Server 2012 DC file replication problemi

Salam.

Server 2012 üzərine qurduğum DC və ADC -de file replication servisi start etmək olmur. 1053 xətası verir. Syncall və showrepl də heç bir xəta görünmür. Nədən ola bilər?
Təşəkkürlər.

Səs: +20. Bəyənilsin Zəifdir

Baxılıb: 1392 dəfə

Cavablar ( 9 )

  1. Salam Aleykum Sərxan bəy,

    Zəhmət olmasa, hər iki tərəf arasında əlaqə varmı?

    RDP ilə qoşula bilirsinizmi? PİNG ata bilirsinizmi? Eyni zamanda müvəqqəti firewall`u da bağlayıb, sınaqdan keçirin.

    Sonra CMD`ni açıb, bu əmri icra edin:

    netsh interface ipv4 show interfaces

    Zəhmət olmasa, sonra CMD`nin şəklini bura yerləşdirin.

    Təşəkkürlər!

  2. RDP ilə qoşula bilirəm. Ping problemi də yoxdu. Group policy-də etdiyim dəyişikliklər etdiyim zaman DC və ADC-də də dəyişir.

    cmd screenshotlar

    1) DC http://prntscr.com/2vcm1d

    2) ADC http://prntscr.com/2vd4ow

     

  3. Aydındır, sizdə MTU dəyərləri də normaldır.

    Sərxan bəy, zəhmət olmasa, Event`ə düşən xətanın şəklini bura yerləşdirərdiniz.

  4. Sərxan bəy, ümumiyyətlə, sizdə problemin nə olduğunu başa düşə bilmədim.

    Ətraflı, məlumat vermirsiniz.

    Birinci postda yazmısınız ki, FRS start edə bilmirəm.Əgər, sizdə server ƏS`ləri 2003`dən yuxarıdırsa, bunlar replikasiya üçün DFS Replication istifadə edirlər.
    Keçid

  5. Salamlar,

     

    Sərxan bəy öncəliklə qeyd etdiyiniz xətalar FRS-lə bağldır. Yəni daha doğrusu bu xəta deyil normal haldır. Fərhad bəy qeyd edibdir. Windows Server 2012 DFRS servisindən  yararlanır.  Belə baxıram ki, sizin serverlərdə hər şey stabildir. Yəni özünüzü nə üçün yorursunuz ?.  Əgər fikirnizdə hər hansı bir şübhə varsa aşağıdakı əmrləri icra edib forumda paylaşın zəhmət olmasa.

     

    1. dsquery server -isgc

    2. dcdiag /test:dns

    3. repadmin /showrepl

    4. ipconfig /all (DC və ADC)

    Tövsiyə edərdim ki, aşağdakı e-kitabı yükləyib oxuyasınız.

Cavab yazın