WSUS configuration

mən WSUS konfiqurasiya edirəm, şəbəkədəki computerlerimin WSUS da gorunmesi üçün nə etməliyəm və GPU da əsas nələri konfiqurasiya etməliyəm

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1674 dəfə

Cavablar ( 5 )

  1. İlk olaraq WSUS config etdiyiniz serverinizdə C:/ altında wsus.reg adlı fayl yaradın, daha sonra onu txt olaraq açın və aşağıdakı script-i əlavə edin.

    Windows Registry Editor Version 5.00
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Policies\Microsoft\Windows\WindowsUpdate]
    "WUServer"=" wsus.serveriniz"
    "WUStatusServer"="wsus.serveriniz"
    "TargetGroupEnabled"=dword:00000001
    "TargetGroup"="<strong class="bbc">IT</strong>"
    "ElevateNonAdmins"=dword:00000000
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Policies\Microsoft\Windows\WindowsUpdate\AU]
    "NoAutoUpdate"=dword:00000000
    "AUOptions"=dword:00000004
    "ScheduledInstallDay"=dword:00000000
    "ScheduledInstallTime"=dword:0000000a
    "NoAutoRebootWithLoggedOnUsers"=dword:00000001
    "AutoInstallMinorUpdates"=dword:00000001
    "RebootRelaunchTimeoutEnabled"=dword:00000001
    "RebootRelaunchTimeout"=dword:0000003c
    "RescheduleWaitTimeEnabled"=dword:00000001
    "RescheduleWaitTime"=dword:0000000f
    "DetectionFrequencyEnabled"=dword:00000001
    "RebootWarningTimeoutEnabled"=dword:00000001
    "RebootWarningTimeout"=dword:0000001e
    "UseWUServer"=dword:00000001
    "NoAUShutdownOption"=dword:00000000
    "NoAUAsDefaultShutdownOption"=dword:00000000

    C:\ -də wsus.reg adı ilə qeyd etdiyiniz registry faylından sonra, bu reg faylını windows registry-sine import edib lazımlı əmrləri işlədəcək bir də batch faylı yardın..
    Yenə C:\ altında wsus.bat adlı bir fayl açın və içərisinə aşağıdakı script-i yazın.

    @echo off
    ::
    Echo Save the batch file as "WSUS.bat". This batch file will do the following:
    Echo 1. Avtomatik Update servisləri bağlanılır (wuauserv).
    Echo 2. Imports WUA settings for workstations in workgroup to detect/download/install updates from WSUS.
    Echo 3. Avtomatik Update servisləri aktivləşir (wuauserv).
    Echo 4. Yeni Update-lər yüklənilir.
    
    REM Author:- Məstəliyev Vüsal :- Date January 11, 2013
    Pause
    Net Stop "wuauserv"
    Echo WSUS.reg İmport edilir
    %windir%\Regedit.exe /s C:\WSUS.reg
    Echo WSUS.reg müvəffəqiyətlə import edildi
    Net Start "wuauserv"
    Echo Forcing update detection
    wuauclt /detectnow
    Pause

    Batch faylı da hazırlandıqdan sonra geriyə batch faylını işlətmək və Wsus administrator interfeysindən client-ların siyahıya əlavə olunub olunmadığını baxmaq qalır

    Qeyd: Windows server 2003 üzərində test etmişəm… 2008 və ya 2012 üzərində işləyib işləmədiyini bilmirəm.

    • Tam olaraq başa düşmədim.
      Orada qrup olaraq IT göstərilir.Əgər, bizim 3-4 qrupumuz varsa, bəs o zaman necə olacaq?

      • Izah eləməyə çalışım. Bunu belə düşünün bir ədəd Win Serv 2003 var əlimizdə və bir neçə komyuter. AD, DC qurmamısınız və ya qurmaq istəmirsiniz. mümkün qədər sadə bir proyekt düşünün. Yəni qarışıq client sistemi, iç-içə serverlər və servislərin olmadığı bir proyekt. “TargetGroup”=”IT“, “Başqa qrup” kimi bir neçə qruplardan istifadə etmək mümkündür.

  2. Ümumiyyətlə WSUS domen olan yerdə daha yaxşı işləyir və rahat konfiqurasiya edilir. Əgər kompüterlərin sayı 10-dan çox deyilsə, onda WSUS tövsiyə etmirəm. WSUS qurulan serverdə diskdə kifayət qədər boş yerin olduğuna əmin olun. Düz konfiqurasiya etmədiyiniz halda İnternet trafikinizi WSUS davamlı olaraq məhv edəcəkdir. Dil seçənəklərinə və product seçənəklərinə çox diqqət verin. Lazım olmayan hər yerdən tick-lər ləğv edin. Adətən English seçmək yetir. Əgər 1 məhsuldan 1-2 yerdə qurulunsa (məsələn Visio və ya MS Project) onda onun WSUS-da aktiv etməyiniz səmərəli deyil.

    • Mən 60 kompüterə yaxın bir yerdə qurdum heç sərfəli olmadı. Ona görədə qaldırdım. Diksdə çox yer tutur həmdə interneti əməlli başlı yükləyir.

Cavab yazın