Windows File Sharing

Salam hörmətli forum istifadəçiləri. Məqsədim local şəbəkədə paylaşılan qovluqlara müəyyən portları açmaqla internet üzərindən yetişə bilməkdir. Daha dəqiq bir misal göstərim. Eyni şəbəkədə olan kompüterin local sənədlərinə  necə ki, \\192.168.1.101\my_files şəklində yetişə bilirik, bəlli port yönləndirmələri(router-a, routerdan da local kompüterə port yönləndirməsi) etməklə buraya internet üzərindən məsələn \\10.121.174.213\my_files şəklində yetişmək istəyirəm. Bu məqsəd üçün tövsiyyələr əsasında 137-139, 445, 21(ftp) və digər portları yoxladım, hətta DMZ ilə tamamilə yönləndirməni istədiyim yerə etdim ancaq uğurlu olmadı. Bunu necə edə bilərəm?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1105 dəfə

Cavablar ( 4 )

  1. VPN istifadə etmək daha məqsədə uyğundur.

  2. VPN mümkün deyil. şəbəkə cihazım VPN dəstəkləmir, ancaq external hard drive dəstəkləyir. FTP özəlliyi yoxdur. Mən bu diski lokalla bərabər internetə də açmaq istəyirəm. Ona görə də windows file sharing-lə internet üzərində qovluğa necə yetişəcəyimi öyrənmək istəyirəm

  3. salam sən onda bir PC ayır və ona statik ip ver və dünyanın hər bir nöqtəsindən qoşula bilərsən

    ikinci üsul da var əgər sənin  router-ində ststik ip gəlirsə onu lokal pc yə də yönləndirə bilərsən və birdə routerin statik ip baxan tərəfə access list yaza bilərsən uğurlar

  4. Salam diqqətiniz üçün təşəkkür edirəm. Ancaq bu dedikləriniz mənim sualıma uyğun cavablar deyil. İlk öncə qeyd edim ki, dinamik dns ilə routerin interfeysinə kənardan access var yəni statik ip-ə ehtiyac yoxdur . Daxili şəbəkədəki ayırdığım PC-nin isə daxili şəbəkə üçün static lokal ip-si var. Routerdə isə bu PC-nin statik lokal ip-sinə yönləndirmələr etmişəm. Sualımda qeyd etdiyim kimi bu yönləndirmələri 137-139, 445, 21(ftp) portları vasitəsilə də etmişəm, hətta routerda bütün gələn istəklərin bu PC-ya yönləndirilməsi üçün dmz-a bu PC-nin lokal statik ip-ni yazmıışam ancaq faydası olmayıb. Sualım isə ondan ibarətdir ki, necə ki, bu PC-ə eyni routera bağlı başqa bir kompüter \\192.168.1.101\my_files yazaraq yetişə bilir, yönləndirmələri etdiyim halda necə internetdən \\10.121.174.213\my_files yazaraq yetişə bilərəm?

Cavab yazın