VLAN haqqında

Salam Aleykum,
Dostlar, deyəlim ki, switch`i 2 və yaxud 3 VLAN`a ayırdım.Şərti olaraq bunları: VLAN 10, VLAN 20 adlandıraq.
İndi bilmək istədiyim budur ki, əgər, VLAN 10`a başqa bir switch qoşsam və bu switch`ə də kompüterlər qoşuludursa, deməli bütün bu cihazlar hamısı VLAN 10`da olacaq yoxsa switch`lər arasında xüsusi sazlanmaya ehtiyac var?
Əvvəlcədən hər kəsə təşəkkürlər!

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1833 dəfə

Cavablar ( 13 )

  1. Məncə avtomatik olarsa,bəli.Çünki əyər ilk svvitch vlan 10 kimi ayarlanıbsa,və növbəti svvitch heç bir quraşdırmaya məruz qalmırsa,artıq mənbə ilk ayarlanmış svvitch sayılır.Bu mənim fikrimdir.

  2. Cisco switchlərində defolt olaraq bütün portlar dymanic auto rejimdə olur (bəzi modellərdə dynamic desirable rejimdə olur). Əgər hər iki switch dynamic auto rejimdədirsə, həmin swicthlərə qoşulan komputerlər əlaqə yarada biləcək. Yox əgər biri dynamic desirable rejimdə, digəri isə dynamic auto rejimdədirsə, onda switchlər arasındakı port trunk olacaq. Belədə hər iki switchə qoşulmuş komputerlər eyni vlanda olmalıdır.
    Yəni dediyin halda komputerlər bir-birini görəcək, amma eyni vlanda olacaqlar demək olmaz. Çünki, 2-ci switchdə vlan 10 yaradılmayıb axı. Düzü burası mənə də biraz qəribə gəlir. Məncə bu CCNA səviyyəsindən yuxarı, CCNP mövzusudur.

  3. Salamlar,
    Vlan 10-a qosulmus switch eyer adi xab kimi isleyen switchdirse bu halda onun butun portlari vlan 10 da sayilacaq.Ver bir birlerini gorecekler ve qarsi terefde olan switchde de yalniz vlan 10 da olan hostlari gorecekler. Yox eger hemin bu vlan 10 a qosdugun swich idare olunan switchdirse by default switch de portlar access modda ve vlan bir de olur bu halda qarsi terefde olan port vlan 10 , senin 2 ci switchin butun portlari o cumleden 1ci switce qosulmus port da vlan 1 de olacaq.Bu halda 1 ci switchden hec bir hostu gore bilmeyecek. Ama sen 2 ci switchden 1 ci swithe qosulmus hemin portu access mode da saxlayaraq vlan 10 a aid etsen onda senin switchinde vlan 10 a aid olunan diger hostlar da 1 ci switchde vlan 10 da olan hostlari gorecekler. 1 ci swichden gelen portu eger trunk elesen by default butun vlanlara icaze var oturulmeye.2 ci switchden 1 -e qosulmus portu da trunk edeceksen bu halda da yene sende vlan 10 aid olunmus hostlar qarsidarikarli gorecekler.
    Bir az qarisiq yazdim Umud edirem fikrimi izah ede bildim …

    • Salam Aleykum,
      Dostlar, ilk öncə hər birnizə cavablarınıza görə təşəkkür edirəm! 
      Orxan, dynamic desirable rejim nə deməkdir?

      Kamil, mən fikirləşdiyimə görə ağıllı olmayan svvitch`lər bir başa qəbul edəcək.Sən də bu cür qeyd etmisən.Deməli, düz fikirdə olmuşam.
      Ən çox idarə oluna bilən svvitchlər maraqlı idi.Onu da qəşəng izah etdin.ALLAH Razı Olsun, İnşAllah!
      Deməli, hər bir halda idarə oluna bilən svvitch üzərində dəyişiklik etməliyəm.
      Bu arada orada belə bir şey qeyd etmisən ki, access mode`da vlan 10da saxladıq da götürə bilər yəni belə?

      SVVİTCH2: interface f0/0
      SVVİTCH2:svvitchport access vlan 10

      Bu zaman 2ci svvitch avtomatik birincinin VLAN 10`da olacaq?
      Trunk məsələsini bilirəm, VTP ilə deyirsən, düzdür?          

  4. Dynamic desirable rejim odur ki, linki trunk etməyə cəhd edir. Əgər switchin birinin portu trunk, desirable və ya auto-dursa (yalnız 3-dən biri), 2-ci switchin portunu desirable etsən, bu switchlər arasındakı link trunk olacaq.

  5. Orxan, mən portu access edib, VLAN 10 etmişəmsə, o necə öz-özünə trunk və yaxud desirable ola bilər?
    Yəni öz-özünə olur belə şey?Maraqlıdır…

  6. Defolt olan halda trunk olacaq. Yəni soruşdun desirable rejim nədir, mən də onu izah etməyə çalışdım.
    Vlan 10-da, yəni dediyin ssenarini paket tracerdə yüngülvari test elədim, eyni nəticəni vermədi. Əslində konkret sən dediyin vəziyətdə Kamil bəyin dediyi kimi olmalıdır, amma paket tracer elə demir. Məncə bu paket tracerin funksionallığının az olması ilə əlaqədardır. Real switch ələ keçən kimi belə şeyləri test etməkdə yarar var. Paket tracerə etibar yoxdu.

  7. Yuxarıda desirable yazdığına görə soruşdum.
    Məndə porlar VLAN`a görə təyin olunub.
    Packet Tarcer düz deyirsən, o qədər də reala uyğun deyil.
    GNS3`də yoxlamaq olar.

  8.   Dostlar, deyəlim ki, switch`i 2 və yaxud 3 VLAN`a ayırdım.Şərti olaraq bunları: VLAN 10, VLAN 20 adlandıraq. İndi bilmək istədiyim budur ki, əgər, VLAN 10`a başqa bir switch qoşsam və bu switch`ə də kompüterlər qoşuludursa, deməli bütün bu cihazlar hamısı VLAN 10`da olacaq yoxsa switch`lər arasında xüsusi sazlanmaya ehtiyac var? Salamlar.. Farhad bəy öncə bunu qeyd edim ki sizin yeni switch və yeni cihazlar default olaraq vlan 1 -də olacaq. Əgər yeni əlavə olunan cihazlar ilə digər switch-də olan və Vlan 10-unu üzvü olan  cihazlar arasinda əlaqəni bilmək itəyirsizinsə, bəli bir birləri ilə əlaqə quracaqlar. Səbəbi: Şəkilə diqqət edək. PC1-dən cixan packet switchin portundan daxil olanda ona Vlan 10 ID tag olunur. Həmin tag switchin access portundan cixdiqi zaman remove olunur. Deməli packetə A nöqtəsində Vlan 10-un ID-si add olunubsa B nöqtəsində həmin tag remov olduqundan sw2-yə gedən packet normal bir packetdir və sw2 isə həmin packeti qəbul elədiyi zaman yəni C nöqtəsində default olaraq Vlan 1-in üzvü olur. PC1 ilə PC2 arasında əlaqənin səbəbi də burdan irəli gəlir. güman edirəm yararlı bir yazı oldu, hərkəsə təşəkkürlər

  9. Şəkil upload olmur )

    • Zeynal bəy, təşəkkürlər. Problem haqqında xəbərimiz var, aradan qaldırmışıq problemi, hal hazırda test edirik lab şəraitində, tam əmin olduqdan sonra productionda da aradan qaldırılacaq problem. 

  10. Əslində bir Switch vlan-a ayrırma elə bir fiziki ayırma kimidə görmək olar. Tutaqki bir 24 portlu bir Switch 3 vlan ayırsanız artıq həmin Switch  fərqli fərqli 3 Switch kimi işləyir yəni bir-biri ilə heç bir əlaqəsi yoxdur.   Ona görədə həmin o ayrılmış VLAN-a qoşulan Switch yalnız o setə aid olan şəbəkədəki avadanlıqları görəcək. Bunun üçün başqa konfiqurasiyaya ehtiyac yoxdur.

  11. Salam,

    Sualın cavabı qısaca BƏLİ-dir. Yəni bütün komputerlər VLAN 10da mövud olacaqdr.

    Ətraflı izahı isə Zeynal Hajılı artıq izah etmişdir.

Cavab yazın