Service Desk Software

Salam yoldaşlar.

Sualım Helpdesk (Service Desk) programları ilə bağlıdır.

Bildiyiniz və praktikada istifadə etdiyiniz programları və imkanlarını, həmçinin qiymətləri haqqında məlumat verə bilərsinizmi?

Əsas tələblər:

İncident Management

Ticketing

Mobile access

Veb based access

Email Ticketing

Groups

Statistics.

Bu tələblərə cavab verən program olması arzuolunandır.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2109 dəfə

Cavablar ( 13 )

  1. Ömər bəy salam.

    OTRS istifadə edə bilərsiniz. Azərbaycan dilinə çevirmək üçün manual dəyişiklik işinizə yarayar. Təcrübədə dost şirkətlərdən biri uzun müddətdir ki, istifadə edir.

    Uğurlar,

     

  1. Ömər bəy salam.

    OTRS istifadə edə bilərsiniz. Azərbaycan dilinə çevirmək üçün manual dəyişiklik işinizə yarayar. Təcrübədə dost şirkətlərdən biri uzun müddətdir ki, istifadə edir.

    Uğurlar,

     

    • Salam Elvin bəy.

      OTRS qarşıma çıxdı elə digər forumlarda da. Maraqlanacam bu barədə. Təşəkkür edirəm. 

  2. Salam Ömər bəy,

    Biz Servicedesk manageengine istifadə edirik. Çox yaxşı proqram təminatıdır. İnventariuzasiyanı da edir.

    https://www.manageengine.com/products/service-desk/

    • Təşəkkür edirəm Elxan bəy.

       

    • Salam Elxan bəy. Yükləmə üçün ölkə siyahısında Azərbaycan yoxdur. Siz yükləməni hansı ölkə üzərindən etmisiniz?

  3. Salam Ömər bəy,

    Təəssüf edirəm ki yoxdur. Mənə 1 dostum vermişdi setupunu. Rusiya və ya Türkiyə seçib yükləyin

    • Aha təşəkkür edirəm. Yükləyim və nəticəni qeyd edəcəm. Elxan bəy free versiyası var ya lisenziya almısınız?

  4. Yox Ömər bəy. Mən sındırılmış versiya istifadə etmişəm. Azərbaycanda çox şirkətlər istifadə edir bu proqram təminatını.

    Texniki dəstəyə yazdım ki Azərbaycanı siyahıya əlavə etsinlər. Görək necə olur

    • Belə başa düşdüm ki, eynilə programın lisenziyası da yoxdur bizim ölkə üçün?

  5. Ömər bəy lisenziyanın ölkəyə aidiyyatı olmamalıdır. Saytda bu marketing xarakterli sorğudur

  6. Salam. OTRS məsləhət görə bilərəm. Open source-dur. Türkcə dil dəstəyi mövcuddur. Azərbaycan dilində bir az çevirmə etmişəm, təbii ki tam deyil. İstifadə etsəniz dəyişiklik edə bilərsiniz. Mail notification falan sazlamaq mümkündür.

    Uğurlar.

    • Salam. OTRS quraşdırmaq problemlər çıxardır MySql ilə. Çalışıram həll edim.

Cavab yazın