USB Nədir?

USB (Universal Serial Bus , Yu-Es-Bi kimi də oxunur) portu Hot-Swappable,yəni komputeri söndürmədən avadanlığın taxılıb və çıxarılamasını mümkün edən bir texnologiyadır.Tax və işlət xüsusiyyəti daşıyır.Usb qoşulan zaman öz ayarlamalarını özü edir.Əsasən Usb ilə qoşulan bir qurğu komputerə taxılanda,bizdən heç bir əməliyyat tələb etməsə də,bəzi xüsusi qurğuların işləməsi və ya tam effekti ilə işləməsi üçün driverinin yazılması labüddür.USb portunun ən əsas xüsusiyyəti daha sürətli olmağıdır.O, sələfi olan COM portla müqayisə edildiyində,daha yüksək məlumat ötürməyə qadirdir.USB nin bir üstün cəhəti isə,ona qoşulan avadanliğa ötürmə yolları ilə enerji ötürməsdir.USB nin də özünün kontolçusu var.Bu kontorolleri USB yə qoşulan hər bir avadanlığı kontrol edən bir mikrosxem kimi düşünmək olar.Hər bir USB kontrollerinin içində bir də root hub mövcuddur.USB kontrollerinə bağlanan port miqdarı ilə nəzərdə tutulan fiziki bağlantı eyni olmaya bilər və bu perfaormansın aşağı düşməsinə səbəb ola bilər.Bunun səbəbi,tək bir kontroller/hub ilə bağlanan bütün qoşulan avadanlıq hamısı eyni zamanda bir məlumat yolundan istifadə etməsidir, və bəzi avadanlıqlara məlumat yolu ilə,elektrik gücü də verilməsdir.Məlumat yolundan daha artıq enerji alınması isə bəzi problemlərə səbəb ola bilir.

USB nedir

 

USB VERSİYALARI

Bu günə qədər 4 ötürmə güclu USB tanıdıq.

Low speed : 1,5 Mbps

Full speed : 12   Mbps

Hi- speed   : 480 Mbps

  • USB 1.1 Low speed və  Full speed- lə işləyir
  • USB  2    Hi-speed-lə işləyir
  • USB 3     Super speed 5Gbps

Çıxması  gözlənilən USB 4 isə 10 Gbps sürəti ilə işləyəcək.Sadəcə bir şeyi unutmamaq lazımdır ki, Ötürülən bu sürət kontrollerin bütün sürətinin hamısıdır.Ona görə də,qoşulan bütün avadanlıqlar bu sürəti öz aralarında paylaşırlar və hər bir avadanlıq öz performansına görə güc alır.

USB hi speedUSB superspeedUSB4

 

USB-ni qoşulanlara görə sinifləndirmə.

  • Səs
  • Xəbərləşmə qurğuları
  • Daxiletmə qurğuları (mouse,klaviatura)
  • İmaging
  • İrDa Bridge
  • Mass Storage
  • Monitor
  • Printer
  • Video

USB BAĞLAYICI NÖVLƏRİ

USB 1.1 və USB 2 üçün 6 bağlayıcı növü var.

  • USB-A, USB-B, Mini-A, Mini-B, Micro-AB, Micro-B

USB bağlayıcılar qoşulmasına görə Erkək və Dişi olaraq ikiyə ayrılır.Mini-A bağlayıcısı isə Deprecateddir.(Deprecated o deməkdir ki,Ola bilsin ki istifadədədir,amma özünü doğrultmadığı üçün uzərində işləyirlər və istifadəsi məsləhət deyil.)

USB BAĞLAYICI PİNLƏRİ

USB baglayıcıları 4 pin-dən ibarətdir.

  • 1 pin  +5V güc enerji bağlantısı üçündür,
  • 2 pin   məlumat ötürmək üçündür,
  • 1 pin isə torpaqlama üçündür.

USB nedir1

USB HUBLAR

USB kabellər 5 metrdən uzun olmamalıdır.(Ya heç işləməz,ya da məlumat ötürməsi düzgün başa çatmaz).USB kontrolleri 127 qurğu dəstəkləyir.Buna baxmayaraq,Bir komputerdə məlum səbəblərdən elə də çox USB portu olmur.Əyər məsafə problemi olarsa və ya daha çox qurğu qoşmağa ehtoyac olarsa,USB HUB -lardan istifadə edə bilərsiniz.Əksər HUB-ların özünün enerji qaynağı olduğu üçün,Daha uzaq məsafəli kabellərlə daha çox qurğu qoşmaq mümkündür.

USB hub

USB ENERJİSİ

USB  -5 volt və 500mA, yəni 2.5 watt-a qədər dəstək verir.Bu maksimum gücdür,yalnız kiçik qurğulara bəs edir.Yuxarı enerji tələb edən qurğuların isə özlərinin adaptoru olur və əlavə qaynaqlardan enerji alırlar.

USB ləri windowsun bütün növləri dəstəkləyir.Proffesionalar tərəfindən istifadə edilən yuxarı səviyyəli və güclü bir yazılımdır.

 

 

 

 

 

 

 

 

Səs: +20. Bəyənilsin Zəifdir

Şərhlər ( USB Nədir? )

  1. Maraqlı məlumatdı.Təşəkkürlər.

Şərh yazın