Single Channel, Dual Channel and Triple Channel RAMların fərqləri nələrdir?

Single Channel, Dual Channel and Triple Channel bir-birlerinden ne ile ferglenir?  hem gorunuw,hem de iw prinsipi etibarile.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1100 dəfə

Cavablar ( 3 )

  1. Səadət xanım,salam.

    Single Channel, Dual Channel and Triple Channel terminləri RAM-ın yaddaş arxitekturasına aid olan anlayışlardır.Belə ki,əksər anaplata və CPU-lar bu funksiyaları dəstəkləyir.Hər bir single channel müstəqil şəkildə 64 bit-lik kommunikasiya xəttinə malikdir.İngilis dilindən tərcümə ilə bu məsələyə baxsaq,aydın şəkildə anlaya bilərik ki,Dual Channel 2 qat,yəni 128 bit-lik kommunikasiyaya,Triple Channel isə 3 qat- yəni 192 bit-lik kommunikasiyaya malik olacaqdır.Təbii ki,Dual və Triple Channel-lərdən istifadə etməklə  RAM-ın işləmə effektivliyini artırmağa bizə kömək edər.Sadəcə olaraq,burada bir sıra nüanslar var :

    1. RAM-ın növlərindən asılı olaraq(DDR,DDR2,SODİMM və s.) Dual Channel,Triple Channel-in effektivliyi dəyişir.

    2.Düzgün qoşulmasına mütləq diqqət etməliyik.(necə qoşulması haqda ətraflı geniş yazmaq olar,sadəcə olaraq bu ayrıca mövzu olduğundan, bu sualda onları qeyd etsək sual işarələri yarana bilər sizdə)

    3.Eyni tip RAM-ın olması da burada önəmli rol oynayır

    Əgər kompyüterimizi upgrade etmək istəyiriksə bu funksiyalardan istifadə etməklə asanlıqla RAM-ın sürətli işləməyini təmin edə bilərik.Bu məqamda isə məsələnin maddi tərəfini unutmaq olmaz;RAM-ın növlərindən,sürətindən  asılı olaraq qiymətləri dəyişir.

    Ümid edirəm ki,sualınıza cavab tapmaqda az da olsa köməklik göstərdik.

    Hörmətlə

     

  2. Single channel melumati 64bitle oturur.Dual channel ve Triple channel x2 , x3 kimidi.Rami taxanda gerek eyni Banklara taxmaq lazimdiki , melumat eyni getsin ve eyni ram olmalidi.Yoxsa hansinin sureti azdisa digeri de onun kimi isleyecek.Iki slot bir bank demekdi.sehv etmiremse intel cpu olan platalarda banklar 1-3 slotlar qara , 2-4 goy rengde olur.Bir-birinden ayirmaq olsun deye.Amd cpu olanlarda ise 1,2 qara , 3,4 goy rengde olur.Channel ise 1,2 slot,  bank0 ve bank1 demekdi.Single channel’de 2 slot olur , iki bank olur,heresinden bir dene , bank0 ve bank1.Dual channel olanda 4 slot 2 bank ve 2 channel olur.Triple channelde ise , 3 bank ( bank0 , bank1 , bank2 ) ve 3 channel olur.

  3. Salam Aleykum.

    1)SİNGLE. CHANEL.64 bit yaddaş interfeysinde işleyir 2 slot(chanel) var.Siz hemçinin bu slotlara iki eyni yaddaşlı mes:( 2 eded 1mb ram. Ve ya ferqli yaddaşlı ( 2eded 1 mb  ve 2 mb ram) yerleşdire bilersiniz .Lakin bir şeyi unutmayaq ki her slotun oz max Mhz var mes:(1 mb ram 600 mhz dirse  ve sizin slot max 300 mhz destekliyirse demek ki,300 mhz tezliyinde işleyecek.

    2)DUAL CHANEL ( DDR,DDR2,DDR3).128 bit yaddaş interseysinde işleyir..  Burada ise 4 eded slot olacaq ve ikisi qara reng ve iki göy reng.İntel platalarında  1-3 slotlar qara ve 2-4 slotlar göy renglerde olur.Bu rengler uygunluq üçündür mes:(Elimizde 2 eded 2 mb ram ve iki eded 1 mb ram var) ve biz 2mb ramları qara slotlara 1mb ramları ise göy slotlara yerleşdirmeliyik.Bu omdan ötürüdür ki Melumatlar eyni ve  iki terefli ötürülsün .Eger ferqli yerleşdirsek onda hansı az tutuma malik Ram dırsa ona uygun işleyecek.

    3)TRİPLE CHANEL.(YALNIZ DDR3) .Burada ise 6 slot olur  yeni 3 bank ve 192 bit yaddaş interfeysinde işleyir.Buda eynile DUAL CHANEL prinsipi ile işleyir lakin ferqi yalnız DDR3  ram yerleşdirmek olur. Ve bu slotların her birinde  1300-1600 Mhz olur.

    MEN BİLDYİM QEDER BUNLAR ARASINDA FERQ BUDUR .EGER ELAVE ETMEK İSTEYEN VARSA YAZSIN BİZDE BUNDAN ARTIĞIN ÖYRENEK. TEŞEKKÜRLER..

Cavab yazın