Verilmiş materialların aktuallığı barədə

Salam saytda verilən bütün yazılı matereallar yenidirmi?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 829 dəfə

Cavablar ( 6 )

  1. Sahil bəy, yerləşdirilən materialın yerləşdirmə tarixi başlığın altında qeyd edilib. Diqqət edin zəhmət olmazsa.

    Qaldı ki, haqqında yazılan mövzunun aktiallığına, TechNet.Az 3 ildir fəaliyyətdədir. 3 il qabaq o dövr üçün yeni olan texnologiyadan yazırdıq, bu gün də bu günün gündəminə uyğun. Sizin də başa düşdüyünüz kimi, 3 il qabaq yazılan bəzi mövzular köhnə ola bilər. Amma normalda 90% hallarda aktual məsələlərdən yazdığımız üçün bu cür məlumatlar köhnəlmir. 3 il qabaq DNS nə idisə, bu gün də odur. Sadəcə bəzi dəyişikliklərlə.

  2. Nece deyirem? bizde kollecde matereallar kohnedi en yenisi Windows XP barededi. yeni bu  materallar tecrubeyle uyusacaq? uygun gelecek? Praktiki bu isi gorende buradaki materallarla oyrendiklerimiz bize komek olacaq?

     

  3. Salam Sahil bəy. Mənim tələbə vaxtlarımda heç Windows XP də hələ yaranmamışdı. Material çox az idi. Demək olar ki, yox dərəcəsində idi. Format eləməyi bacaran adama bu işin zirvəsində olan mütəxəssis kimi baxırdıq. İnternet, sosial şəbəkələr, Google, Wikipedia və s. yayılmağa başladıqdan sonra məlumat yavaş-yavaş çoxalmağa başladı. İndiki zamanda demək olar ki, İT üzrə bütün sahələri əhatə edən materalllar var. Lakin bunların əksəriyyəti İngilis, Rus, Türk və digər dillərindədir. Azərbaycan dilində professional şəkildə yazılan tək-tük məqalələr var idi. Ayrı-ayrı sahələr üzrə kitablar çap olunmuşdu. Və gözəl sonluqla bitən nağıllarda olduğu kimi TECHNET.AZ yarandı. Üç il ərzində titanik bir iş görüldü. Yüzlərlə məqalələr yazıldı, seminarlar keçirildi. Bütün komanda üzvləri öz sahələrinin peşəkarlarıdır. Onların arasında hətta 4 nəfər MCT və 2 nəfər MVP statusu olan mütəxəssislər var. Demək olar ki, yazılan məqalələrin əksəriyyəti illərlə yığılmış təcrübəyə əsasən yazılıb. Mənə şəxsən praktik işim üçün burada yazılanlar çox kömək edir. Hər gün nə isə yeni bir şey öyrənirəm. Sizə və dostlarınıza  bu saytı tövsiyə edirəm. Brauzerinizdə daim açıq qalsın. Burada yazılan hər bir söz unikaldır, təkrarounmazdır və çox dəyərlidir.

  4. Təşəkkür edirəm. Mən məhz belə bir sayt axtarırdım və TechNet.az  tapdım təşəkkürlər.Burada mutəxəsis adminlərlə və eləcə də məhz sizinlə şəxsi əlaqə necə saxlaya bilərəm? İxtisasımla şəxsən suallarimı vermek istəyirəm. Çox sağ olun.

    • Suallarınızı saytın suallar bölməsinə yazmağınız tövsiyə olunur. Çünki bu zaman sualınızı bir neçə nəfər cavablandıra bilər. Uğurlar.

       

       

    • Sahil İbrahimov, Rauf bəy çox gözəl qeyd etdi. Buna görə ona təşəkkürlər :) 

      Bu saytın yaranma səbəbi biliyi paylaşmaq və ehtiyacı olanlara kömək etməkdir. Sual-cavab bölməmizin var olma səbəbi budur. 

      İxtisasınız şəxsi məhrəm mövzu olmadığı üçün onu elə burda müzakirə edə, suallarınızı verə bilərsiniz. Sualınızı burda verdiyiniz zaman 800 qeydiyyatlı istifadəçidən cavab almaq şansınız olur. 

      Əgər biz hər istifadəçi ilə yazışası olsa idik, o zaman bu saytı niyə açırdıq ki? 

      Bir istifadəçinin verdiyi suallar və o suallara cavablardan təkcə o istifadəçi yox, yüzlərlə digər istifadəçi və saytın təsadüfi qonaqları yararlanır. Çəkinmədən suallarınızı burada SUAL ver düyməsini basaraq verə bilərsiniz. Sual verərkən dilimizin normalarına əməl etməyi, sualınızı aydın əhatə etməyi tövsiyyə edirəm. Birinci sualınızın təsdiqlənməsinə, ikinci isə sualınıza cavab almaq şansınızı artıracaq. 

      Hörmətlə

Cavab yazın