Windows10-da dvd öz-özünə açılır

Salam

mən 2 gündür windovs 10 işlədirəm notebookda driver veya başqa çoxda problem yoxdur ama bi məsələ var ki disk yeri bəzən avtomatik açılır bunu anlamadım sistemlə əlaqədardı yoxsa başqa nəsə?

Bu problemi neçə çözə bilərəm

notebook   hp4530s

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1005 dəfə

Cavablar ( 2 )

  1. Salam.

    İlknovbede bu problemler Driverden ola biler. Yaxsi olar device managerden CD romu silesiniz driverini ve modele uyqun internetden yukleyib yenileyesiniz. Eger problem hell olmasa o zaman BİOS yenilenmelidir.

    Start duymesini sixin.
    b.    IAxtaris yerinde  devmgmt.msc yazin ve enter sixin
    c.     DVD ROM device secin ve uzerinde saq duymeni sixin
    d.    Uninstall  sixin
    e.    kompyuteri yeniden basladin

     

     

  2. Salam Tural bəy.

    Təcrübəmə əsasən əlavə edə bilərəm ki, yuxarıda Elxan müəllimin qeyd etdiyi drayverdən başqa bunun daha 2 səbəbi ola bilər:

    1. Mexaniki problem. Əgər diskovod kompüteri dərhal işə salandan sonra açılıb-bağlanırsa deməli DVD-romda problem var. Diskovodların düyməsində və ya içərisindəki mexanizmində problem olur. Açıb, təmizləyib təzədən yığmaq lazımdır. Ən yaxşısı servis təmirinə vermək məsləhətdir.
    2. Virus var.  Əgər Windows açıldıqdan sonra hər şey baş verirsə deməli virus var. Əgər Windows 10 əməliyyat sisteminə update vasitəsilə keçmisinizsə və əvvəl diskovod öz-özünə açılmırdısa: Əvvəlki antivirus proqramı Windows 10 da normal start olunmayıb və virus fəaliyyətə başlayıb. Belə virusların növü çoxdur və əksəriyyəti zarafat xarakterili viruslardı. Ilk növbədə “autostart” yoxlayın. Daha sonra “Search Windows”da “Defender” sözünü yazın. Windows 10 əməliyyat sisteminin “Windows Defender” antivirus proqramını işə salın. Sağ tərəfdə menyularda “Full” seçin və “Scan now” basın. Heç bir virus tapılmasa pulsuz antivirus scan toolar vasitəsilə kompüteri scan edin. Məsləhət görülən pulsuz antivirus scanerlər (qeyd etmək lazımdır ki, bunlar antivirusun özü deyil, sadəcə skanerdir, kompüteri scan edir): Kaspersky Virus Removal ToolDr.Web CureIT
    3. Windows 10 la normal işləyən antivirus:  Kasperky Total Security 2016, 360 Total Security və s. quraşdırın.

Cavab yazın