Silinmiş faylların bərpası

Salam… Shift+delete ile silinmiş papkanı rstudio, easyrecovry ilə geri qaytardım amma papakanın içinde olan çox sənədi və ya şəkli açmır. Bunun üçün ne etmək lazımdı? Dəyərli fikirlərinizi paylaşsanız çox sevinərəm…

Hörmətlə, Nahid

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 24114 dəfə


Bu sual Eyniləşdirmə. Autentifikasiya. Avtorizasiya məqaləsinə sual olaraq verilmişdir.

Cavablar ( 7 )

  1. Nahid bəy, əvvəla məlumatları geri qaytarılmasında daha böyük problemlər yaşamamaq üçün, çalışın məlumatın itdiyi diskə yeni məlumat yazmayın. Çünki yeni məlumat yazılan zaman köhnə məlumatın yerləşdiyi yerin üstünə düşərsə, köhnə məlumatı geri qaytarmaq olmayacaq.

    Təcrübəsi olan dostlar bu barədə fikir bildirəcək tezliklə.

  2. heçbir melumat yazılmayıb…silib sonra mene deyibki çaşdım sildim…cox sagolun…gozleyirem

  3. Salam Nahid bəy. Araz bəyin vurğuladığı kimi, silinmiş faylın üstünə başqa faylın hər hansı hissəsi yazılsa, fayl zədələnir və nəticədə əvvəl olduğu kimi görünməyə və ya ümumiyyətlə açılmaya bilər. Hər halda, məlumatınızı təsadüfən silmisizsə ilk növbədə kompüteri söndürüb harddiskə məlumatın yazılmasının qarşısını almaq lazımdır. Qeyd edim ki, sistem (C) diskində məlumat mübadiləsi D diskinə nəzərən daha intensiv getdiyinə görə vaxt getdikcə Desktop-dan və My Documents-dən silinən faylların bərpa şansı azalır.

    Harddiski çıxarıb başqa kompüterə Read Only rejimdə qoşmaq lazimdir. Bunu Sata to Usb konverteri vasitəsilə etmək olar. Sonra isə proqram vasitəsilə məlumatların bərpasına başlamaq olar. Proqram barəsində seçim çoxdur.  Minitool Power Data Recovery  və GetDataBack for NTFS  tez tez istifadə etdiyim proqramlardır. Qeyd edim ki, məlumatın bərpası çox vaxt aparan prosesdir.

  4. Bir də vacib məqamı unutdum, çıxarılan məlumatı bərpa olunan diskin üstünə yazmayın. Məlumatlarınızın qayıtdığına əmin olduqdan sonra onları geri köçürə bilərsiniz.

  5. meselen: 500 kbliq excell senedidi…silindi…qaytardim proqramla…geri köcürdüm…yene olçüsü dəyişməz qalır…yəni qeyd etmək istıdiyim budur ki,bu senedin ölçüsündə azalma yoxdursa onu heç bir üsülla geri qaytarmaq olmazki?

    qeyd edimki istifadechini dediyne gore silinen andan etibaren notebooku mene gonderib…men ise emeliyyati harddiski oz kompyuterime qosub proqramla qaytarmisam…

  6. Faylların qaytarılması zamanı keyfiyyətli proqramlardan istifadə etməyə çalışın. Çünki bəzi proqramlar qismən lazımi sənədləri qaytaranda, başqa faylların “GÖRÜNMƏYƏN YADDAŞ”dan silinməsi hallarına yol açır.

    Bununla qarşılaşmamaq üçün məsləhət görürəm, mənim dərsliyimə baxasınız:

    Sualınız olarsa, buyurun, müraciət edə bilərsiniz.

     

  7. cox sagolun video derslik uchun

Cavab yazın