UDP ilə TCPnin fərqi nədədir?

Salam. Kimsə UDP və TCP portlarının fərqlərini izah edə bilər daha aydın şəkildə. İnternetdə oxuyuram, yazırlar TCP – Zəmanət verir ki, göndərilən məlumat çatacaq həmin ünvana. UDP – isə yox. Yəni əgər onda TCP zəmanət verirsə, onda UDP-yə nə gərək ? Şəbəkə mütəxəssisləri suala cavab versəydi çox kömək etmiş olardı.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1840 dəfə

Cavablar ( UDP ilə TCPnin fərqi nədədir? )

  1. Salam.

    TCP-ötürülmə üçün güvənlidi.lakin UDP yə görə zəifdi. TCP də paketlərin qarşı tərəfə çatıb çatmadığını müəyyənləşdirir.

    TCP-göndərilən fayllar üçün bir paket göndərir,bu paket  gəlmiş olan paketlərdən nə qədər byte-ın düzgün olaraq alındığını görsədir.Göndərən tərəf qəbul gəlmədiyi müddətdə paketi ard-arda bir neçə dəfə yolluyur.(bir müddət sonra dayandırır)

    UDP- Daha çox səs və video paketlərinin göndərilməsində istifadə olnur. TCP yə görə sürətlidir lakin güvənli deyil.Məsələn internet üzərindən videolar UDP ilə köçürülür.

    Yəqinki qanə edər cavab.

Cavab yazın