TMG yazılan serverə ping getmir

Salam dostlar. Tmg yazılan serverə ping getmir digər istifadəçilərdən. Amma Tmg yazılan serverdən hər bir istifadəçiyə ping gedir. istifadəçilərdən ping atanda Tmg-yə, yazılır “reguest time out”. bu nədən ola bilər?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 975 dəfə

Cavablar ( 3 )

  1. Salam Aleykum!
    İsmayıl bəy, TMG üzərində belə bir qayda yazın:
    From: İnternal
    To: Localhost
    Protocol: ICMP
    Bu qaydadan sonra PİNG getməlidir, İnşAllah.
    Sistem qaydalarından da bunu etmək olar amma ora əl vurmasan daha yaxşı olar.

  2. Əziz dostlar İCMP-nin 2 protokolu var onu əlavə edib yoxladım yenə request time out yazılırdı.Ping getmirdi. Sonra mən bu protokollara PİNG protokolunu da əlavə etdim və ping getdi. Hətta İCMP protokollarını pozdum yalnız PİNG protokolu qaldı. Artıq Ping problemi həll oldu çox sağ olun dəyərli fikirləriniz üçün.

  3. Salamlar.

    Əlavə qeyd olaraq bildirim ki, İSA / TMG qurulan kimi, default olaraq bütün trafic deny moddadir. TMG-də bir az dəyişilib əgər sehribazla hərəkət etsəniz bəzi accessləri aktiv edirsiniz. Yenə burda Microsoft gözəllikləri yeni yetişən gəncləri bir az çətinliyə salır ki, normalda ping kimi əlavə etdiyiniz protocolun üzərini editləsəniz İCMP type 8 olduğunu görəcəksiniz. Sizin digər access üçün əlavə etdiyinz icmp typelar başqa məqsədlər üçün olduğuna görə nəticəyə bir az gec nail olmusunuz.

    İCMP

    Uğurlar.

Cavab yazın