VMware Lun increase

Salam belə problemlə rastlaşmışam. Çalışacaqam ətraflı yazım ki mənzərə tam aydın olsun. Deməli belə : Oracle DB-yə aid vmdk disklər yerləşən iki 2 TB-lıq LUN var. vmdk disklər Eager zeroed thick olaraq qurulub. Bu Lun-lar üzərində heç bir başqa sistemə və s. aid olan file yoxdur.  yalnız üzərində DB olan OEL Ə.S-li maşın. Hazırda bir snapshoot var. Oracle-da upgrade zamanı LUN-ların həcmi durmadan şişir və LUN-lar max. dolur və maşın işin dayandırır. LUN həcmin artırandan sonra və VM yenidən yandırandan sonra yenidən eyni hal baş verir.

P.S:  SWAP file həcmindən şübhələr olsada “size” maşın sönəndən sonra azalmadıqı üçün bu variant kənara qoydum.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1405 dəfə

Cavablar ( 5 )

  1. Salam ,

    Praktikada çox rast gəlinən problemdir. Məlumat intensivliyi nə qədərdir? Bu böyük ehtimalla log-un şişmə problemidir. Backup və logların saxlanma müdəti təyin edilib?

     

    • Salam Hikmət bəy

      Cavaba görə çox sağ olun. məsələ çözülmüşdür. Məlumat üçün deyim ki intensivlik 35-40 ms arasıdır. Problem log-larda deyil. Log file-lar ani olaraq bu qədər şişməsi nadir hallarda olur. Problem Snapshot-delta.vmdk file-da tapıldı. Snapshot alındıqdan sonra əlavə olaraq delta.vmdk yaradılır və bütün yeni info-lar həmən delta disklərə yazılır. bu zaman vmdk+delta.vmdk+newdata alınır və bu LUN şişməsinə yol açır.

  2. Salamla, Cavid bəy hal-hazırda həmin LUNda nə qədər boş yer mövcuddur ?. Yenədə hər ehtimala qarşı DataStordan həmin VM yerləşən qovluğu screenshot edib, sonra upgarde zamanı refresh edib, yenidən screenshot edib qarşılaşıdra bilərsiniz ?.  Balooning funksionallığından yararlanırsınız ?. Swapla bağlı qeydinizi gördüm. Lakin bu məsələdən yenədə əmin deyiləm. Hər ehtimala qarşı dəqiqləşdirmək üçün qeyd etdiyimiz yöntəmləri analiz və yoxlamağınızı tövsiyə edirəm. Əgər resursunuz varsa, upgrade edəcəyiniz VM-i fərqli bir hostda daşıyıb. Aşağdakı şəkildə dəyişkilik edib upgrade etməyə çalışın.Xahiş edirəm diqqətli olasınız. Əgər yoxlamısınızsa zəhmət olmsa fikir bildirərdiniz. Vm-Memory     Uğurlar

    • Salam Elguc m. 

      Cavaba görə çox sağ olun.

      Hazırda Remove-Snapshot verildikdən sonra LUN size durmadan artır. hazır ki vəziyyət  free space artmaqdadır. Balooning məsələsində bu VM üçün hard reservationlar təyin olunduğu üçün istifadə olunmur.

      Daha ətraflı olsun deyə screenshot-ları yerləşdirirəm :

      LUN-1 LUN-2 LUN-3 LUN-4

  3. Əvvəlki şəkil göstərir ki, disk üzərində boş yer bir o qədərdə çox deyil.  Disklərin thick olduğunu nəzərə alanda normalda şişmə ciddi şəkildə olmamalıdır.  Şəkilə baxanda snapshotlarda bir xeyli yer tutur. Yəqin edirəm ki, snapshotlar silinəndən sonra şişmə daha aydın görünəcək. Upgarde-dən sonrakı şəklidə paylaşsanız yaxşı olar.

    Təşəkkürlər.

Cavab yazın