Statik routing problemi

Salam hörmətli forum üzvləri. Əvvəla visiom olmadığı üçün bu şəkildə təsvir etmək məcburiyyətində qaldığım üçün üzr istəyirəm. Evdə kiçik şəbəkə qurmuşam və routinglə bağlı problemim var.

network

Şəkildən də görəcəyiniz kimi bir wireless xüsusiyyəti olmayan (1 portlu!) adsl modem interneti evə gətirir. Adsl modem və daha iki access point isə switchdə bir araya gəlir. Static routing table-ları doldurmuşam. Amma cihaz 1-dən və cihaz2-dən cihaz3 və cihaz4ə həmçinin əksinə ping gedə bildiyi halda. Cihaz1 və cihaz2dən ap2-nin daxili şəbəkəsinə(172.16.1.1) həmçinin cihaz3 və cihaz4dən ap1-nin daxili şəbəkəsinə (192.168.0.1) ping getmir. Məsələ orasındadır ki, ap2-yə usb portundan external hard drive bağlamışam. İstədiyim odur ki, cihazım ap1ə bağlı olduqda belə bu storage-ə yetişə bilim. Firewalllar da baglidir. Problem nədən ola bilər?

Səs: +10. Bəyənilsin Zəifdir

Baxılıb: 1927 dəfə

Cavablar ( 20 )

  1. Salam.

    1. Ap1 və Ap2 də menusunda kənardan qoşulmaq üçün firewallda wan adresi ping etməni blokla menusu olmalıdı. onları yiğışdır və yoxla
    2. Əgər cihaz 1 AP2 ni ping edə bilirsə və cihaz 3 ə ping getmirsə o zaman cihaz 1 də (komputerdə) route əlavə etməlisiniz. misal ( start – run – cmd ( run as administrator ) route add 172.16.0.0 mask 255.255.0.0 və cihaz 1 in ip adresi 192.168.0.xxx
    3. bu sadə yoludu . sizin avadanlıqlarınızın modeli hansıdı? CİSCO da bular başqa yolnan olunur

  2. Salam. Əvvəla cavabınız üçün təşəkkür edirəm.

    Cihaz 1 və cihaz 2     AP2-nin WAN  tərəfini (192.168.1.3) və həmçinin cihaz3 və cihaz4-ü ping edə bilir, ancaq AP2nin LAN tərəfini ping edə bilmir

    Eynilə cihaz3 və cihaz4    AP1-nin WAN  tərəfini (192.168.1.2) və həmçinin cihaz1 və cihaz2ni ping edə bilir, ancaq AP1nin LAN tərəfini ping edə bilmir.

    Sizin dediyiniz ayarı (Ignore Ping Packet from WAN Port to Router) işarələdikdə bu dediklərimdən fərqi o olur ki, cihaz 1 və cihaz 2 AP2-nin WAN  tərəfini, cihaz 3 və cihaz 4 AP1-nin WAN  tərəfini ping edə bilmir. Kompüterə də cihazlara da routelar əlavə etdim ancaq heç bir şey dəyişmədi. Fikrimcə routelar işləməsə idi əgər cihaz 1dən cihaz 3-ə yetişə bilməyim də imkansız olardı. İstifadə etdiyim cihazlar tp-link cihazlardır.

  3. Salam Abid bəy,

    Bir APdən digər APnin daxili şəbəkəsinə ping gedir bəs ?

     

    Hörmətlə,

    Rizvan

  4. Salam Rizvan bəy. AP-ların özündə də həmin haldır. Digər AP-in xarici ip-inə ping gedir, və hətta digər AP-in daxili şəbəkəsindəki bir cihazın ip-nə də ping gedir, ancaq daxili ip-nə ping getmir.

    Bu necə olur çox maraqlıdır. Daxilindəki cihazın ip-nə gedir ancaq bu cihazların çıxış qapısı olan AP-in daxili ip-nə ping getmir.

  5. Abid bəy, siz AP modelini qeyd edin zəhmət olmasa. Ola bilsin ki, AP özünün hər hansı bir sazlaması buna icazə vermir.

     

    Hörmətlə,

    Rizvan

    • Rizvan bəy, adsl modem tp-link TD-8817, AP1 kimi qeyd etdiyim cihaz tp-link TL-WR740N, AP2 kimi qeyd etdiyim cihaz tp-link TL-WR710N. Onunla əlaqədar olacağını düşünmürəm ancaq yenə də switch də LB-LİNK BL-SF801 adi 8 portlu idarəetməsi olmayan bir switchdir.

       

  6. Abid bəy, statik route-ları da bölüşə bilərsinizmi ?

     

    Hörmətlə,

    Rizvan

  7. Rizvan bəy, təbiiki.

    AP1 üçün yazdığım static routing

    destination subnet mask default gateway
    172.16.1.0 255.255.255.0 192.168.1.3

    AP2 üçün yazdığım static routing

    destination subnet mask default gateway
    192.168.0.0 255.255.255.0 192.168.1.2

    Bu isə system routing bölməsində mövcud olan routelardır.AP1 üçün:

    İD destination subnet mask default gateway interface
    1 192.168.1.0 255.255.255.0 0.0.0.0 WAN
    2 172.16.1.0 255.255.255.0 192.168.1.3 WAN
    3 192.168.0.0 255.255.255.0 0.0.0.0 LAN & WLAN
    4 239.0.0.0 255.0.0.0 0.0.0.0 LAN & WLAN
    5 0.0.0.0 0.0.0.0 192.168.1.1 WAN

    Və AP2 üçün:

    İD destination subnet mask default gateway interface
    1 192.168.1.0 255.255.255.0 0.0.0.0 WAN
    2 192.168.0.0 255.255.255.0 192.168.1.2 WAN
    3 172.16.1.0 255.255.255.0 0.0.0.0 LAN & WLAN
    4 0.0.0.0 0.0.0.0 192.168.1.1 WAN

  8. Abid bəy,

    Security bölməsində Firewallın söndürülmüş olmasını yoxlamısınızmı ?

     

    Hörmətlə,

    Rizvan

  9. Bəli Rizvan bəy bütün cihazlarda sönülüdür.

  10. Abid bəy,

    Bütün sazlamalar lazımi qaydadadır. Çox güman ki, tplink modemin təhlükəsizlik xüsusiyyətidir. Necə ki, biz bəzi məşhur istehsalçıların firewallarında daxili şəbəkədən kənara rahat çıxa bilsəkdə, həmin firewallın public interface-nin İP addressini ping edə bilmirik. Əgər məqsəd digər APyə çatmaqdırsa, digər APnin WAN İPnə qoşulmağı yoxlamısınızmı ?

     

    Hörmətlə,

    Rizvan

  11. Rizvan bəy öncəliklə diqqətiniz və əziyyətiniz üçün çox sağolun. Doğru məqama toxundunuz, wan ip ilə hər şey alınır. Düşünürəm ki, tam olaraq nəyə ehtiyacım olduğunu yazsam sizə də köməklik daha rahat olar. Digər mövzuda daha ətraflı qeyd etmişəm, ev şəraitində ap2-im usb port olduğuna görə kiçik NAS sistemi yaratmaq qərarına gəldim ki, usb hard drive-ı bütün şəbəkəyə açım. Daxili şəbəkədə hdd-ni istifadədə heç bir problem yoxdur. Ancaq istədiyim odur ki, mən həm ev şəraitində ap1-ə qoşulu olduğum zaman belə və həm də internet üzərindən də bu yaddaş qurğusuna yetişə bilim. Anladığım qədərilə ap2 üçün istər ap1 istərsə də internet hər ikisi kənar olduğu üçün eyni əhəmiyyətə malikdir və hər ikisi wan qismində sayılır. Siz dediyiniz kimi ap2nin web interfeysinə ap1dən hər ikisi üçün wan ip sayılan aralıqdan olan ip ilə 192.168.1.3 yetişə bilirəm. Ancaq yaddaşa daxili şəbəkədə rundan \\172.16.1.1 və ya \\192.168.1.3 yazaraq yetişə bildiyim halda nə ap1dən \\192.168.1.3 yazaraq , nə də ki lazımi port yönləndirmələri və hətta dmz ilə tam yönləndirmə etdiyim halda internet üzərindən yetişə bilmirəm. Araşdırmalara əsasən qənaətə gəldim ki, ap-da ftp özəlliyi yoxdursa kənardan əlçatan olması çətindir. Ancaq windows-un localda istifadə etdiyi file sharing təbii ki, bəlli bir port istifadə edir də ancaq necə olur ki, mən o müəyyən portu açaraq digər şəbəkədən və ya internetdən bu hdd-ə yetişə bilmirəm. Beləliklə əgər bu barədə məlumatınız olarsa windows file sharing adında digər sualımla bağlı təcrübələrinizi bölüşsəniz çox məmnun olaram.

  12. Abid bəy,

    Ətraflı izaha görə təşəkkür. İzahdan sonra ilk ağlıma gələn, həmin external drive-ı hər hansı bir local maşında map edin və lazımi port yönləndirməsi edib həm digər APdən, həm də internet üzərindən həmin drive-a çata bilərsiniz. Bu variant sizin işinizə yarayırmı ?

     

    Hörmətlə,

    Rizvan

  13. Rizvan bəy, təəssüf ki, hdd üçün əlavə olaraq ayıracaq və daim online olacaq elə bir kompüter yoxdur. Bunu AP-dən etmək mümkün deyil? Maraqlı gələn o oldu ki, drive-i əgər siz dediyiniz kimi map etsəm onda təxmini kənardan əlçatan olması üçün belə bir şey yazmalı olacam \192.168.1.3e$ (192.168.1.3 ap-in ipsidir və ona gələn istəkləri lokal maşına yönəldir)? Bunu ap2 üçün edə bilmərəm ki, local maşına yox da özü özünə yönləndirsin?

  14. Abid bəy,

    Aşağıdakı şəkildəkimi USB settings bölməsi varmı APdə ?

    How_to_apply_the_Network_Sharing_USB_Settings_Function_on_TP-LINK_routersimage007

    Əgər varsa, o zaman dediyiniz qaydada sazlayıb modemin özünə qoşularaq drive-a çata bilərsiniz.

     

    Hörmətlə,

    Rizvan

  15. Rizvan bəy bu şəkildəki kimidir. Ancaq gördüyünüz kimi FTP bölməsi yoxdur. 123

    Lazımi portları açsam da kənardan yetişə bilmirəm.

    • Rizvan bəy, portlar vasitəsilə artıq kənardan və internetdən run \\ip ilə yetişə bilirəm. Ancaq bu dəfə də belə bir problem var ki, daxildən qoşulmağa cəhd göstərdiyim zaman istifadəçi adı və şifrə soruşulur yazıb daxil ola bilirəm. Kənardan bağlananda isə yenə authentifikasiya pəncərəsi açılır, istifadəçi adı və şifrəni daxil edirəm, yanlış olduğunu göstərir, hətta anonim istifadəçilərin daxil ola bilməsi üçün şifrəsiz edirəm yenə də istifadəçi adı və şifrəni soruşur yazdıqda isə yanlış olduğunu bildirir.

  16. Abid bəy,

    User Accounts bölməsində İstifadəçi yaratdıqda belə alınmır ?

     

    Hörmətlə,

    Rizvan

  17. Çox təəssüf ki, xeyr Rizvan bəy. Ancaq həmin istifadəçi adları ilə daxili şəbəkədən authentifikasiyadan keçib hdd yetişə bilirəm. Kənardan qoşulub bu istifadəçi adı və parolu daxil etdikdə isə xəta verir, yanlış olduğunu bildirir.

  18. AP1 və AP2 ni wan portu ilə deyil, LAN ilə qoşsaz, və bütün şəbəkəni eyni 192.168.1.0/24  şəbəkədə etsəz, artıq  AP1 və AP2 arxasında olanlar həm ap1 və həm də Ap2 -yə qoşula biləcəklər.

Cavab yazın