Z-Ben H.264 dvr Kömək

Salam aleyku dostlar burda İP dvr haqqında mövzu var idi ora sualımı yazdım amma mənə elə gəlir görən olmadı ona görədə yeni sual göndərirəm

deməli DVR-in lokal ip-un Stastik ip-a yönləndirmişəm birinci şəkilə  diqqətlə baxın ip-a yönlənir amma loqin ola bilmirəm dvr-də ikinci şəkildə loqin yarada bilmirəm heç cürə alınmır rəsmi saytına da baxdım konkert bir kömək edici video yoxdur xahiş edirəm kömək edin

 

dvr 20150430_123508

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2365 dəfə

Cavablar ( 10 )

  1. Salam əgər düz başa düşdümsə siz daxili bir DVR ip-sini çöl statik bir ip ilə public etmisiniz.

    Amma qosulmaq istedikde qosula bilmirsiz.

    Əgər problem budusa DVR nastroykalarina daxil olub onun istifade etdiyi butun portlari col ip forüard edin

    • Elnur bəy bəli ip ilə qoşula bilmirəm birinci şəkildə görüyünüz kimi ip stastikə qoşuludur amma loqin olmur DVR-in ana meynusuna daxil olan loqin parolla eyni olmur duzdur? 

      anlamadım hansı bölmədən portları col ip forward edirlər əgər mümkünsə şəkillə izahat edin

  2. qoşulmağına qoşuluram sadəcə net surveillence web səhifəsinə gəlir orda loqin və parol yazıram daxil olmur ki, kameralara online baxım aydın oldu?

  3. Salam, zənnimcə sizdə hər şey qaydasındadır. DVR`ların çoxunda, Web Interfeyslə bağlı belə problemlər olur.
    Siz zəhmət olmasa, İnternet Explorer brouseri ilə də yoxlayın. Guman ki, ActiveX də avtomatik yüklənəcək.

    Əgər alınmasa, SOFT vasitəsi ilə yoxlayın. DVR`ın diskində, özünün Soft`u olacaq. Problemsiz işləməlidir.

  4. Turqut bəy xatırladım ki, deyilənlərin hamısın etmişəm istər veb ilə istərsədə soft ilə yenədə girmir mən indiyə kimi belə problem görməmişdim

  5. Salam. Bəs həmin İP-ni compatibility listə daxil edib yoxlamısınızmı? Əlavə olaraq bəzən olur ki, İP-ə daxil olan zaman gələn survelliance düz işləmir. Disk varsa ordakını tapıb yoxlayın.

    Siz ip adresi DMZ-ə daxil etmisiniz yoxsa tək-tək portları yönləndirmisiniz?

    • Ömər bəy bunu mən qurmamışam amma öncədən baxdım İP DMZ-ə daxil edilib və  portlarda açılıb tək tək  yenədə göstərmirdi əvvəl nörmal qayda da işləyirdi amma indi isə yox məndə modemə reset verdim tək tək portlarla etdim yenədə xeyri yoxdur bir sualda verim  İP -ni DMZ-ə daxil edəndə tək tək port açmağa ehtiyyac yoxdur?

      • Əgər DMZ-ə salmısınızsa o zaman portları tək-tək açmağa ehtiyac yoxdur. Bütün portlar üzərindən gələn sorğular DMZ-ə daxil olan ip addres üçün açıq olur. Yəni firevalla daxil olmur həmin ip adress. 

        Siz mobil telefondan yoxlayın. Əgər mobil telefonda işləyirsə o zaman survelliance düzgün işləmir ki, veb üzərindən izləyəsiniz. 

        Çin istehsalı adı bəlli olmayan DVRlar üçün TMEye programını yükləyin. DVRın netvork tənzimləmələrində mobil portu görəcəksiniz. Orda veb 80, rtsp 554 və bundan başqa mobil port olacaq. TMEye programında device manager ilə qurğunu əlavə edərkən bu mobil portu istifadə edin. Əgər göstərmək istəyərkən buffering yazır və unavailable erroru verirsə portu 80 vəya 8080 dəyişib yoxlayın. 

        Nəticəni qeyd etməyi unutmayın.

  6. Salam, yönləndirməni nə ilə edirsiniz? Yəqin ki modemin konfigurasiyasinda problem var.

  7. Salam aleykum dostlar deməli bu problemi həll etdik parol ve username yanlış deyildi problem ActiveX problemi idi heç bir bauzerdən girməsi mümkün deyil yalnız internet explorerdən girməlidir ActiveX kimdə varsa satapı mənə göndərsin zəhmət olmasa başqa kompüterədə yükləməliyəm öz laptopumda İe-in ayarlarındna həll etdim amma bir laptop var onda alınmır giric olmuşam ona görə ActiveX setapı lazımdır dropboxa yukləyib bura yerləşdirsəniz sevinərəm öncədən təşəkkürlər

Cavab yazın