Windows7 SON

Salam Dostlar 

Bəzi mənbələrdən oxuduqum məlumata görə guya vindovs7 əməliyyat sistemi yanvar ayından fəaliyyətini dayandırıb yəni mühavizəsi və .s yəni bu o qənaətə gəlir ki vindovs7 istifadəçiləri təhlükə altındadılar yoxsa necə? 

ümumən mən sistemlər haqqında maraqlanmaq istiyirəm yalnız vindovs sistemlərinə aid. qeyd edim ki mənə məsləhətlərini vacibdir günümüzdə indi istifadəsi rahat olan və problemləri az olan tamamlanmış sistem hansıdır mənə elə gəlir vindovs 8.1 normal işdiyir.

bir məsələnidə qeyd edim bu sistemi mən iş üçün nəzərdə tutulmuş kompyuterə yazmaq fikrim var və xüsusi proqramlar yazılacaq. iş üçün ideal sistem hansıdır sizcə? 

hansı ki driverlər vəya hansısa problemlərlə qarşılaşmayacaqım. 

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1749 dəfə


Bu sual SQL Serverdə baza Recovery Modelləri məqaləsinə sual olaraq verilmişdir.

Cavablar ( 8 )

  1. Salam Tural bəy.  Windows 7-in əməliyyat sisteminin dəstək müddəti barəsində aşağıdakı linkdən ətraflı məlumat ala bilərsiniz. İşdə hansı tip işlə məşqul olmağınızdan asılı olaraq fərqli əməliyyat sistemlərindən istifadə edə bilərsiniz. bu barədə məlumat versəniz sizə seçimdə yardımçı olarıq. Təşəkkürlər

    http://www.technet.az/2015/01/17/windows-omru-haqqinda-melumat/

    • XEY / . Dərc edilib:A 18/03/2015 at 4:50 PM
      Səs: +2. Bəyənilsin Zəifdir

    Sual da verilərkən qrammatik normanı pozmamağa üstünlük versəniz yaxşı olar

  2. işdə kompüterdə dizayn proqramları olacaq yalnız dizayn işləri görüləcək.

  3. Tural bəy salam.

    Əməliyyat Sistemini seçərkən hər şeydən öncə Lisenziyalaşdırma məsələlərin diqqətdə saxlamaq lazımdır. Çünki, yeni əməliyyat sisteminə keçərkən sizə lisenziyalar lazım olacaq. Əgər bilgisayarlar Domain mühitində çalışacaqlarsa, PRO versiyaıların alınması vacib olacaq. Bunu öncədən, şirkətdəki məsul şəxslə məsləhətləşmək, büdcəyə uyğun addımlar atmaq lazımdır.

    Həmçinin, şirkət bilgisayarlarının yazılacaq ƏS-nin minimum tələblərinə cavab verməsini yoxlamaq lazımdır. Windows 8.1 -in minimal tələbləri üçün KEÇİD-dən istifadə edə bilərsiniz.

    Eldar bəyin qeyd etdiyi keçiddə ƏS-lər üzrə texniki dəstəklərin dayandırılma vaxtlarını nəzərdən keçirin.

    Qeyd edim ki, Dizayn proqramları ilə Windows 8.1  çox gözəl işləyir. Yəni könül rahatlığı ilə istifadə edə bilərsiniz. Yeganə probleminiz ilk vaxtlarda işçilərin “kapriz”-lərinə dözmək olacaq. Bunu da 1 saatlıq toplantıda yeni əməliyyat sisteminin yenilikləri, üstünlükləri barədə danışaraq həll edə bilərsiniz.

    Güman edirəm ki, işinizə yaraya bildik. Uğurlar.

  4. Çox təşəkkür edirəm hamınıza çox yardım elədiz.Minnətdaram hamınıza

    sistem dəstəklərinə baxdım fikirləşirəm ki bizim kompyuterlər süper işdiyər bu sistemdə çün ki siz bilirsiz render kompüterlərini parametirleri guclu olur ona görə bir problem çıxmasına inanmıram.

    sadəcə driver falan bu işlərlə əlaqədar problem çıxmasına görə dedim birdən hansısa problemler olar sonra error verməsin proqramlar.

    Minnətdaram hamınıza

  5. Hörmətli Xey bəy ola bilər yazılarda səhvlər olur arada. diqqətsizlikdən ola bilər ama qeyd edim ki sizin sayt Azərbaycan saytı olduqu üçün və qramatik qaydalara fikir verdiyiniz üçün siz daha çox yazdıqınız məqalələrdə vəya hansısa məlumat yazdıqınızda kompüter sözünə bilgisayar sözünü yazmısız ama mən hələ Azərbaycan dilinin orfoqrafiya kitabında bilgisayar sözünə rastlaşmamışam siz görmüsüzsə mənədə yönləndirsəz sevinərəm. Azərbaycan dilinin orfoqrafiya lüğəti deyilən bir kitab var və orada bütün sözlərin düzgün yazılış qaydaları yazılıb. Qeyd edim ki sizin bilgisayar dediyiniz söz bizim dildə əvəllər kompyuter sonradan isə kompüter sözü kimi əvəzlənib və hal-hazırda kompüter sözü qüvvədədir.

    Biz ola bilər hansısa məqamlarda səhv edə bilərik diqqətsizlikdən ola bilər ama siz belə qayda qanun qoyaraq özünüz isə orfoqrafiya qaydalarına riayət etmirsizsə bu başdan ayaqa bir hörmətsizlikdir bizim orfoqrafiya lüğətimizə.

    Birinci siz öz səhvlərinizi diqqət yetirin sonrası həll olunandır.

    Diqqətinizə görə təşəkkür edirəm.

    • Salam Tural bəy, nəzərinizə çatdırıram ki, XEY adlı istifadəçi şəxsi mövqeyini ortaya qoyaraq, sizdən qrammatik normalara mümkün qədər riayət etməyinizi sadəcə rica edib. XEY də sizin kimi TechNet.Az istifadəçisidir onun bu ricası şəxsi də olsa, TechNet.Azın qaydaları ilə üst-üstə düşür eləcə də həm sizin həm də hamımızın xeyrinə olan sadəcə və sadəcə xahişdir. Bu məsələni bu qədər böyütməyinizə lüzum yox idi deyə düşünürəm.

      Bilgisayar sözünə gəlincə, bu layihədə Bilgisayar sözünü demək olar ki, təkcə mən istifadə edirəm. Buna çoxlu səbəblərim var.

      1. Orfoqrafiya lüğətində bilgisayar sözünün olmaması hələ, kompüter sözünün daha uyğun ya da daha üstün söz olması anlamına gəlmir. Əcnəbi dillərdə olan terminlərin olduğu kimi dilimizə “soxuşdurulumasına” heç vaxt yaxşı baxmamışam, birmənalı şəkildə əleyhinəyəm. Mənim bilgisayar sözünü işlətməyim, o demək deyil ki, TechNet kompüter əvəzinə Bilgisayar tövsiyyə edir 🙂 Bu o deməkdir ki, Araz Əyyubov, hesab edir ki,  ingilis sözü olan computer sözünün bilgi və saymaq sözlərinin birləşməsi kimi ifadə etmək çox uğurlu tərcümədir. Bu cür tərcümələri dilimizə buraxmaq, sözü olduğu kimi dilimizə sırımaqdan daha yaxşıdır. Terminləri olduğu kimi dilimizə buraxmaqla çox yaxın zamanda dilimizi lazımsız, faydasız hala gətirəcəklər. Sırf bu səbəbdən dilimizdə məlumat formalaşmır hamı ya ingilis ya da rus dilində oxuyub öyrənir. Bir neçə on il keçdikdən sonra isə artıq uşaqlarımız da anaları ilə başqa dildə danışacaqlar ən azından bu gün ətrafa diqqətlə baxsanız verdiyim proqnozun nə qədər real olduğunu görərsiniz məncə.
      2. TechNet.Az komandası olaraq işimiz Azərbaycan dilində keyfiyyətli resurs formalaşdırmaqdır. Bu səbəbdən də saytda Azərbaycan dilində yazırıq, bizim müəlliflər arasında da Azərbaycan dilində düzgün yazmayanlar, səhvə yol verənlər olur amma çalışırıq ki, zamanla bütün nöqsanları aradan qaldıraq. Siz istifadəçilərə də irad tutanda bu cür emosional, az qala şəxsə edilmiş təhqir kimi qəbul etməyəsiniz. Biz zamanımızı ayırıb öz millətimiz, dilimizin daşıyıcıları üçün hər nə ediriksə. Bütün bunu təmənnasız edirik. Biz bu millətin və onun dilinin düşməni yox dostlarıyıq, zamanla hamımız birlikdə ölkə tarixində indiyədək görülməmiş gücdə və böyüklükdə ciddi layihə çıxardacağıq ortaya.

      QEYD: Sizin yazınızda W əvəzinə V yazmağınız həm sizin həm də sizdən sonra eyni problemlə rastlaşacaq  insanımız üçün ziyanlıdır. Çünki axtarış zaman insanlar windows 7  axtaracaq vindovs 7 yox. Bu zaman da sizin verdiyiniz sualı və bu suala verilmiş cavabı qaçırtmış olacaqlar. Bununla da təkrar suallar, təkrar cavablarla artqı zaman və resurs israf olunacaq. Buna görə də sizdən xahiş edirəm ki, sual verdiyiniz sözlərin yazılış qaydalarına xüsusi diqqət verəsiniz. Ələxsus da terminlərin. Gələcəkdə siz və digər istifadəçilərin işini asanlaşdırmaq üçün bu vacibdir.

      Hörmətlə
      Araz Əyyubov

  6. Windows 7 Əməliyyat Sistemi bütün yenimələrini dayandırıb, amma mühafizə baxımından müxtəlif kompüterlər tam sonuncu Windows ƏS-sinə qədər yenilənmədiklərinə görə, Windows Update davam edə bilər. Bu normal haldır.

    Bir də qeyd etmək lazımdır ki, Microsoft Korparasiyasının Windows 10-un relizi günü açıqlamasına əsasən, “Windows 8 – Windows 8.1 öncədən sensorlu ekranlar və ya ümumiyyətlə planşetlər üçün nəzərdə tutulub”. Bu da böyük bir müştəri itkisinə səbəb olub. Odur ki, Windows 10 ƏS bütün Laptop və PC-lər üçün optimallaşdırılmış seçim hesab olunur.

Cavab yazın