WordPress-də Azərbaycan dilini dəstəkləyən “Custom registrator” plugini

Salam dostlar. Mənim sizdən kiçik bir xahişim var. WordPress-də mənə istifadəçinin  saytda qeydiyyatdan keçe bilməsi və qeydiyyatdan sonrakı mərhələlər üçün istifadə olunan “Custom registration plugin” lazımdır. Bu tipli pluginlər var sadəcə olaraq onların daxili sozlərini, məsələn “Register” düyməsini və s. azərbaycan dilinə tərcümə etmək olmur. Belə ki register plugində mənə lazım olan xüsusiyyətlər aşağıdakılardan ibarətdir

1) Qeydiyyatda olan  məs…(Username, nick name, password, confirm password) kimi sözləri, REGİSTER düyməsini azərbaycan dilinə tərcümə etmək mümkün olsun

2)Qeydiyyatdan sonra e-mail ilə istifadəçiyə göndərilən məktublar məs…(Qeydiyyatın aktiv olunmasi ilə bağlı bildiriş, parol dəyişmək haqda bildiriş və s.)

CaptureCapture2

Bu funksiyanı yerinə yetirən pluginlər çoxdur amma tənzimləmələri çox kasıbdır. Əgər müəyyən parametrləri tənzimləmək olursa yuxarıda sadaladığım parametrlər və bundan əlavə bir çox parametrləri tənzimləmə menyuları funksionallığı təklif olunmur. Çox xahiş edirəm mənim tələblərimi yerinə yetirəcək bir plugin haqqında məlumatlı olan dostlar kömək etsinlər!

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1149 dəfə

Cavablar ( 2 )

    • Elvin Haci / . Dərc edilib:A 05/02/2016 at 5:56 PM
      Səs: +2. Bəyənilsin Zəifdir

    Salam.

    WordPress qoşmalar tənzimləmələrlə yox, po-mo faylları ilə tərcümə edilir. Yəni siz çətin ki ayarlardan tam istədiyinizə uyğun sözlər daxil edən qoşma tapasınız. Digər funksiyaları istəklərinizə cavab verən qoşma tapın, endirin, qaynaq kodlarını açıb languages qovluğundan tərcümə edin. Düzü bu proses özü də bir addımlı deyil, bir neçə addımdan ibarətdir, ilk dəfə bir qədər çətin görünə bilər. Amma hər şeyin bir ilk dəfəsi olur.

    Google-da “How to localize WordPress plugin” axtarsaz, çox asan dillə izah olunan onlarla məqalə çıxar. Onlardan istifadə edib bəyəndiyiniz qoşmanı öz dilimizə çevirə bilərsiz.

    • Salam. Cox sagolun sherh ucun. Beli elede etdim, sadece bir yaxshi plugin tapdim hansiki plugin tenzimlemelerinde PHP kodlarin her bir sehifesi qoyulmushdu ve bu kodlar uzerinde asanliqla deyishiklik etmek mumkun idi. Bu yolla mene lazim olan melumatlari kodlarda deyishiklik ederek daxil etdim. Minnetdaram size. Qeyd edim ki, pluginin adi “Theme my login”-dir. Kimse istese yararlana biler.

Cavab yazın