Statik İP vasitəsi ilə DVR-a qoşulub kameralara baxmaq

Salam Aleykum! mənim sualım belədir . mənim əlimdə bir ədəd TP-link modem var ve ip-im statik ipdi 94.20.xx.xx mən istəyirəm bu modem vasitəsilə Kameraların DVR ına qoşulam. NAT bolməsindən port yönləndirməsinidə ayarladım. ama yenədə qoşula bilmədim ((. kenardan bu ipyə ping atdiım baxdimki ping getmədi anlayışı olanların dəstəyini gözləyirəm !!! öncədən təşəkkür

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 13490 dəfə

Cavablar ( 18 )

  1. Rauf bəy,
    Zəhəmət olmasa modem`də “Advanced Setup->NAT->Virtual Server” bölməsinə gəlin.
    Daha sonra aşağıdakı şəkildə config edib, save edin.
    port forward

    Sonra isə xaricdən qoşulacağınız hər hansı bir DVR proqramından (Yaxşı olar ki, DVR`ın üzərində gələn diskdəki proqramdan) qoşulmağa çalışın.
    DVR üçün client proqramlardan birinin screenshotunu nümunə üçün göndərirəm.
    aaaa

    P.S: Göndərdiyiniz screenshotdan belə başa düşdüm ki, sizdə Mobil`dən qoşulma üçün xüsusi port yoxdur.
    Siz 9000 portundan istifadə edərək mobildən qoşulmağa çalışın. Ola bilsin ki bu port mobile üçün də keçərli olsun.

  1. Salam,

    Sizin etdiyiniz əməliyyat Port Forwarding adlanır.
    İlk olaraq zəhmət olmasa, modemin Modelini tam yazın.Modelə görə araşdırma edib, sizi düzgün yönləndirə bilək. Bundan başqa DVR`a hansı Portla qoşulmaq istəyirsinizsə, onu da yazın.

    Kənardan Pingin getməməyinin Port Forwarding`lə əlaqəsi yoxdur. Çox gümanki, sizin modemdə FIREWALL:Enabled olduğu üçün ICMP traffiki bağlıdır və siz kənardan Public IP`nizə ping ata bilmirsiniz.

    Normalda TP Link modem`lərdə NAT altında Virtual Server bölməsi olur. Şəkildə təxmini göstərməyə çalışmışam. Şəkildə işarələdiyim yerləri özünüzə uyğun dəyişin (Port nömrəsi, IP və s.) və əgər xaricdən DVR`a hər hansı proqram vasitəsi ilə qoşulacaqsınızsa, o zaman portları həm TCP kimi həm də UDP kimi daxil etməyiniz məsləhətdir.
    tplink

  2. Əvvəla Turqut bəy diqqət yetirdiyiniz ücün təşəkkrlərimi bildirirəm sizə !! moden Tp-Link TD-W8901G modelidir DSC_2114

    hem brauzer uzerindən həmdəki mobil telefonla qoşulmaq istiyirəm ama əsas mobil telefon uzərindən olsa daha yaxşı olar.

  3. Rauf bəy,
    Zəhəmət olmasa modem`də “Advanced Setup->NAT->Virtual Server” bölməsinə gəlin.
    Daha sonra aşağıdakı şəkildə config edib, save edin.
    port forward

    Sonra isə xaricdən qoşulacağınız hər hansı bir DVR proqramından (Yaxşı olar ki, DVR`ın üzərində gələn diskdəki proqramdan) qoşulmağa çalışın.
    DVR üçün client proqramlardan birinin screenshotunu nümunə üçün göndərirəm.
    aaaa

    P.S: Göndərdiyiniz screenshotdan belə başa düşdüm ki, sizdə Mobil`dən qoşulma üçün xüsusi port yoxdur.
    Siz 9000 portundan istifadə edərək mobildən qoşulmağa çalışın. Ola bilsin ki bu port mobile üçün də keçərli olsun.

    • bir daha teşekkur edirem Turqut bey deyərli məlumatlar üçün ,beli menim tanışım mənə dediki o tefonla İphone modeli ile qoşulub baxa bilirdi .mən test edib sizə geri dönəcəm

  4. Rauf bəy, salam.

    Bu Şirkətin Təhlükəsizlik Kameralarına Mobil qoşulma məqaləmizi də oxumağı unutmayın. Güman edirəm ki, işinizə yarayacaq.

    Uğurlar.

    Qeyd: Məqalə və cavabları sosial şəbəkələrdə paylaşmaqla ana dilimizdə yaratmış olduğumuz resursun daha çox insana faydalı olmasına yardımçı olursunuz.  

  5. Salam. Mobil telefonlarda əsasən TMEye, KMEye və başqa bu kimi eyetech hazırladığı tətbiqlərdən istifadə etmək lazımdır. Sadaladığım tətbiqlər əsasən adı bəlli olmayan Çin istehsalı DVR-lar üçün keçərlidir. Lakin Hikvision, Dahua və s. bu kimi DVR-ların öz tətbiqləri vardır. DVR-ın üzərində gələn cd diskdə bu tətbiqlərin adları yazılır.

    Tətbiqdə (application) DVR əlavə etmək üçün İP adresinizi və DVR-nızın istifadə etdiyi mobil portu bilməlisiniz. Mobil portu DVR-ın içinə daxil olaraq quraşdırmalar (settings/nastroyki) bölməsindən tapa bilərsiniz.

     

  6. hər kəsə ayrı ayrılıqda diqqət etdikləri üçün dərin təşəkkürlərimi bildirirəm

  7. mən sizlərin göstərdiyiniz yolu izlədim ama yenede bir nəticəyə gələ bimədim

    modemi Turqut bəyin izah etdiyi kimi yonləndirdim ama yenede qoşula bilmədim

     

  8. Salam dostlar mən işdə qurulan dvr-i ip stastiklə qoşmuşam amma loqin olmaq olmur nədən ola bilər? dvr-in ayarlarıan giriş parolu ilə İP stastiklə internet üzərindən girilən parol eyni olmur? misal loqin Admin parol 111111 amma nə qədər edirəm girmir internet üzərindən loqin olmaq olmur problem nədən qaynaqlanır? yeni userdə yaradıram yenədə girmir

    • Salam Müşfiq bəy.

      Siz dediyiniz şifrə ayarlamaq üçündür. Qoşulma üçün ayarlarda İstifadəçi (User) yaratmalısınız.

      Uğurlar.  

      • 20150430_123508

        Elvin bəy DVR-də bu bölmədə user yaratmaq olmur DVR markası Z-BEN h.264 bunda necə internet useri yaratmaq olar? otklyucite vururam heç cürə alınmır 

        • bu rastlaşdığım problemin həllinə kim kömək edə bilər rica edirəm yardım edin

  9. Salam Rauf bəy, zəhmət olmasa komputerinizdə Telnet`dən istifadə edərək, çölə açdığınız portların, açılıb-açılmamasını yoxlayın.
    Telnet qurulumuna aşağıdakı məqalədən baxa bilərsiniz. http://www.technet.az/2014/12/02/telnet-client-qurulumu/

    Portların çöldən açıq olub-olmamsını yoxlamaq üçün isə CMD
    pəncərəsində,

    Telnet 94.20.xx.xx 9000

    kimi yoxlaya bilərsiniz, Yoxladıqdan sonra geri cavab verməyinizi xahiş edirəm.
    Ömər bəyin qeyd etdiyi kimi, DVR`da Mobil üçün xüsusi portlar olmalıdır. Siz hələki, Komputerdən Telnet`lə yoxlayın daha sonra proqramdan istifadə edərək, qoşulmanı yoxlayarıq.

  10. http://www.ip-adresim.net/araclar/acik-portlar saytina daxil olaraq bide yoxladim ve beli port aciqdi

     

  11. Qardaş, əgər portlar açıqdırsa, sən artıq portları yönləndirmisən. İndi isə sadəcə, lazımı Softu (Ola bilər ki, DVR`ın diskində olsun) tap və onunla DVR`a qoşulmağa çalış.
    DVR`ın menusunu yaxşı-yaxşı analiz et, əgər DVR mobil qoşulmanı dəstəkləyirsə, onda mobil portlar olacaq. Onları da eyni şəkildə xaricə çıxart.

    • Oldu Qardaş mən bidə etrafli incələyin və DVR ayarlar bölməsini paylaşaram ətraflı incələyərik 🙂

       

  12. salam aleykum dostlar xahiş edirəm  30/04/2015 tarixdə yazdığım problemin həllində kömək edin

Cavab yazın