WordPress Plugin (“Məqalə göndər” plugini)

 Salam. Mənə saytda məqalə yerləşdirmək üçün bir plugin məsləhət görməyinizi sizdən rica edirəm. Çox pluginlərə baxmisham ama heç biri mənim üçün əlverişli olmayıb. Mənim istəyim isə ən sadə misal olaraq Technet.az saytının “Məqalə göndərin” bölməsini göstərə bilərəm, bu plugin mənim üçündə çox əlverişlidir. Əgər Technet-çilər bu sualı görürlərsə xahiş edirəm hansı plugindən istifadə etdiyinizi və nə kimi dəyişikliklər etdiyinizi deyəsiniz.

Səs: +10. Bəyənilsin Zəifdir

Baxılıb: 1141 dəfə

Cavablar ( 2 )

    • Elvin Haci / . Dərc edilib:A 12/02/2016 at 9:47 AM
      Səs: +6. Bəyənilsin Zəifdir

    Technet-dəki modulların hamısı Technet-in özünə aiddir, heç bir hazır plugin yoxdur.

    Siz məncə Frontend Post Submit deyə axtarsanız çox həll tapa bilərsiniz.

    100-də 100 istəyə uyğun gələn plugin axtarmaq isə ümumiyyətlə məncə yanlışdır. Qurulan plugin’lər hər kəsin özəl istəklərini əks etdirə bilməz. Ona görə də 3 tip yanaşma ilə bu məsələni həll etmək olar.

    1. Plugin’in hazır lokalizasiya və kastomizasiya imkanlarından faydalanıb olanla yetinmək.(Ki bu bir çox hallarda işə yarayır, xırda özəl detallar olmadıqda)
    2. Hansısa plugin’i götürüb adını dəyişib(fork) sonra orada özəl istəklərinizə uyğun kod müdaxilələri etmək.
    3. Sıfırdan özünüzə aid tam istədiyinizi verən plugin proqramlaşdırmaq.

    Development prosesində hansısa modulu sayta qoşmaq lazım olanda adətən bu 3 seçim üzərində düşünülür, işə hansı yarayırsa, vaxt-keyfiyyət-xərc və.s. meyarlarından baxanda ən uyğunu hansıdırsa o da seçilir ona uyğun davam edilir.

    • Salam. Cavab üçün öncədən təşəkkur ediram. Mənim vaxtım çox az olduğunnan 0-dan kod yazmaq mənim üçün əlverişli deyil ona görə biraz teztələsiyə düşmüşəm. Amma sizin dediyiniz 2-ci variant ilə məsələni həll etdim. Təxminən istəylərimə uyğun gələn plugin tapdım və kodlarında tələblərimə uyğun dəyişikliklər etdim.

      Bu cəmi 1 cə günə başa gəldi. Yararlanmaq istəyənlər üçün bildirim ki, pluginin adı “DJD Site Post“-dur. Minnətdaram belə operativ dəstək üçün!

Cavab yazın