Cisco-nun yeni icraçı direktoru Chuck Robbins
4 May 2015-ci il tarixində Cisco rəsmi olaraq yeni baş icraçı direktoru-Chuck Robbinsi elan etdi.
Robbins 1997-ci ildən Cisco şirkəti sıralarındadır və müxtəlif iri miqyaslı biznes proyektlərində Vitse Prezident kimi çalışmışdır.
Xatırlatmaq istərdim ki, son icraçı direktor hamının yaxşı tanıdığı John Chambersdir. 1991-ci ildən Cisco şirkətində iş həyatına başlayan John Chambers 1995-ci ildən şirkətin Baş İcraçı direktoru, 2006-cı ildən isə həm də İdarə Heyətinin Sədri vəzifələrini icra etmişdir.
1984-cü ildə əsası qoyulan Cisco şirkəti İT bazarında şəbəkə avadanlıqları istehsalında lider şirkətlərdən biridir.
Ümid edirik ki, bu dəyişiklik müştərilər üçün yeni imkanlar təqdim edəcək.
Şərhlər ( 1 )
Hami ucun xeyirli olsun )