Server 2008 və IIS 7

Salam hər kəsə. Uyğun mövzu tapa bilmədiyim üçün yeni mövzu açdım. Məndə belə bir problem var. IIS-də veb-in bind-lərini dəyişdim. yəni listen elədiyi IP-ləi dəyişdim. Yeni təyin etdiyim IP işləmədi. Deyəsən yeni IP proxy-dən çıxdığı üçündür. Nə isə bu bir tərəfə. Əsas məsələ odur ki, köhnəsinə qaytardım yenə işləmədi. saytı sildim, IIS-i sildim təzdən yazdım bir fayda olmadı. Bu azmış kimi, indi də IIS ümumiyyətlə açılmır. Can not start w3svc erroru verir. Command-dan açmaq istəyirəm bu servisi “System error 1068 has occured, The dependency service or group failed to start” yazır. İntdə araşdırdım. net stop http, reset catalog və buna bənzər bütün əməliyyatları etdim, alınmadı. Systemi 5-6 dəfə restart da etmişəm. olmur. Nə qədər ki iş günü deyil, köməyinizə ehtiyacım var. Hər birinizə təşəkkürlər.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1548 dəfə

Cavablar ( 3 )

  1. Salam,
    Server üzərində İİS-ə bənzər hər hansı bir məhsul var ?. Varsa həmin proqramın servislərini stop edib. İİS rollarını ləğv edib sistemi restart etdikdən sonra ,

    C:\Windows\System32\inetsrv\config qovuluğu altında olan fayıllar qalıbsa adlarını dəyişdikdən sonra İİS rollarını yenidən yükləyib, aşağıdakı əmri icra edin.

    c:\Windows\System32>net start was w3svc

    The Windows Process Activation Service service is starting.
    The Windows Process Activation Service service was started successfully.

    Uğurlar

    • Bunu yoxlamışdım, amma config folder-dəkilərin adlarını dəyişməmişdim. İndi bir daha yoxlayıb nəticəsini yazacam bura.

  2. Hörmətli dostlar !

    Həll yolu aşağıdakı şəkildədir. Öncəliklə server üzərindəki logları analiz etdikdən sonra sistem üzərində aşağıdakı Event İD-lərə rastladım.

    Event Id 1616

    Installation failed.

    Roles:

    Web Server (IIS)
    Error: Attempt to install IIS Management Console failed with error code 0x80070643. Fatal error during installation
    Error: Attempt to install Static Content failed with error code 0x80070643. Fatal error during installation
    The following role services were not installed:
    Web Server
    Common HTTP Features
    Static Content
    Management Tools
    IIS Management Console

    Event Id 5005

    Windows Process Activation Service (WAS) is stopping because it encountered an error. The data field contains the error number.

    Event Id 5036

    The configuration manager for Windows Process Activation Service (WAS) did not initialize. The data field contains the error number.

    Event id 5172

    The Windows Process Activation Service encountered an error trying to read configuration data from file ‘redirection.config’, line number ‘0’. The error message is: ‘Cannot read configuration file
    ‘. The data field contains the error number.

    Bu Event İD-lərdən bəlli olur ki, əsas problem kimi Windows Process Activation Service (WAS) configi oxuya bilmir. Öncə üstə qeyd etdiyim metodu sınaqdan keçirdim. Bu addım tam nəticə vermədi və config fayıllarını restore ede bilmədiyinə dair yeni loglar meydana gəldi.

    Həll yolu

    Windows Process Activation Service – Server Manager – Features bölməsi altından bu xidmtə aid servisləri silib, sistemi restart edərək, həmin servirsləri yenidən yükləyib sistemi restart etdikədən sonra log bölməsində Windows Process Activation Service aid bildiriş loglarından bəlli oldu ki, bu xidmət artıq normal işini bərpa edib.

    Sonra İİS aid rolları yenidən yükləyərək, normal qaydada xidməti bərpa etdik və İİS altında mövcud olan defalut web site hissəsini start etməyə çalışdığımızda başqa bir errorlar qarşdıq. Adminlərin xoşlamadığı errorlarıdan biri. Bu errorun çox səbəbi ola bilər. Server üzərində apache və s. gözümə çarpdığı üçün ilk öncə port 80-dın başqa servis tərəfindən dinlənib dinlənmədiyini sınaqdan keçirdim.

    CMD -üzərində sadə bir əmrlə port 80-ın boş olduğunu və apachenin xidmtədən kənar olduğunu təyin etdik.

    netstat -ano |findstr 80

    Event ID 1004

    The World Wide Web Publishing Service (WWW Service) did not register the URL prefix http://*:80/ for site 1. The site has been disabled. The data field contains the error number.

    Son olaraq regedit-ə daxil olaraq bir dəyişiklik olub olmadığın baxmaq istərkən ListenOnlyList bir Dword atıldığını və interfacelər üzərində olmayan bir ip-yə match olunduğu üçün, (Böyük ehtimal problemin kökü burdan qaynaqlanıb digər problemlərə yol açıb ) İİS qeydiyyatı doğru gerçəkləşdirə bilməyib.

    HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Services\HTTP\Parameters\

    ListenOnlyList dəyərini ləvğ edib sistemi yenidən başlatdığımız zaman artıq İİS-in öz xidmətini bərpa etdiyini gördük

Cavab yazın