Android SDK-nı Ubuntuya yüklə

İlk əvvəl Eclipse və jdk-nı yükləmək lazımdır.
Eclipse-i Ubuntu Software Centerdən asanlıqla yükləyə bilərsiz:
JDK-nı isə belə yükləyə bilərsiz:
~$ sudo apt-get install openjdk-7-jdk
Eclipse-i çalışdırın. Help –> Install New Software –> Add edərək http://download.eclipse.org/releases/indigo saytını əlavə edin. Sonra eyni qayda ilə ADT plugin əlavə edin.
Name hissəsinə : ADT plugin
Locationa : https://dl-ssl.google.com/android/eclipse/ daxil edin.
Developer Tools seçərək Next düyməsinə klik edin.
Yeni açılmış pəncərədən Next –> I agree license and terms –> Finish edərək install edin. BitdikdƏn sonra Eclipsi Restart edin.
Eclipse yenidən açıldıqda bizdən Android SDK-nı soruşur. Android SDK-nı iki yolla install edə bilərsiz:
1) İnstall New SDK seçərək internetdən birbaşa install edə bilərsiz.
Növbəti açılan pəncərədə Yes və ya No seçərək Finish edin:
Və sonda Accept –> Install edin:
2) Android SDK-nı Eclipse-dən ayrı yükləyərək, Eclipse-də Android SDK-nın yolunu göstərin.
~$ wget dl.google.com/android/android-sdk_r12-linux_x86.tgz
tar əmri ilə arxivdən çıxardın:
~$ tar -zxvf android-sdk_r12-linux_x86.tgz
android-sdk-linux_x86/tools/ kataloquna keçərək android proqramını çağırın.
~$ cd android-sdk-linux_x86/tools/
$ ./android
Available packages (3-cü menyu) keçərək. Android Repository seçərək install edin.
Yenidən tools qovluğunda ./android alətini çalışdırın. Android 4.0 seçərək İnstall edin.
Eclipsedə Window –> Pereferences ordan Android bölməsinə keçin. Android yüklədiyiniz kataloqu seçərək, OK düyməsinə klik edin.
Beləliklə biz Android SDK-nı öz sevimli Ubuntumuza yüklədik
Müəllif: Əli İsmayılov

