Windows üzərində software RAID 5 necə aktiv edim?

Salam, bildiyimiz kimi adi Windows üzərində software RAİD-lərdən RAİD 0 və RAİD 1 aktvidr, RAİD 5 isə yox.. RAİD 5-i necə aktiv edə bilərəm ? Virtual maşında yoxlayacam.. Ona görə HDD sayını yazmağı lazım bilmədim..

Səs: +10. Bəyənilsin Zəifdir

Baxılıb: 1733 dəfə


Bu sual Windows Serverlər üzərində RAID Disklərin sazlanması məqaləsinə sual olaraq verilmişdir.

Cavablar ( 10 )

  1. İlqar bəy, salam.

    Zəhmət olmasa, RAİD 5 qurmaq istədiyiniz əməliyyat sistemini qeyd edin.

    Əgər, Windows7-dirsə RAİD5 dəstəklənmir. Məlumat üçün Microsoftun Rəsmi tədris vəsaitinin 243-cü səhifədəki düzəlişə baxa bilərsiniz. (Keçid-də vəsaitin hazırlanmasında yol verilmiş səhvlər göstərilib)

    ERRATA for MCTS Self-Paced Training Kit (Exam 70-680): Configuring Windows 7 

    Əgər, Windows8-dirsə bu VİDEO-nu izləməyinizdə fayda var. 

    Əlavə olaraq bildirim ki, məqalədəki şəkillər server əməliyyat sistemində çəkilmişdir.

    Təşəkkürlər.

     

     

  1. Salam. RAID 5 qurmaq üçün minimum 3 hard disk olmalıdır.
    Hard diskin tipi dynamic olmalıdır.
    Bu məqalədən faydalana bilərsiniz. http://www.technet.az/2012/08/09/windows-serverl%C9%99r-uz%C9%99rind%C9%99-raid-diskl%C9%99rin-sazlanmasi/

  2. Qardaş, çox sağ ol cavaba görə.. Ancaq bir az diqqət etsən, mənim sualım tamamilə başqadır.. Yəni, software olaraq Windows üzərində RAİD 5 mövcuddur.. Ancaq aktiv deyil.. Onu necə aktiv edə bilərəm ?

    Mən bilən hansısa komanda ilə aktiv edirlər, ancaq tapa bilmədim hansı komanda ilə olduğunu..

  3. Salam İlqar bəy, İlk öncə software RAID qurmaq üçün Virtual Machineda 3 HDD disk yaradılıb, online rejiminə keçirilir. “Online” rejiminə keçdiyindən əmin olduqdan sonra İnitialize Disk rejiminə keçirilir.Daha sonra bütün volume-lar üçün RAİD-lər aktiv olmalıdı.Aşağıda şəkillərlə kömək etməyə çalışacam.

    1 2 3 4

  4. İlqar bəy, salam.

    Zəhmət olmasa, RAİD 5 qurmaq istədiyiniz əməliyyat sistemini qeyd edin.

    Əgər, Windows7-dirsə RAİD5 dəstəklənmir. Məlumat üçün Microsoftun Rəsmi tədris vəsaitinin 243-cü səhifədəki düzəlişə baxa bilərsiniz. (Keçid-də vəsaitin hazırlanmasında yol verilmiş səhvlər göstərilib)

    ERRATA for MCTS Self-Paced Training Kit (Exam 70-680): Configuring Windows 7 

    Əgər, Windows8-dirsə bu VİDEO-nu izləməyinizdə fayda var. 

    Əlavə olaraq bildirim ki, məqalədəki şəkillər server əməliyyat sistemində çəkilmişdir.

    Təşəkkürlər.

     

     

  5. Çox sağ olun, cavablarınız üçün..

    Elvin bəy, sizə isə xüsusi təşəkkürlər.. Sadəcə eşitmişdim ki, hansısa komanda ilə aktiv edilir, sən demə Windows 7 dəstəkləmirmiş :)) Atdığınız videodərsliyə də baxdım, iki sualım var:

    Untitled Bu şəkildəki hər bir ölçünün nəyi göstərdiyini deyə bilərsiz ?

     

     

    Və nəyə görə mənim HDD-min partition-umda heç bir məlumat yoxkən burada niyə müəyyən həcmin istifadə edildiyini göstərir ?

    Untitled1

     

    Öncədən təşəkkürlər..

     

     

    • Zəhmət olmasa, page file ölçüsünə baxın. Onunla əlaqədar ola bilər.

      Page file barədə məlumat almaq üçün Control paneldən > System > Advanced System Settings menyusuna daxil olun Performance bölməsində Advanced tabına keçin.

    • Ilqar bəy,

      Zəhmət olmsa Storage Space hovuzuna neçə disk əlavə etdiyinizi və hər fiziki diskin həcmi haqqında məlumat verə bilərisiniz ?.

       

  6. İlqar bəy, təşəkkür edirəm.

    Əgər sualın biri tamamlandısa, digər sualları Yeni sual olaraq versək daha yaxşı olar. Bir sualın uzun-uzadı davam etməsi cavabların faydalılığını azaldır.

    Zəhmət olmasa, yeni sual olaraq əlavə edin.

    Anlayışınız üçün çox təşəkkür edirik. Uğurlar.

  7. Kənan bəy, məncə sistem olmayan digər partitionlarda pagefile default olaraq aktiv olmur.. Ancaq restart edəndən sonra ölçülər yerinə gəldi.. Sadəcə yuxarıda atdığım 1-ci şəkildə “storage space size” bölməsində ölçünü istədiyim qədər artıra bilirəm və partition-un da ölçüsü həmin qədər göstərir.. Məsələn, mən ümumi həcmi 40 gb olan 5-6 hard diskim var, onlardan storage düzəldib 3-cü ölçünü 40 gb-dan dəfələrlə çox eləmək olur və həmin hissə də yuxarıda qeyd etdiyim kimi 40 gb yox, dəfələrlə çox etdiyim həcmi göstərir..

  8. Elvin bəy, sonuncu şərhi yazdıqda bir müddət səhifəni yeniləməmişdim..:) Onun üçün növbəti şərhi yazdım.. Əgər, qaydalara zidd olsa yeni sual olaraq əlavə edərəm..

Cavab yazın