2008 R2-dir. Hamısı da müxtəlif ssenarilərdə tətbiq edilir. Əlbəttə elə bir ssenari olacaq ki, Microsoft şirkəti bunu təxmin edə bilməzdi.
    • Əgər Serverləriniz lisenziyalıdırsa, belə nasazlıqlar yaranda vaxt itirməmək üçün Microsoft support-una müraciət edə bilərsiniz. Ən qısa müddətdə Sizə cavab veriləcəkdir. Ətraflı maraqlanmaq istəsəniz 4373800 nömrəsinə zəng edib Microsot Support haqqında əlavə məlumat ala bilərsiniz.

    Ümid edirəm ki, yazdıqlarımın Sizə faydası olacaq.

  2. Salamlar.

    3cü təkmilləşməkdə olan ölkələrdə belə bir prosedurlara ancaq bank və bu tip şirkətlətdə rast gəlmək olar ki, bunun səbəbi də əsasən tətbiq olunuan audit və standartlara görədir.

    • Çox düz edirsiniz ki, Update-lərə belə ciddi yanaşırsınız. Update-lər çox nasazlıqları aradan qaldıra bilir. Xahiş edirəm, bildirəsiniz, hansınızın yazılı formada ixtiyari Update-ni tətbiq etmək təlimatı var? Varsa, məxvi deyilsə, xahiş edirəm burada paylaşasınız, olmayanlar da bu təlimatdan faydalansınlar. Mən də daha belə bir təlimatı hazırlayıb Sizlərə təqdim etmək üçün vaxt itirməyim.
    • Tutaq ki, təlimat yoxdur. Hər kəs öz biliklərininə güvənərək hərəkət edir. Biliklərinizə və təcrübənizə hörmətlə yanaşıram. Kimin burada Test mühiti (Test Environment) var? Hərçənd Microsoft şirkəti Update-ləri Sizin Production Environmentdə tətbiq etməzdən əvvəl Test Environmentdə tətbiq edərək sınaqdan keçirməyi, nasazlıqlar yaranmadığı halda Production environmentdə tətbiq etməyi tövsiyə edir.

    Çox dəyərli fikrdir. Misal üçün kiçik həcmli şirkətlərdə bu məsələ bir o qədər əhəmiyyət kəsb etmir, səbəb olaraq aktiv iş üçün ayrılmış demək olar az sayda serverlər mövcud olur. Lakin böyük qurumlarda bu tip planlama mütləq olmalıdır. Təcrübəmə əsasən bunu qeyd edə bilərəm ki, Server 2003 və 2008 də Updatedən qaynaqlanacaq çokmə problemləri ilə qarşılaşmamışam. Əgər ki, update üçün prosedur düzgün tətbiq olunsa çox vaxt testə gərək qalmır. Bu mənim şəxsi fikirimdir. Lakin Cluster qurulmuş Serverlər, Exchange , SQL və s. kimi vacibli iş yükünə malik olan serverlərdə updatelər tətbiq olunmadan öncə mütləq test olunmalıdır. Əsasəndə sistemin restart olunmasına gərək duyan updatelərdə ehtiyatlı davranmaq lazımdır. Təbii ki, qısa olaraq izhat verməyə çalışdım.

    Təlimat məsələsi isə bir az qəlz məsələdir. Bizim sferada bu tip işlərə zaman ayırmaq və yaxud təlimat hazırlamaq sonra o təlimatı tətbiq etmək vaxt itkisidir. Səbəb olaraq bunu qeyd edə bilərəm ki, bizdə məntiq fərqli işləyir. ALL-İN-ONE mütəxəssis kimi yetişirik. Nə qədər profilləşmə tərəfdarı olsamda hələ buna nail ola bilməmişəm. Çünki bütün yük bir-iki şəxsin üzərinə düşdüyünə görə bunun öhdəsindən gəlmək asan məsələ olmur və zaman baxımdından artıq hər hansı bir qayda üzrə işləmək üçün mümkün şərait olmur. Bu fikirlərimlə kimsə razılaşmaya bilər amma bu reallıqdır.

    • Qaçay bəy dedikləriniz düzdür amma hər zaman update i vermedən öncə test etmək mümkün olmur.Ümumən Elgüc bəy dediyi sözlərə ikiəlli qatılıram təəssuf ki reallıq bizi başqa cür davranmağı vadar edir.
      Bizə gəldikdə mən Exchange və SQL olan serverlərə gələn updateləri olan kimi yox bir müddət keçəndən sonra verirəm internetdə izləyirəm əgər müsbət rəylər varsa onda verirəm.Hal hazırki environmentimizin test variantı yoxdur qurulmasına böyük resurs təlb etdiyindən.Amma domen kontrollerlərə,proxy və s. serverlərə.istifadəçi kompyuterlərə gələn updateləri həmən verirəm hələm heçbir problem çıxarmayıb.
      update lə bağlı 2 dəfə problem yaşamışıq bir terminal server role olan serverdə və birdə exchange serverdə.
      2003 serverdə isə update görə çokmə halları bizdə tez tez olurdu.2003 üzərindən Citrix ilə terminal server qurulduğu vaxtlar.

      • Etiraf etdik ki, Test mühiti və təlimatlar vacibdir. Eyni zamanda maneələri və riskləri də səsləndirdik. Bəs həll yolu nədir? Məncə bunun cavabını Windows Azure-də axtarmalısınız. Niyə? Ona görə ki, əgər test mühiti fiziiki və ya virtual olaraq qaldırmaq istəsəniz buna daha çox resurs tələb olunacaq. Windows Azure Public Cloud və İnfrastructure As A Service imkanları təklif edir. Bu o deməkdir ki, Siz virtual serverləri icarəyə götürə və sınaqları həmin mühitdə apara bilərsiniz. Sınaq aparmadan həyata keçirdiyiniz əməliyyatlar nəticəsəində baş verə biləcək itkiləri ehtimal etsək, görərik ki, Windows Azure çox sərfəlidir. Artıq bir neçə şirkət Windows Azure üzərində Disaster Recovery Site da yaratmağı düşünürlər. Business Continuity üçün çox sərfəli və etibarlı həldir. Daha ətraflı buradan baxa bilərsiniz: http://www.windowsazure.com/en-us/

Cavab yazın