Terminal serverde print problemi

Salam qardaşlar. Bizde print server Terminal server ortaminda çalisir. Yəni sistemin isləmə prinsipini dahada dəqiqləşdirmek ücün deyim ki- Şəbəkəmdə Fiziki olaraq bir File server, DC, 3 Terminal server var. Print server role həm terminallara həmde File serverə yüklənib. Istifadəçilərin qoşulmasi ücün file serverdə printerler “share” edilib. ordan qoşulurlar. Userlerin accauntlarinda edilen dəyişikliler replication olaraq digər 2 terminalada əlavə olunur. Məsələ bundadirki əyər istifadəci 1 ve ya 2ci terminala qoşulubsa problemsiz işleyir. ama 3cu terminala düşende Print etdikdə bu səhvi gostərir. form image.jpg onuda deyimki “printer properties” pəncərəsi normaldan gec açilir. (5-6san)

printterminal

“Print sploor”- u restart etmişəm. “Print and Document services”i “remove” edib yeniden “Add” etmişem. belke drayverlədə problem var ehtimaliyla diger işləyən serverin birinden “export printers to a file…” edib. bu serverə import etdim. ama problem həllini tapmadi. Xaiş edirem kömeklik göstərin.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 931 dəfə

Cavablar ( 11 )

  1. Salam Aleykum Vüsal bəy,
    Bir şey başa düşmədim, Print Serveri niyə həm terminallara həm də File Serverə yükləmisiniz?
    Terminala qoşulan zaman orada göstərdikdə ki, istifadəçi öz kompüterinə qoşulan printeri istifadə etsin, bu zaman istifadə bunu etmir?

    • Aleykum salam qardaş. Ona göreki printerlər file servere qoşulub istifadeçilər ise Terminallara qoşulur. İstifadeçi pint etdikde terminal bunu File server üzerinden edir. (printerlər şəbəkə printerləridi) Broker istifadecileri muxtelif serverlərə ata biler. Bir printerə eyni vaxtda 2 müxtəlif terminaldan muxtelif istifadəçilər çap verərsə onda arada vasiteçi kimi file server olmazsa print spooler kobud ifade etsek çaşacaq. (fikrimi çetin ifade etdiyime görə bagışlayın, bu mənim yaralı yerimdir )

      • Təxmini başa düşdüm.
        Sizin şəbəkə printerləriniz File Server üzərindəki Print Serverdə mərkəzləşdirilib.
        Mən bizdəki quruluşdan nümunə gətirim.
        Bizdə şəbəkə printerləri var.Hamısı mərkəzləşdirilib.Deyəlim ki, Printer1`ə 2 və ya 3 istifadəçi çap verir, bu zaman printer niyə çaşır ki?
        Növbə ilə hamısını çıxardacaq, İnşAllah.
        File Server üzərində Print Server qoşmağınız anlayıram.Amma niyə yenidən Terminal Serverlər üzərində Print Server qoşursunuz bunu anlamıram.
        Terminal Serverlər üzərindən Print Serverləri silib, ancaq File Server üzərində saxlayıb, yoxlamısınız?

        • Fərhad qardaş, istifadecilerin accauntlari terminal serverdedi. İşçi stolları oradi. File serverə yüklenən driver həmdə terminala yuklenməlidi. ki istifadeçi accauntundan print getsin.

          • Bu zaman siz istifadə olunan prinetrlərin sürücülərini terminal serverə tanıdın.
            Bu halda normal qaydada çap getməlidir.Demək istədiyim odur ki, bəlkə Print Serverin bir neçə server üzərində olması elə problemə səbəbdir.
            Ona görə deyirəm ki, Terminallar üzərində olan Print Serverləri silin.Sonra istifadə olunan printerlərin sürücülərini ora tanıdın.

          • Sürücüləri tanıtmişam. hetda deqiq olsun görə digər Terminaldan sürücülərin image-sini çıxardım və bu terminalda tanitdim. (nəzərinizə çatdırımkı bir ay öncəyə qədər işləyidi, sonradan belə problem oldu, və hazırda bu səbəbdən istifadəçi girişini yasaqlamişam.) Diger iki terminaldan normal çapa gedir. Və eyni bele sistemlə qurulmuş 10dan çox idarəmiz daha var. heç birinde belə problem yoxdu.

          • Vüsal bəy, Canon printeri deyil ki?
            İnternetdə apardığım araşdırmalara görə bəzi hallarda Canon printerinin sürücüsü uyğunsuzluq əmələ gətirir.
            Bundan əlavə olaraq bu KEÇİD`ə nəzər salın.
            Burada bir çox insanlar sizin yaşadığınız problemdən və yaxud buna bənzər problemdən əziyyət çəkiblər.Eyni zamanda burada bəzi həll yolları da göstərilib.

          • Xeyr Fərhad bəy. HP laserjet pro 400. Amma yenədə vaxt ayirdiqniza gore cox.. minnetdaram.

  2. Vüsal bəy Terminal serverə RDP ilə qoşulduğunuzu var sayaraq nə üçün terminal serverdə print serveri qoşduğunuzu soruşa bilərəm? Bu sualı verməmin səbəbi, bizdə 1C olan bir Terminal serverimiz var və oraya RDP ilə internet üzərindən istifadəçilərimiz qoşulur. Terminal serverə qoşulan hər kəsin driver-ləri avto olaraq terminalda tanınır və istifaəçilərimiz rahatlıqa bir birlərinin printerindən və terminalın bağlı olan printerdən istifadə edirlər Terminalda olduqlrı vaxtlarda.

  3. Salamlar. Vüsal Pirəliyev aramıza xoş gəldiniz,

    Error-da görsənən problem daha çox sürücü ilə bağlı problemin olduğunu əks elətdirir. Zəhmət olmasa aşağıdakı metodları izləyib, nəticəni yazın.

    1. Bir metod kimi, yeni bir istfadəçi açıb, həmin istifadəçi ilə terminal serverə bağlanıb çapı sınaqdan keçirin.
    2. Domain Admin vasitəsilə daxil olub, çapı sınaqdan keçirin.
    3. Bu sürücüyə aid nə fayıllar varsa cache daxil olmaqla hamsını təmiz silib əmin olduqdan sonra sürücü normal qaydada yükləyib yenidən yoxlayın.
    4. File server üzərində və həmin server üzərində hər hansı bir Antivirus/Firewall mövcuddursa hər iksini müvəqqəti söndürüb yenidən yoxlayın. Kaspersky bu tip problemlərə səbəb olur çox vaxt.

    5. Server üzərində aşağıdakı Hotfixləri yükləyib tətbiq edin.

    KB 2713128
    KB 2647753
    KB 2618574

    Uğurlar

  4. Vusal bəy düz buyurursuz RDP ilə qoşulurlar.Amma İstifadecilerde PC deyil. Thin Client-di, Ona görede onlara heç bir driver yüklənmir. Həmdə printerlər şəbəkə printerləridir.

    Elgüc bəy araniza daxil etdiyinizə görə mən minnətdaram.

    Qardaşlar məndə sorun çözüldü. Print serveri Remove etdim. Və registrdan onun bütün qalıqlarini tapıb sildim və yenidən rolu Add etdim, sürücüləri yüklədim. hazirda çalışır amma problemin nədən qaynaqlandığı mənə hələdə qaranlıq qaldı.
    Hər birinizə diqqət ayırdıgınıza görə çox minnətdaram

Cavab yazın