Serverin lokal disklərinə IP vasitəsilə browsing xətası

Hamıya salamlar!

Öncəliklə, İ.T sahəsinin Azərbaycan dilində ən yaxşı forumun qurucularına təşəkkürlərimi bildiririəm. Davamlı olması diləyilə.!

Qabaqcadan deyim ki, mən şəbəkə idarəçiliyi sahəsində yeniyəm. Ona görə də bəzi labları vmware üzərində aparıram.Belə bir problemlə üzləşmişəm:

Birinci kompüterdə(192.168.1.1) “Windows Server 2008 R2” üzərində domain controller və DNS quruludu. İkincidə(192.168.1.2) isə eyni “ƏS” üzərində sadəcə DNS quruludu. Birinci kompüterdən ikinci kompüterə aşağıdakı şəkildə göstərildiyi kimi browse etmək istədikdə heç bir problem olmur.

browsingxeta

Admin hesabı ilə girdikdə “The specified network password is not correct.” səhvi verir.Bu pəncərə yalnız IP vasitəsilə browse etdikdə çıxır.

İkinci kompüterdə firewall-u deaktiv edib yoxlamışam,amma yenə alınmayıb.

Ola bilsin mən nəyisə gözdən qaçırmışam ya da problem ikinci kompüterdə (yalnız DNS qurulu server) yaranır.

Əvvəlcədən təşəkkürlər!

{P.S} – Bunu birinci kompüter ilə “Windows 7″ yazılmış digər kompüter üzərində də yoxladım. Birincidən üçüncüyə(Windows 7) browsing uğurla alındı. Lakin üçüncü kompüterdə “File and printer sharing” seçənəyini aktiv(turn on) etmək lazım gəldi.

 

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 539 dəfə

Cavablar ( 4 )

  1. Salamlar,

    Ramil bəy aramıza xoş gəldiniz. Öncəliklə fikrinizi ətraflı izah etdiyiniz üçün təşəkkürlər. Son olaraq 4 sualı dəqiqləşdirmək istəyirəm.

    1) 2-ci Server yəni bağlana bilmədiyiniz Server 1-ci serverin clonudur yəni kopyasıdır yoxsa sıfırdan qurulub ?

    2) 2-ci Server 1-ci server üzərində qurulmuş domainə üzvdürmü  ?

    3) Hər iki serverin Administrator şifrəsi eynidirimi ?

    4) Hər iki serverdə tarix,saat sazlamaları eynidirmi ?

     

    Bu suallar dəqiqləşdikdən sonra sizin problemi bir az daha tez analiz etmək mümkün olacaq.

    Aşağdakı addımlarla 1-ci serverdən 2-ci serverə yenidən qoşulmağa çalışıb nəticəni qeyd edin zəhmət olmasa.

    browsingxeta1

  2. Salam,Elgüc bəy!

    İlk öncə mövzuya diqqətcil yanaşmanıza görə sizə minnətdaram.

    Qeyd etdiyiniz suallara gəldikdəysə:

    1. bəli,klonudur

    2. bəli,domainə üzvdür

    3. eyni administrator hesabilə qurulub lakin,yuxarıda qeyd etdiyim problem adi istifadəçiylə log on olduqda da davam edir

    4. bəli, saat və tarix sazlamaları eynidir.

     

    Təklif etdiyiniz metodları sınayıb tezliklə nəticəni qeyd edəcəm.

    Təşəkkürlər!

  3. Ramil bəy,

    Əgər qeyd etdiyim metodlar təsdiqini tapmasa zəhmət olmasa həmin 2-ci serveri domain üzvlüyündən çıxarıb sysprep-i icra edib yenidən domainə üzv edin.

    Bax : SysPrep

    Uğurlar

  4. Super.

    Elgüc bəy,qeyd etdiyiniz kimi SysPrep  işimə yaradı.Clone olunmuş server yenidən SID yaratdı.IP vasitəsilə browsing alındı.

    Minnətdaram,köməyinizə görə.!

Cavab yazın