Windows 10 ƏS-də sürətli şəkil görüntüləyici
Bildiyiniz kimi Windows 7 və Windows 8.1 də standart gələn “Windows Photo Viewer” proqramı Windows 10 ƏS sistemində tamamilə menyudan çıxarılmışdır. Windows 10 ƏS sistemində isə standart (Default) gələn “Photos” proqramı şəkilləri çox zəif sürətlə açır, bəzən heç açmır. Bu əksər kompüter istifadəçilərini demək olar təngə gətirib. Bu problemi həll etmək və daha sürətli şəkil görüntüləyici yükləmək üçün aşağıdakı göstərilənləri ardıcıllıqla edin.
1. İlk öncə başlat (Start) menyusundan “Powershell” yazaraq axtarış edin.
2. Daha sonra “Powershell” –i Administrator (Mouse-un sağ düyməsini sıxmaqla – Run as Administrator seçin) yetkisilə başladın.
3. Açılmış “Powershell” əmrlər sətrində aşağıdakı əmri çalışdırın
– Get-AppxPackage –AllUsers
4. Açılmış paketlər içərisində “Microsoft.Windows.Photos” bölməsini tapırıq və paket adın işərələyib-Ctrl+C köməyilə “Notepad” mətn redaktoruna (hər hansı mətn redaktoru-WordPad-Word və s. ola bilər) kopyalıyırıq.
Məs: Microsoft.Windows.Photos_16.302.8200.0_x64__8wekyb3d8bbwe
5. Daha sonra “Powershell” əmrlər sətrinə qayıdırıq və bu əmri yazırıq:
– remove-AppxPackage Microsoft.Windows.Photos_16.302.8200.0_x64__8wekyb3d8bbwe
6. Artıq Siz sistemdən “Photos” proqramının paketin tamamilə sildiniz.
Bundan sonra Siz “Microsoft Store” -ə daxil olursunuz və yeni şəkil görüntüləyici proqramı yükləyirsiniz:
7. Axtarış bölməsində “Pictureflect photo viewer” yazıb –onu yükləyirsiniz. (Install –ı seçirsiniz)
8. Daha sonra istənilən şəkli açmaq istədikdə Sizdən hansı proqramla açacağınızı soruşanda
“Pictureflect photo viewer” seçib- həmişə bu proqramla açmağı işarələyirsiniz
Artıq Siz artıq sürətli şəkil görüntüləyici proqramı kompüterinizə uğurlu şəkildə quraşdırdınız.
Bir sonrakı məqalədə görüşmək ümidilə…
Şərhlər ( 1 )
Təşəkkürlər Elvin bəy, maraqlı məqalədir. Düzü özüm başqa üsul yoxlamışdım, köhnə proqramı install edib, default olaraq onu təyin etmişdim))))
Faydalı üsuldur. Təşəkkürlər. Uğurlar.