Volume Licensing nədir, necə çalışır?

Salam. Müəssisəmizin bütün kompüterlərini leqallaşdırmaq lazımdı. Mövcud domainimizdə var.
Araşdırdım: OEM, Retail və Volume lisenziya metodları vardır.

Qısa olacaq anladığım budurki;

OEM: (Original equipment manufacturer) Kompüterin üstündə gələn lisenziyadı. Bir kompüterdən başqasına köçürmək qadağandır. Aldığımız notebook-ların üzərində gələn Windows 7 Home Premium yaxud Windows 8 kimi. Windows 7 üçün lisenziya kodu adətən notebookun altına, Windows 8-in lisenziyası isə BIOS-a yüklü gəlir.

Retail: Pərakəndə alınan lisenziyadır. Baha başa gəlir amma istədiyiniz kompüterə yükləyə bilərsiz. Bu növ lisenziyanın upgrade etmək olur. Misal üçün Windows 7 Home Premium-dan Ultimate-ə yaxud Windows 8-ə.

Volume Licensing-in isə çox növü var: Open Value, Open Value Subscription, Open License, Select Plus, Select License, Enterprise Agreement, Enterprise Subscription Agreement vs. Bunlar 2009-un məlumatlarıdı.

İki fərqli domain və şəbəkəsi olan və birincə 150-yə yaxın digərində 300-dən çox PC olan müəssisənin leqallaşması üçün məsləhətiniz nədir?

Office, Visual Studio kimi proqramların istifadə olunduğunu qeyd edim.

Əvvəlcədən təşəkkürlər…

Səs: +10. Bəyənilsin Zəifdir

Baxılıb: 1522 dəfə

Cavablar ( 4 )

  1. Yasin Mehdiyev, salam, xoş gəlmisiniz

    Sualı verərkən bütün qaydalara, (hətta taglara) əməl etdiyiniz və araşdırmanızı paylaşdığınız üçün çox təşəkkür edirəm

    Bu suala ən dolğun və dəqiq cavabı Qaçay müəllimin verəcəyinə düşünürəm

    Xəbərdar edək özünü, aydınlığa qovuşdursun sualı

  2. Hörmətli Yasin müəllim,

    Müəlliflik hüquqlarına hörmətlə yanaşdığınız və leqal proqram təminatı istifadə etməyə qərar verdiyiniz üçün Sizə təşəkkür edirəm!

    Sizin təşkilatın ölçüləri kiçik və orta müəssisə qrupunda olduğundan Sizə həmkarım İbrahim Səidov ilə (012) 437 38 00 daxili 109 nömrəsinə zəng edərək əlaqə saxlamağı tövsiyə edirəm. Suallarınızı daha operativ cavablandıraq. Növbəti postumda isə lisenziyalaşdırma haqqında qaldırdığınız maraqlı sualları cavablandırmağa çalışacam.

    Uğurlar!

  3. Qaçay müəllim,

    Zəhmət olmasa aşağdakı mövzuyada aydınlıq gətirsəniz, çox gözəl olar. Mənim üçün bu sual maraqlıdır.

    İki fərqli domain və şəbəkəsi olan və birincə 150-yə yaxın digərində 300-dən çox PC olan müəssisənin leqallaşması üçün məsləhətiniz nədir?

    Bu bəndə qeyd olunur ki, şirkətin 2 şəbəkəsi var birində 150 digərində 300 PC var. Yəni toplam 450 PC edir, belə deyək bu şirkət Enterprise Agreement-ə keçə bilər. Burdakə məqamda əgər belə bir şey baş versə ayrı-ayrı iki şirkət var və bu şirkətlər birləşib Enterprise Agreement -ə keçmək istəyir və yaxud hər hansı bir şəriklikləri mövcuddur. Belə bir imkan mümkündürmü ?.

    Təşəkkürlər.

  4. Söz verdiyim kimi aşağıdakı məlumatı Sizinlə paylaşıram.

    İlk növbədə ondan başlayım ki, lisenziyalar iki əsas qrupa bölünür: son istifadəçilər (End user) üçün nəzərdə tutulmuş lisenziyalar 2. Müəssisə və təşkilatlarda istifadə oluna proqramların lisenziyalaşdırılması üçün nəzərdə tutulmuş  lisenziyalar.

    Məsələn Siz kompüter alanda onun üzərində gələn Home, Home Premium, adi Windows son istifadəçilər üçün nəzərdə tutulub. Ona görə bunların içərisində iş yerlərində tələb olunan bəzi funksiyalar (məsələn, Domain-ə qoşulmaq, şifrləmə və s.) yoxdur. Pro və Enterprise versiyaları isə məhz daha çox kompüterlər olan yerlər  üçün nəzərdə tutulub. Ona görə də iş yerləri üçün alınan kompüterlərin üzərində mütləq Pro olan OEM versiyası dayanmalıdır. Pro olan versiyalar son istifadəçilər üçün nəzərdə tutulmuş versiyadan nisbətən bahadır amma FPP-dən ucuzdur.

    Bəzən şirkətlər ucuzluğuna aldanıb son istifadəçiləri üçün olan versiyanı iş yeri üçün alırlar, sonradan məlum olur ki, düz versiya alınmayıb. Əlavə xərc çəkərək yenidən zəruri versiya almalı olurlar.

    Volume license-in qiyməti qutuda satılan FPP lisenziyadan ucuzdur.  Müəssisələrdə kompüterlərin sayından asılı olaraq da müxtəlif güzəştlər və şərtlər nəzərdə tutulub. Volume lisenziya minimum 5 dənə lisenziya alınmaqla həyata keçirilir və bu lisenziyalar  ancaq əlavə oluna bilər. Yəni Sizin kompüterin üzərində qualified lisenziya olmalıdır. Hüquqi baxımdan Sizin kompüterin üzərində ya elə lisenziya olmalıdır ki, Siz ona Volume lisenziya əlavə edə biləsiniz. Əgər bunların olduğunu təsdiqləyən yapışqanlı kağız (наклейка) kompüterin üzərində yoxdursa, volume lisenziya istifadə edə bilməzsiniz. Əvvəlcə gərək infrastrukturunuzda leqallaşdırma həyata keçirəsiniz. Yalnız bundan sonra Volume lisenziya alıb istifadə edə bilərsiniz. Leqallaşdırmanı həyata keçirmək üçün üzərində yapışqanlı kağız olmayan bütün kompüterlər üçün əvvəlcə Get Genuine Windows Agreement (GGWA) almalısınız.  Yalnız bundan sonra Volume lisenziya ala bilərsiniz.

    FPP kimi satılan lisenziyalı proqram təminatından istifadə şərtləri EULA – End User License Agreement sənədində yazılıb.

    Volume License-ə daxil olan lisenziyalı proqram təminatından istifadə şərtləri isə PUR – Product Use Rights sənədində ətraflı yazılıb.

    Bundan əlavə kompüter yığıb satanlar üçün ayrıca SBL – System Builder License sənədi var ki, burada da bu cürə kompüterlərə quraşdırılan lisenziyalı proqram təminatından istifadə şərtləri əks olunmuşdur.

    Lisenziyalaşdırma işləri zamanı hökmən aşağıdakılar nəzərə alınmalıdır:

    • Müəssisənin İT strategiyası / lisenziyalaşdırma siyasəti
    • İstifadəçilərin hal-hazırda sayı və növbəti il ərzində gözlənilən artım
    • Müəssisədə olan fərdi kompüterlərin və server avadanlıqlarının cari sayı, növbəti il ərzində gözlənilən artım
    • İT büdcə / xərclər smetası, qeyri-maddi aktivlərin satın alınması üçün planlaşdırılmış məbləğ

     

    Sualda qeyd etdiyiniz 150 və 300 nəfər məsələsinə gəlincən, müxtəlif hallar üçün müxtəlif lisenziyalaşdırma modelləri/ssenariləri tətbiq etmək mümükndür. Enterprise Agreement sazişi ən arzu olunan variantdır. Çünki müəssisəyə çox üstünlüklər verir. Amma şərt orasındadır ki, belə sazişi ancaq minimum 250 kompüter olduqda imzalamaq olar. Alternativ variant kimi Open Value lisenziyalaşdırmasını təklif etmək olar. Bu zaman 250 PC olması tələbi yoxdur, şərtlər də demək olar ki, Enterprise Agreement kimidir.

    Ən maraqlı məsələlərdən biri də lisenziyalar almaq üçün ehtimal olunan qiyməti müəyyənləşdirməkdir. Microsoft şirkəti hər region üçün tövsiyə edirlən qiymətləri bu saytda yerləşdirib.

    http://mla.microsoft.com/?language=English&country=AZ

    Bu saytda bütün məhsulların dəqiq adlarını, sifariş kodlarını, istifadə şərtlərini, tövsiyə olunan satış qiymətlərini və s. görmək mümkündür.

Cavab yazın