Server2008 r2 enterprise (terminal server ve dc) və office 2007 enterprise üçün lisenziya

Server 2008r2 enterprise (terminal server ve dc) crack olunmuş veziyyetdedi ve men lisenziya almaq isteyirem… Bunu cracki pozub yaza bileremmi yoxsa reinstall etmeliyem? ve terminal server lisrnziya nece yazacam servere duzgun qaydada ve bir de serverde olan office 2007 ucun silmeden cracki pozub nece lisenziya kodu yaza bilerem?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1687 dəfə

Cavablar ( 4 )

  1. Salam. Ilk olaraq Windows Server 2008-dən mövcud Product Key-i silin. Bunun üçün Command Line-da (CMDdə)  “slmgr /upk” və ya “slmgr -upk” əmrindən istifadə edin. Pruduct Key-in silinməsi haqqında məlumat gələcək, daha sonra serveri restart edin. Yeni aldığınız lisenziyanın Product Key-in daxil etmək üçün şəkillərdə göstərildiyi kimi Change product key deyib yeni lisenziyanın product key-in daxil edib davam edirsiz. Bu zaman serverinizdə internetin olması vacibdir. Çünki bu lisenziyanın etibarlı olduğu Microsoft tərəfindən yoxlandıqdan sonra yeni lisenziyanın uğurla yükləndiyi haqqında məlumat görünəcək.

    Product key

    Product key2

     

    Terminal server üçün lisenziyanın necə yazılmasına Technet üzərindəki məqaləyə baxara

    Microsoft Office 2007-ni silmeden activasiya etmək üçün bu linkdən yararlana bilərsiz.

    Microsft Office 2007 license install

     

     

  2. Salam. İlk öncə Windows Server 2008 üzərindəki mövcud Product Key-i silməlisiniz. Bunun üçün Command line-da (cmd) “slmgr /upk” və ya “slmgr -upk” əmrindən istifadə edin. Product key-in silinməsi haqqında məlumat gələcək. Bundan sonra server-ə restart verib yeni aldığınız lisenziyanı yazmaq üçün şəkillərdə göstərdiyim kimi Change product key deyib yeni Product key-i daxil edirsiz. Bu zaman həmin serverdə internetin olması vacibdir. Çünki lisenziyanızın etibarlı olduğu online olaraq Microsoft tərəfindən yoxlanılır və əgər etibarlıdırsa lisenziyanızın uğurla yüklənməsi haqqında məlumat alacaqsınız.

    Product key

    Product key2

    Terminal serverə lisenziyanın necə yazılmasını öyrənmək üçün Technet.az üzərindəki qeyd etdiyim məqalədən yararlana bilərsiz.

    Remote Desktop Licensing

    Microsoft Office 2007 üçün qeyd etdiyiniz kimi proqramı silmədən lisenziyanı yazmaq üçün aşağıdakı məqalədən yararlana bilərsiz.

    Microsoft Office 2007 license install

    Uğurlar.

  3. Salam.Server 2008 uzerinde crack meselen KMS le edilib…Microsoft emekdasi qrantiya vermir ki yeni lisenziya gedecek crack silindikden sonra..ona gore men Server 2008 upgarde edib Server 2012e ve yeni lisenziya yazmaq isteyirem

  4. Istənilən halda yeni bir Windows Server 2008 yazmaq və ya birbaşa windows 2012-yə keçmək daha yaxşıdı iş mühütü üçün. Bundan sonra təzə Windows-a yeni lisenziyanı yazın. Gələcəkdə problemlərlə qarşılaşmamaq üçün bu daha doğrudur.

Cavab yazın