Windows 7 zibil qabı sağ klik etdikdə gələn funksiyalar

Salam Dostlar

Windows 7 sistemində unistall proqramlarından birini yükləmişdim bu proqramın bir funksiyasıda windows zibil qabın üstünə sağ klik etdikdə gələn funksiyalar arasında həmin proqramında əlavə funksiya düşmüşdü. sonradan proqram silindi ama həmin yerdə proqramın funksiyası qaldı bir işə yaramır onu necə silə bilərəm sizcə?

2015-03-19_9-02-47

tuneUp Undelete proqramının bir qısa yoludur göründüyü kimi.  bunu hansısa yolla silə bilərəm?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 3080 dəfə


Bu sual SQL Serverdə baza Recovery Modelləri məqaləsinə sual olaraq verilmişdir.

Cavablar ( 12 )

  1. Salam Tural bəy siz bunu  regedit-dən asanlıqla edə bilərsiz.

    Bunun üçün Win+R düyməsini klaviaturada sıxaraq Run proqramını çağırın, bundan sonra regedit.exe  yazıb enter düyməsini sıxın. Qarşınıza Regedit proqramı açılacaqdır. Bu proqramda

     

    HKEY_CLASSES_ROOT\*\shellex\ContextMenuHandlers bölməsinə daxil olub sizə lazım olmayan proqramı silə bilərsiz. Sizin halınızda bu TuneUp Undelete proqramı olacaqdır. Bunu silib yoxlayin. Dəqiq deyə bilmərəm Restart etməyə ehtiyac ola bilər.

     

    525

     

    Nəticəni səbirsizliklə gözləyirəm.

  2. təşəkkür edirəm

  3. siz dediyinizi elədim ama bir dəyişiklik olmadı restardan sonra elə yerindəcə qaldı

  4. ama sizə onu deyi ki bu menyuda olanda həmin proqram yox idi onan aşaqıdakı bölmədə olduqunan sildim elə ordanda

     

  5. Tural bəy registridə bu bölmələrə baxın TuneUp aid nə varsa silin yoxlayın. Nəticəi yazsanız sevinərəm.

    HKCR \*\shellex\contextmenuhandlers
    HKCR\AllFileSystemObjects\shellex\ contextmenuhandlers
    HKCR\Folder\shellex\contextmenuhandlers
    HKCR\Directory\shellex\contextmenuhandlers
    HKCR\\shellex\contextmenuhandlers
    HKCR\Directory\Background\shellex\ContextMenuHandlers

  6. Salam Tural bəy.

    Aşağıdakı linkdən istifadə edərək programın qalıqlarını silməyə çalışın. Bu program Registry-dən belə silinən programın qalıqlarını tamami ilə silir. Nəticəni bizimlə yaşlaşmağınızı xahiş edirik. Uğurlar.

    http://www.advanceduninstaller.com/download/

  7. Salam Dostlar

    Eldar bəy siz deyən proqramı yüklədim. bilgiyə görə minnətdaram yaxşı proqramdı. istərdim saytınızda belə bir bölmə olsun yaxşı lazimi sistem proqramlarına aid bilgilər verəsiz.

    ama bunu yüklədim qurdum bəzi yerlərdən tapdım sildim ama elə yenə qalıb necə var.

    Elnur bəy siz deyən bölməni mən regeditdə tapmadım

  8. Salam Tural bəy,

    Elnur bəyin qeyd etdiyi kimi Regedit programını açın. İlk Öncə File – Export edərək bütün registry üçün backup faylını komputerdə yaddaşa verin. Daha sonra Edit – Find menyusu ile TuneUp Undelete sözünü axtarışa verin, qarşınıza çıxan key fayllarını (TuneUp Undelete programına aid) silin. Və ya aşağıdakı ünvanda TuneUp Undelete key faylının olduğunu yoxlayın, belə bir key fayl varsa onu silib yoxlayın. Bu əməliyyatdan sonra restart tələb oluna bilər.

    HKEY_CLASSES_ROOT\CLSID\{645FF040-5081-101B-9F08-00AA002F954E}\shell

    Nəticəni bizimlə paylaşmağı unutmayın ))   Uğurlar.

  9. Root For review  xeyir bu bölmədə adı yoxdu

  10. Hörmətli Root For review

    sizin vediyiniz birinci linkdə yazılanlara əməl etdim problem aradan qalxmışdır təşəkkür edirəm sizə

Cavab yazın