Windows 10 Update problemi

Salam dostlar. Bir neçə vaxtdır belə problemlə qarşılaşmısam. İşdə kompyuterlərə windows 10 yazib update-i servisdən stop edib söndürüb domainə qoşuram. Bir neçə müddət sonra Windows 10  komputerlər öz-özünə update gedir və C diskində windows.old qovluğu yaranır aşağıdakı şəkildəki kimi və komputer dona-dona işləyir. Komputerin öz-özünə update niyə gedir? Bu səbəbdən bəzi komputerlərə yenidən windows 8.1 yazıram. Belə problemlə qarşılaşan olub?

 

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2109 dəfə

Cavablar ( 22 )

  1. Salam Fərid bəy,

    Bu proses qeyri adi proses sayılmır. Belə deyək Windows update etdikcə yeni CU-lərlə və yaxud CU bənzəri upgrade-lə keçid edir və Build-lər fərqlidir. Əvvəlki dədə-baba update mexanizmi dəyişdirlib. Siz yaxşı olar ki, Windows 10 qurulumunu gerçəkləşdirdikdən sonra bütün yeniləmələri həyata keçirib sonra update servisini söndərsiniz (tövsiyə olunmasada).
    Windows.old qovluğnu isə güvənilir şəkildə təmizləmək üçün  Disk – CleanUp vasitəsilə silə bilərsiniz (qisa yolu : start-run cleanmgr). Bu bölmədən Clean up system file seçərək Windowsun keçmiş yeniləmə fayıllarını ƏS-dən təmizləyə bilərsiniz.

    O ki qaldı yeniləmlərin yenidən aktivləşməsini GPO səviyyəsində update servisləri disable etmək imkanınız var. Ehtimal ki, gözdən qaçan kiçik bir məqam var. Normalda Update servisi disable olunubsa yeniləmlər gerçəkləşmir. Və son olaraq Windows 10-nun OS Build və Versionları haqqında əlavədəki keçiddən tanış ola bilərsiniz. Çalışın 1709 versiyasının qurulumunu gerçəkləşdirin. Qeyd edim ki, Windows 10 artıq çox sabitləşib 8.1 dən yaxşı və daha güvənirlidir.

    Windows 10 release information

    Uğurlar.

     

  2. Salam. Aşağıdakı linkdən yenilənməni bağlaya bilərsiniz, ancaq insider previevv yükləsəz -1 ay sonra belə bildiriş istifadəçini bezdirəcək. “Sizin istifadə etdiyiniz sborkanın vaxtı bitmişdir, zəhmət olmasa son versiyaya yeniləyin ” – Birdə onu da qeyd edim mikrosoft şirkəti windows 10 ƏS -də yenilənməni hüquqi qaydada lisenziyaya salıb və istifadəçi hər hansı utilit və ya proqram ilə dayandırdığı halda hüquqi məsuliyyət daşıyır.(Rusiyada bir neçə şirkətin İT manager-in məhkəməyə verib hətda:))) Mən işdə ancaq Windows 8.1 pro və ya Windows 7 pro (Monkrus) istifadə edirəm.https://www.ghacks.net/2015/12/18/two-windows-10-tools-to-block-automatic-updates/

  3. Elgüc müəllim məsələn dünən yazılan sistemdə 1saat sonra upgrade getdi ,windows update sönülü idi.Servisdən baxiram manually olub update.GPO ilə necə disable ede bilərəm?Sistemlər  windows 10 pro-dur.Hansi komputer update gedirse baslayit donmaga.

    Müəllim 1709-cu versiya hansıdır?

  4. Elvin bəy windows 10 istifade elemirsiz?

    • Xeyr, çünki microsoft həddən artıq yenilənmələr edir (1 aydandan 1 səy-səy reliselər çıxarır və bütün sborkanı dəyişir)  və həmçinin auto driver update edir-şəbəkəni yükləyir -internet trafikin çox istifadə edir. Windows 8.1 yükləyin sonrada puskun gorunuşun start 8 proqramı ilə dəyişin. Artıq windows 7 kimi pusk gələcək Windows 8.1 -də. Yeri gəlmişkən 1709 redstone 3 du- hələ yaz yenilənməsi redstone 4 1803 çıxıb ona da yüksəlməlidi əgər sizdə 1709-dursa. Birdə windows 10 da services -d’n update dayanmır. GPO -dan bağlanır. https://rsload.net/soft/20097-destroy-windows-10-spying2.html bu linkdəki utilit ilə windows 10-da istədiyin dəyişikliyi edə bilərsən. Hətta Mikrosoftun 490 ədəd şpion portun belə bağlaya bilərsən ))))

       

      GPO ilə baglamaq, Windows 10

      • windows + R orda bunu yazıb:  gpedit.msc enter edirsən
      • Bu yola daxil olursan : Computer Configuration>Administrative Templates>Windows Components> Windows Update
      • Aşağıdakı şəkildəki kimi et və ya bir başa “never” seç
      • Notify for download and auto install. Bu əmri seçsən istifadəçiyə bildiriş verəcək ki yenilənmə var qəbul edirsən?.
      • Never –Bu əmri seçsən yenilənmə getməyəcək

       

  5. Elvin bəy haradan bilmək olar hansı komputerde windows 10 1709 redstone 3du ve ya 1803 redstone 4du?

    Domainde olmayan komputeride gpedit.msc den baglaya bilerem?

    Birde domaine qosmadigim komputerde gpedit.msc den baglayib sonradan domaine qosanda bagli olacaq update?Niye windows 10 servisden disable edende xeyri olmur?Men oz komputerime windows 8.1 yazmisam,hec windows 8.1de bu qeder update yoxdur.

    • windows key + R basib orda msinfo32 yaz enter et orda göstərəcək. build (sborka) 1709 və 1511 və s.

      Fərqi yoxdu domaində oldu, olmadı. GPO dan idarə edə bilərsən. Yenə deyirəm yeni notebooklarda bəzən orginal windows 10 gəlir, bunları çıxmaq şərtilə qalanın endir 8.1 / 7 -ə. Windows 10 u da windows key finder ilə key -in tapıb 8.1 i aktivləşdirə bilərsən. Bu zaman win10 pro -dursa 8.1 pro, single language dirsə single language 8.1 -ə yüklə aktivləşəcək.

  6. Ömər bəy updateden sonra yuxaridaki sekildeki kimi olur.Komputerler dona dona isleyir.Miskanin kursoru durmadan oz-ozune firlanir,ele bilki nese zaqruska gedir.cox problem oldu bu windows 10 nun son updateinden sonra.

  7. Elvin bey niye updateden sonra C diskinde windows.old windows 10upgrade papkasi yaranir.Bir jece komputeri yeniden windows 8.1 kecirmek eziyyetdi.

    Sonuncu updateleri silsem windows.old windows upgrade papkasini silsem normal isleyecek?

    • Windows old. ona görə yaranır ki, məsələn sizdə windows 10 pro release 1511 olub əvvəl, mikrosoft ona yeni dəyişik və səhvlərin düzəlişi edərək yeni release buraxır 1709. bu zaman artıq 1511 windows.old olur/ Yeni 1709 sizin əsas release olur. Siz onu belə edin.

      1. Elgüc müəllim yazan kimi, windows old. -u  cleanmgr ilə açıb silirsiz.
      2. CCleaner ilə regedit və temp faylları təmizləyin.
      3. DWS ilə yenilənməni baglayın.
      4. %temp%, temp, C:WindowsSoftwareDistributionDownload qovluğun təmizləyin. Bu linkdə göstərilən qayda da temp fileləri təmizləyin.  http://www.intowindows.com/how-to-safely-delete-temporary-files-in-windows-10
      5. Bu yazılanları etsəniz. normal işləyəcək. birdə task manager=> process dən baxın nə CPU-nu, Ram-ı çox yükləyir onu aradan qaldırın.
        1.  

           

       

       

       

       

  8. DWS deyerken neyi nezerde tutursunuz Elvin bey?

    Windows.old u silenden sonra problem olmaz?Onsuz komputerler dona dona isleyir hamisi.

    • Xeyr, heç bir problem yoxdu- Sadəcə onu shift + delete edə bilmirsizdə-yalnız Elgüc müəllim yazan kimi silə bilərsiz.Narahat olmayın həmin kompun artıq bütün file-ləri yeni sistemə köçürülüb. Onu microsoft sistemi geri qaytarmaq üçün qoyur. Sizə link vermişdim -orda Destroy Windows Spy (DWS lite) ilə yenilənməni bağlayın-o birbaşa gpedit.msc -dən bağlayır.

      https://rsload.net/soft/20097-destroy-windows-10-spying2.html

      login: rsload.net

      parol: rsload.net

  9. Elvin bey yeniden format etsem dws den baglasam update getmeyecek daha?

    Elvin msinfo32.exeden baxdim mende ne 1511 ne de 1701 redstone dir.Asagidaki sekildedir

     

     

  10. Elvin bey birde gpodan baglayanda orda ” Notify for download and notify for install ” bolmesi var,never yoxdu.bundan baglasam olar?

  11. sizdə version 1511-di -build 10586 yazılıb ”  https://www.microsoft.com/en-us/itpro/windows-10/release-information ” linkindən incələyə bilərsiz. Format edirsizsə 8.1 yazın. Əgər etmirsizsə disk clean ilə təmizləyib. Dws -le baglayın.

    Birdə məsləhətdi sistemi formatdan sonra acronis true image ilə backup edin və image kopyalayın disk D-ye. Nese bele olsa ondan bərpa edin. Bütün şirkətdəki kompların elə backupun saxlamışam. Nəsə ciddi problem olanda və ya HDD si xarab olanda təzə HDD alıb backupdan 10 dəq bərpa edirəm. ” https://archive.org/details/AcronisTrueImage201720.0Build5554BootableISO ” bu linkdən torrent lə acronisi endirib CD diskə və ya usb flasha yazın. Sistemi onla başladıb disk “sistem” və  “C”-ni backup edin.

  12. Elvin bey Dws update-i baglayacaq?Yeni sonradan update getmeyecek?

    • Təbii ki hətta siz programda (DWS lite) yenilənməni açmasaz. Adi qaydada windows-da yenilənmə et vurmaga sizə icazə verməyəcək.

  13. Elvin bey DWS -i yukledim,ancaq bu DWS windows 7 ve 8.1 ucundu.Mene windows 10 olan ucun lazimdir.Birde tapa bilmedim DWS de hansi bolmeden baglaya bilerem update-i

  14. Narahat olmayın windows 10-a da keçərlidir. Utilities bolməsinə baxın

  15. Fərid bəy, yuxarıda yazılanları aşağıdakı kimi bir toparlayaq.

    a) Windows update-ləri söndürülməlidirmi? – Bir mənalı olaraq xeyr.

    Bu update-lər əməliyyat sisteminin çatışmazlıqlarını aradan qaldırır, yeni avadanlıq və texnologiyalar ilə uzlaşması üçün lazımi dəyişiklikləri sistemə tətbiq edir. Təhlükəsizliklə bağlı dəyişiklikləri tətbiq edir.

    b) Update-lər avadanlığın gücünə nəzərdə tutulmayıbsa, donursa nə etməli? –

    Uyğun əməliyyat sistemi işlətməli. Window 7  və ya Linuxun uyğun olanını istifadə etmək. Bu zaman gələcəkdə bu əməliyyat sisteminə “qulluq” edib edə bilməyəcəyinizi, lisenziya şərtlərini və s. nəzərə almalı.

    c) Əlavə yer tutan windows.old qovluğu ilə bağlı Elgüc bəy qeyd edib yuxarıda.

     

  16. Elvin bəy problem ondadirki, updateden sonra komputer cox donur.Problemler yaranir.

Cavab yazın