Windows Lisenziya

1 )Salam. Ebay və bu kimi saytlarda ucuz qiymətə OEM lisenziyaların satılması nə kimi doğrudur ?  OEM lisenziyanı bir komputerdən digər komputerə keçirmək olmur. Yəni konkret bir avadanlığa bağlı olur.  Belə olduğu təqdirdə niyə satışı var belə lisenziyaların ?  Ümumiyyətlə zavod tərəfindən   komputer satışa buraxılanda windows  aktivləşdirilir yoxsa notbuk sahibi internetə ilk daxil olduqda aktivləşir?  Yəni komputer  aktivləşənə qədər lisenziyanı (biosdan  və ya etiketdən) götürüb başqa komputerdə aktivləşdirmək olarmı ?

 

2) İnternetdə axtarış zamanı bir çox windows lisenziya açarlarına rast gəlmək olur. Onların əksəriyyətini daxil edəndə  şübhəsiz ki, error verir 🙂   Amma bəzi  lisenziya açarları ilə KMS-siz, yəni legal yolla aktiv eləmək olur . Bu yaxınlarda rəsmi saytdan win10  əməliyyat sistemini yüklədim və belə açarlardan birini daxil etdim və windows aktiv oldu. Heç bir crack, kms və s.bu kimi programlardan istifadə etmədən.

Sualım odur ki, əgər bu açar əvvəlcədən hansısa komputerdə aktiv olunmuş idisə niyə yenə də aktivləşdirdim o açar vasitəsilə daha bir komputeri ? Error verməli deyildimi ?  Internetdə yayılan bu açarlar nədi belə ?    Hələki normal işləyir. Sonradan qara siyahıya düşməyəcəyinə qaranti vermirəm 🙂

Xahiş edirəm suallarıma dolğun və tutarlı cavab verərdiz. Elgüc müəllim təcrübənizi bölüşsəz çox şad olardım. Təşəkkürlər.

P.S.  Retail (korobka versiya) Win10 Pro  ucuz qiymətə satan varsa ala bilərəm. Hətda hədiyyə də edə bilərsiz. Belə  hədiyyələri sevirəm  🙂 Bezmişəm artıq kms-lərdən.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 457 dəfə

Cavablar ( Windows Lisenziya )

  1. Salam OEM lisenziyaları Kompüterin üstündə gələn lisenziyadı. Bir kompüterdən başqasına köçürmək qadağandır. Aldığımız notebook-ların üzərində gələn Windows 7 Home Premium yaxud Windows 8 kimi. Windows 7 üçün lisenziya kodu adətən notebookun altına, Windows 8-in lisenziyası isə BIOS-a yüklü gəlir.

Cavab yazın