Videokartın sıradan çıxma səbəbi nə olar?

Salam, mən videokart aldım (palit gtx660) ona molexnen PCIe 6-lıq kabel qoşdum, amma bütün pinlere qosmadım. Boş qaldı, indi işləmir. Görüntü vermir, ustaya apardım deyir çipləri yanib. Bilmirem mən yandırmışam, yoxsa yanmışda almışam. Zəhmət olmasa kömək ederdiz.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2341 dəfə

Cavablar ( 5 )

  1. Elnur bəy, salam.

    Videokartın əlavə enerji təchizatında 6 pinlik PCIe konnektoru istifadə etməlisiniz, bu doğrudur.
    gtx1

    Əgər digər 6 pin-ə qoşmasanız belə, bu videkartı sıradan çıxarmamalıdır. Siz videokartı quraşdırarkən quraşdırma texnikası qaydalarına əməl etməməklə sıradan çıxara bilərsiniz. Bunlara ESD (Electrostatic Discharge) səbəb ola bilər.
    gtx

    Əgər avadanlığı zəmanətlə almısınızsa, rəsmi servisə müraciət edin.

    Uğurlar.

  2. Çox sağolun teşşekür

  3. Elnur bəy, buyurun.

    Cavab sualınızın həlli oldusa qiymətləndirməyi unutmayın.

    Uğurlar.

  4. Qida bloku iqravoy deildi 550w yazilmisdi ama vermirdi. Esd ni basa dusmedin

  5. Salam.

    Avadanlıqların elektrik təchizatı ilə bağlı aşağıdakı məqaləni oxumanızda fayda var.

    http://www.technet.az/2015/05/08/anakart-v%C9%99-dig%C9%99r-qurgularin-enerji-t%C9%99chizati/

    ESD (ElectroStatic Discharge) – Elektrostatik boşalma – fərqli elektrik yükünə malik cisimlərin toxunması (təması) ilə baş verir. Bir növ toxunan cismlərin yüklərinin bərabərləşməsidir. Bu zaman güclü axın yaranır. Buna səbə əsasən sürtünmədir. Xalça üzərində gəzərkən qapı dəstəyinə toxunanda, saç ilə darağın təmasında yaranan qığılcımı hər birimiz görmüşük. Bu elə həmin ESD-dir.

    esd

    Bu axın insan həyatı üçün ölümcül olmasa da, həssas elektron avadanlıqlar üçün ölümcüüldür.

    Uğurlar.

Cavab yazın